
Rusiyanın “Uralkali” şirkətinin itkin düşən keçmiş baş direktoru Vladislav Baumgertnerin cəsədi tapılıb.
Onun cəsədinin qalıqları Kiprdə adanın cənub sahilindəki dərədə aşkar edilib.
Baumgertnerin hansı şəraitdə öldüyü məlum deyil./axar az

Rusiyanın “Uralkali” şirkətinin itkin düşən keçmiş baş direktoru Vladislav Baumgertnerin cəsədi tapılıb.
Onun cəsədinin qalıqları Kiprdə adanın cənub sahilindəki dərədə aşkar edilib.
Baumgertnerin hansı şəraitdə öldüyü məlum deyil./axar az
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunun Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 nömrəli yataqxanasının binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız halda düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür.
Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Rövşən Sadıxov vəzifəsindən azad edilib.
Median.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Onun digər sərəncamına əsasən, Nihad Qurbanov yeni sədr müavini təyin edilib.

В столице Пакистана Исламабаде состоялась церемония открытия первого центра “ASAN xidmət”.
Об этом сообщили в Госагентстве по оказанию услуг гражданам и социальным инновациям.
В церемонии приняли участие премьер-министр Пакистана Мухаммад Шахбаз Шариф, члены пакистанского правительства, а также делегация Азербайджана во главе с председателем Госагентства Ульви Мехдиевым.
На первоначальном этапе в центре “Pakistan ASAN xidmət” 12 государственных органов будут оказывать гражданам 64 вида услуг.
В центре применяются стандарты “ASAN xidmət”, программа ASAN Volunteer, а также инновационные решения ASAN. На входе в центр создан специальный уголок, посвященный азербайджано-пакистанской дружбе.
Напомним, Азербайджан подписал соглашения об экспорте модели “ASAN xidmət” с 30 странами и международными организациями. В настоящее время центры, функционирующие на основе этой модели, уже действуют в шести странах – Индонезии, Узбекистане, Эфиопии, Уганде, Афганистане и Пакистане.
Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Bildirilib ki, “Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində isə Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə – İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.
Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, Portuqaliya XİN bu addımı regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətin mürəkkəbləşməsi ilə əsaslandırıb. Rəhbərlik riskləri qiymətləndirib və belə qənaətə gəlib ki, İranda yaranan mövcud vəziyyət xarici ölkə vətəndaşları üçün ciddi təhlükə yaradır.
Portuqaliya hakimiyyəti həmçinin İranda olan vətəndaşlarına ölkəni tərk etməyi, qalmaq istəyənlərə ehtiyatlı olmağı, İrana səfər etməyi planlaşdıranlara isə bu səyahətdən çəkinməyi tövsiyə edib.
Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.
Median.Az report-a istinadən xəbər verir ki, rayonun Qarabağ kənd sakinləri – 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu, 28 yaşlı Vüsal Hətəmli avtomobilin mühərrikini işlək vəziyyətdə qoyub yatıblar.
Nəticədə avtomovilin istiliyi zamanı yaranan dəm qazı onların ölümünə səbəb olub.
Faktla bağlı araşdırma başlanıb.
Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayının yaxınlaşması ilə birlikdə bu il fitrə zəkatının məbləğinin nə qədər olacağı da əsas suallardan birinə çevrilir.
Modern.az mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə əlaqə saxlayıb.
O bildirib ki, Ramazan ayının başlanmasına bir həftə qalmış fətva elan ediləcək və həmin vaxt fitrə zəkatının məbləği ilə bağlı tövsiyələr ictimaiyyətə açıqlanacaq.
Saytımıza açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, Ramazan ayı ibadət ayı olmaqla yanaşı, dua və mənəvi saflaşma zamanıdır.
Deputat əlavə edib ki, Ramazana kompleks bir ibadət kimi yanaşdıqda görürük ki, bu ay bir çox dini ayinləri özündə birləşdirir. O həmçinin vurğulayıb ki, fitrə zəkatını imkanı olan, özünün və ailəsinin gündəlik azuqəsini təmin edə bilən hər bir şəxs verməlidir:
“Bu baxımdan Ramazan ayının əsas əhəmiyyəti və önəmi də məhz burada ortaya çıxır. Hər bir müsəlman Ramazan ayının sonunda bu zəkatı mütləq şəkildə verməlidir.
Fitrə zəkatı bir neçə növ ərzaqla verilə bilər. Bunlara düyü, buğda, xurma və digər əsas qida məhsulları daxildir. Bu səbəbdən fitrə zəkatının məbləği də dəyişə bilir. Əgər daha ucuz ərzaq seçilərsə, məbləğ az olur, daha bahalı məhsul seçildikdə isə məbləğ artır. Tövsiyə olunan orta məbləğ təxminən 10 manat hesab edilir. İmkanı çatan hər bir müsəlmanın bu məbləğdə fitrə zəkatı verməsi məsləhət görülür”.
C.Məmmədov eyni zamanda bildirib ki, bununla yanaşı, fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ dəyişə də bilər:
“Məsələn, seçilən ərzağın növünə və bazar qiymətinə uyğun olaraq fitrə zəkatı daha az və ya daha çox ola bilər. Əsas prinsip ondan ibarətdir ki, təqribən 3 kiloqram əsas ərzağın (xurma, buğda və s.) dəyəri nəzərə alınsın. Bəzi yanaşmalara görə fitrə zəkatı mütləq ərzaq şəklində verilməlidir. Bu, Peyğəmbər dövründə də belə idi. Lakin nəzərə alsaq ki, müasir dövrdə insanların ehtiyacları fərqlidir. Bəzən ehtiyacı olan şəxs üçün düyü və ya xurmadan daha çox başqa qida məhsulları və ya ümumi maddi dəstək daha faydalı olur.
Məhz bu səbəbdən bir çox alimlər fitrə zəkatının pul şəklində verilməsi mümkün hesab edir. Qeyd edilən kimi, bu məbləğ təxminən 10 manatdır. Minimum ərzaq dəyəri nəzərə alındıqda isə fitrə zəkatı 5 manat civarında da ola bilər. Bununla belə, tövsiyə ondan ibarətdir ki, imkan daxilində maksimal məbləğ seçilsin və proses bunun əsasında nəzərə alınsın”,- deyə deputat qeyd edib.
Qeyd edək ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) kimi qeyd olunacaq.
Xatırladaq ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun olaraq verilməlidir.
Hazırda Bakı Metropolitenində differensial tarif mexanizminə keçidlə bağlı təhlil və qiymətləndirmə işləri aparılır.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyilib.
Bildirilib ki, bu mərhələdə tarif differensiasiyasının zamana, yoxsa məsafəyə görə tətbiq olunacağı ilə bağlı yekun qərar qəbul edilməyib
Metropolitenin məlumatına görə, əhalinin alıcılıq qabiliyyəti, sərnişindaşımanın əlçatanlığı, eləcə də metroda daşımaların maya dəyəri nəzərə alınmaqla daha ədalətli və iqtisadi cəhətdən balanslı tarif modelinin formalaşdırılması istiqamətində analitik işlər aparılır və müvafiq təkliflər hazırlanır.
O da vurğulanıb ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli tətbiq olunur. Təhlil mərhələsində hər hansı fiziki infrastruktur dəyişiklikləri nəzərdə tutulmur.
“Araşdırmaların nəticələrindən asılı olaraq gələcəkdə zəruri dəyişikliklərin həyata keçirilməsi mümkün ola bilər və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”, – deyə məlumatda vurğulanıb.
Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb.
Bu barədə Gununsesi.info-ya onun ailə üzvləri bildiriblər.
Məlumata görə, kiçik keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi villada yaşayır. Onun bu köçməsinə səbəb həyat yoldaşının məhz Ağçaydan olmasıdır.
Yaxınları deyir ki, H.Abutalıbov təsirləri ilə bağlı kənd araşdırmaları arasında olur.
“Yaşlanıb, özü üçün həyət-bacada gəzir”, – yaxınları söyləyib.