Month: January 2026

  • Naxçıvanda avtomobillə avtobus TOQQUŞDU

    Naxçıvan şəhərində baş verən qəzada üç nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada KIA markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutun avtobusu toqquşub.

    Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Təhminə Qəhrəman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

    Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?

    Son illər Azərbaycanda çoxmərtəbəli binaların sayı sürətlə artsa da, bu binaların necə və hansı qaydalarla idarə olunması hələ də aydın deyil.

    Sakinlər hər ay müxtəlif adlar altında ödənişlər etsələr də, bu vəsaitlərin necə xərcləndiyi barədə şəffaflıq yoxdur. Eyni vəziyyətdə olan binalarda fərqli ödənişlərin tətbiqi haqlı narazılıq yaradır. Xüsusilə MTK-ların idarə etdiyi binalarda “komendant pulu”nun vahid qaydalar olmadan müəyyən edilməsi, liftlərin işləməməsi, həyətlərin baxımsız qalması və təhlükəsizlik, təmizlik xidmətlərinin formal xarakter daşıması sakinlərdə ödədikləri vəsaitlərin qarşılığını almadıqları qənaəti yaradır.

    Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, Baş nazirin verdiyi tapşırığa əsasən, artıq mənzil istismar sahələrinin üzərində yeni MMC-lər yaradılacaq:

    “Bu MMC-lər sahədə göstərilən Mənzil İstismar Sahələrinin əvəzinə daha qanuni şəkildə fəaliyyət göstərəcəklər. Bu, o deməkdir ki, əgər 2009-cu ildən sonra MİS-lər çoxmənzilli binalara göstərdiyi xidmət artıq dayandırılmışdırsa, indiyədək mənzil istismar sahələri binanın girişinə kimi xidmət göstərirdilər. Onlar ərazilərin təmizlik işlərinə baxırdılar və ərazidə olan məişət tullantılarının daşınması ilə məşğul olurdular. Bu işlər üçün Nazirlər Kabinetinin müəyyən etdiyi tariflə vətəndaşlardan məişət tullantılarının daşınması ilə bağlı xidmət haqqı yığılırdı və borcun yaranması ilə bağlı vətəndaşlar məlumatlandırılırdı. Bəzi şəxslər bunu normal qarşılayırdı, bəziləri isə müqavilənin olmamasına görə əsasız sayırdılar.

    Həqiqətən də indiki vəziyyətdə bu təşkilatlar artıq MMC-lərə çevriləcək. MMC-yə çevrildikdən sonra vətəndaşlar fərdi şəkildə müqavilələr bağlamaq imkanı əldə edəcəklər. Lakin Mənzil Məcəlləsinin müvafiq qanunvericiliyinə görə, çoxmənzilli binaların idarə olunma üsulu və idarəetmə növü mənzil mülkiyyətçiləri tərəfindən öz yığıncaqları ilə seçilməlidir”.

    Onun sözlərinə görə, hazırkı vəziyyətdə yeni inşa olunmuş binalarda müstərək cəmiyyətlər yaradılıb:

    “Ölkədə təxminən 1500 bina var və onların 10%-ə yaxın hissəsində, yəni 200-220 binada, müstərək cəmiyyət yaradılıb. Digər binalarda isə cəmiyyət yaradılmadığı üçün komendant özbaşınalığı hökm sürür. Orada tarifləri komendantlar özləri təyin edir, hətta müqavilə olmadan xidmət göstərirlər. Bəzi hallarda idarəetmə təşkilatları vasitəsilə yollarla müqavilələr bağlanır, yəni bu sahədə də qanun boşluğu mövcuddur. Əslində ölkədə vətəndaşların bu sahədə məlumatsızlığı və yeni inşa olunmuş binalarda özbaşınalığın olması geniş yayılıb. Tariflər isə vətəndaşların aldığı xidmətlərə uyğun müəyyən edilir, əlbəttə ki, hər bir əlavə xidmətin də öz dəyəri var”.

    Ekspert qeyd edib ki, qanuna görə, təzə və köhnə çoxmənzilli binalarda vətəndaşlar müstərək cəmiyyət yaratmalıdırlar:

    “Müstərək cəmiyyət yaradıldıqdan sonra, yəni 51% üstünlük təşkil etməklə iclas keçirilməli və müstərək cəmiyyətin yaradılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunmalıdır. Daha sonra həmin cəmiyyətin idarə heyəti, sədri və digər strukturlar təşkil olunmalıdır. Bu strukturlarda hər birinin öz funksiyası var. Birinci idarəetmə üsulunda sakinlər özləri idarəni təşkil edirlər. İkinci üsulda həmin şəxsləri kənardan cəlb edərək onlarla müqavilə bağlayırlar. Üçüncü idarəetmə növündə isə vətəndaşlar idarəni müəyyən təşkilata verirlər.

    Bütün bu seçimin sonunda vətəndaşlar binada hansı xidmətlərin olacağına qərar verərək xərcləri müəyyən edirlər. Xərclər həmin binada olan yaşayış və qeyri-yaşayış sahəsi olan mülkiyyətçilərin arasında bərabər bölünür”.

  • Paytaxtda oğurluq edən 5 nəfər saxlanıldı

    Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

    Bildirilib ki, Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.

    Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • “Səkkiz”in kinoteartda nümayişi dayandırıldı

    Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.

    Bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.

    Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

    “Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.

  • Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi

    “Fitch Ratings” agentliyi Ermənistanın reytinqini stabildən müsbətə doğru dəyişdirib.

    Məlumatı Ermənistan mediası yayıb.

    Bildirilir ki, “Fitch”in analitikləri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilən və qısamüddətli eskalasiya risklərini azaldan sülh razılaşmalarını nəzərə alıblar. Bununla belə, ekspertlər qeyd edirlər ki, qarşıdan gələn parlament seçkisi və konstitusiya dəyişiklikləri ilə bağlı mümkün referendum səbəbindən sülh danışıqlarının başa çatması ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

    Baş nazir Nikol Paşinyan artıq reytinqə münasibət bildirib.

    “Bu, Ermənistanın iqtisadi siyasətinin və institusional sabitliyinin qlobal bazarlarda keyfiyyətcə yeni çəki qazandığının ekspertlər tərəfindən təsdiqlənməsi deməkdir. Bu, ölkəmizin iqtisadi dayanıqlığı və siyasi iradəsi nəzərə alınmaqla etimad ərizəsidir”, – deyə o vurğulayıb.

  • Bu hallarda hərbi vəzifəlilərin maaşları saxlanılacaq

    İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara dəyişiklik edilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

    Daha əvvəl hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılırdı.

    Qanuna əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılacaq.

  • СМИ: Сын Рамзана Кадырова доставлен в Москву после серьезного ДТП в Грозном (ФОТО)

    Самолет МЧС России, на борту которого предположительно находился сын главы Чечни Рамзана Кадырова Адам, приземлился в московском аэропорту Внуково в ночь на субботу, 17 января. Борт самого Рамзана Кадырова, вылетевшего, предположительно, из Дубая, следовал непосредственно за ним.

    По данным сервиса FlightRadar, специализированный Ан-148-100-ЕМ МЧС России приземлился во Внуково в 01:10 по московскому времени (02:10 по бакинскому – ред.). Самолет вылетел из столицы Чечни вечером в пятницу в 19:37 по Москве (20:37 по Баку – ред.), преодолев расстояние до российской столицы примерно на полчаса быстрее, чем обычный регулярный рейс.

    Как ранее сообщало издание “Кавказ.Реалии”, 18-летний Адам Кадыров попал в серьезную аварию в Грозном, после которой в бессознательном состоянии был доставлен в реанимационное отделение новой республиканской больницы.

    По предварительной информации, автомобили из кортежа Адама Кадырова двигались на высокой скорости, когда внезапно столкнулись с препятствием. В результате произошла цепная авария – машины начали врезаться друг в друга.

    Сперва Кадырова-младшего доставили в реанимацию республиканской больницы Грозного, затем решили транспортировать в столицу.

    Источник “Кавказ.Реалии” утверждает, что в республиканскую больницу Грозного были доставлены и другие пострадавшие в ДТП, однако точное количество пострадавших и степень тяжести их травм не уточняется. Среди пострадавших также может быть сын еще одного высокопоставленного чеченского руководителя, его имя не называется.

    По словам собеседника издания, за рулем первого автомобиля кортежа находился именно сын главы Чечни. Транспортное средство передвигалось на чрезвычайно высокой скорости. По предварительным данным, водитель не справился с управлением, и автомобиль врезался в ограждение.

    Перед транспортировкой в Москву Адам Кадыров, по сведениям другого источника, пришел в сознание еще в аэропорту Грозного. При этом уточняется, что состояние пострадавшего “не вызывало опасений у медиков”.

    Официальных комментариев от властей Чечни и семьи Кадыровых на данный момент не поступало.

  • KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb (FOTO)

    Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam düşdüyü ağır qəzadan sonra Moskvaya aparılıb.

    Median.Az-ın “FlightRadar”a istinadən verdiyi məlumata görə, Adam Kadırovun olduğu, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “An-148-100-EM” təyyarə Moskva vaxtı ilə saat 01:10-da (Bakı vaxtı ilə saat 02:10 – red.) Vnukovoya eniş edib. Ramzan Kadırovun təyyarəsi onu yaxından izləyib.

    Qeyd edək ki, 18 yaşlı Adam Kadırov Qroznıda ağır qəzaya düşüb və bundan sonra huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

    İlkin məlumata görə, Adam Kadırovun kortejindəki nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edərkən qəfildən maneəyə çırpılıb. Bu, zəncirvari qəzaya səbəb olub.

  • 10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş (FOTO)

    Dekabrın 25-də Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan Hüseynliyə kömək edən polkovnik-leytenant Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

    Bu barədə Mətbuat Şurası sədr müavini Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.

    10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş

    Qeyd olunub ki, Müşfiq Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlovun oğludur.


    Vurğulanıb ki, atası qətlə yetiriləndə Müşfiqin 3 yaşı tamam olmayıbmış.

    10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş

    Xatırladaq ki, Mikayıl Gözəlov 11 dekabr 1991-ci ildə təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat edib.


    Əlavə edək ki, qəza nəticəsində üzərinə yol nişanı aşaraq xəsarət alan 10 yaşlı Sərxan evə buraxılıb.

  • У берегов Камчатки произошло ощутимое землетрясение

    Землетрясение магнитудой 5.8 произошло в акватории Тихого океана у восточного побережья Камчатки – подземные толчки ощутили жители Петропавловска-Камчатского.

    Об этом сообщили в Камчатском филиале Федерального исследовательского центра Единой геофизической службы РАН.

    По данным сейсмологов, толчок был зафиксирован в 18:46 по местному времени (10:46 по Баку – ред.). Эпицентр находился примерно в 190 км от краевого центра, а очаг землетрясения залегал на глубине около 39.4 км.

    В Петропавловске-Камчатском подземные колебания ощущались силой до четырех баллов, уточнили специалисты.

    Регион продолжает оставаться в зоне повышенной сейсмической активности после мощного землетрясения магнитудой 8.8, произошедшего 30 июля. С тех пор ученые ежедневно фиксируют афтершоки, большинство из которых не ощущается в населенных пунктах. Интенсивность повторных толчков постепенно снижается, однако в крае продолжает действовать режим чрезвычайной ситуации природного характера.