Month: January 2026

  • Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq

    Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi süni intellekt texnologiyası əsasında fəaliyyət göstərəcək “İmam AI” mobil tətbiqini istifadəyə verəcək.

    Bu barədə ölkənin Ali Müftisi Naurızbay hacı Taqanulı məlumat verib.

    Onun sözlərinə görə, tətbiqin 2026-cı ildə təqdim edilməsi planlaşdırılır.

    Müfti bildirib ki, proqramın əsas məqsədi etibarlı mənbələrə istinadən dindarların suallarına operativ cavab vermək və ruhanilərin üzərinə düşən iş yükünü azaltmaqdır:

    “Müasir tələblərə uyğun olaraq, süni intellekt imkanlarını dini sahəyə sistematik şəkildə tətbiq etməliyik”.

    Qeyd edək ki, bu il Qazaxıstanda “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub.
    //qafqazinfo

  • Azərbaycanda ən çox şikayət olunan banklar – SİYAHI

    Ötən ilin dekabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox şikayət edilən banklar sırasında 6,00 indeksi ilə “BTB” Bank birincidir.

    “Yelo Bank” 2,19 indeksi ilə siyahıda ikinci, “Bank of Baku” isə 1,63 indeksi ilə üçüncü olub.

    Ən çox şikayət olunan 3 bankı təqdim edirik:

  • Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)

    Sabunçu rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə qanla nəticələnib.

    Hadisə rayonun Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb.

    Məlumata görə, fərdi yaşayış evlərindən birində 69 yaşlı Fəridə Vəliyeva 41 yaşlı qızı Səbirə Kazımova ilə mübahisə edib. Mübahisə zamanı ana qızına bıçaqla xəsarətlər yetirib.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qonşuların bildirdiyinə görə, ailədə əvvəllər dəfələrlə mübahisələr baş verib. Belə ki, Səbirə tez-tez anasının evinə gedərək onunla pul üstündə mübahisə edib. Sonuncu insident zamanı isə ana əlini bıçağa atıb.

    Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Səbirə Kazımovanın vəziyyəti ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır-stabil qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (Video)

    Yarım milyon manatdan çox dəyəri olan heyvanları sahibkardan xəbərsiz satdıqları bildirilən çobanların yaxınları bu hadisədə elə ferma sahiblərini ittiham edirlər.

    Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

    Çobanlar – Kəmaləddin Hüseynov və Ceyhun Əskərovun ümumilikdə 1377 baş heyvanı sataraq pulunu mənimsədikləri bildirilib. Ancaq həbs olunan Kəmaləddin Hüseynovun bacısı və Ceyhun Əskərovun anası isə oğurluqda fermanın sahibinin əli olduğunu bildirir.

    Oğurluqda ittiham edilən Ceyhun Əskərovun atası da baş verənlərin qurama olduğunu iddia edir.

    Anasının iddiasına görə, ferma sahibi hətta başqa şəxslərə qarşı da belə əməllər törədib.

    İddialarla bağlı qarşı tərəflə telefon əlaqəsi saxladıq. Fermanın sahiblərindən Firdovsi Baxışov deyilənlərin əsassız olduğunu dedi.
    “Əgər deyilənlər kimi, günahkar olsaydıq, istintaqda təqsirli şəxs kimi biz həbs olunardıq”,-deyə o bildirdi.

    Firdovsi Baxışov onu da qeyd etdi ki, hətta ilk başda ferma sahibləri Ceyhun Əskərovla bağlı polisə şikayət etməyiblər, ancaq istintaq araşdırması nəticəsində onun da oğurluqda əli olduğu müəyyən edilib.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi

    Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.

    Cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb.

    Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

  • В Тебризе введено военное положение – ФОТО

    В Тебризе действует военное положение.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Согласно информации, гражданам запрещено выходить на улицу после 20:00 (20:30 по Баку – ред.).

    Отмечается, что Большой базар Тебриза и крупные продуктовые магазины закрыты. Хотя некоторые небольшие магазины работают в ограниченном режиме, доступ к товарам первой необходимости остается ограниченным.

  • Təbrizdə hərbi vəziyyət elan edildi – FOTO

    Təbrizdə hərbi vəziyyət elan edilib.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Məlumata görə, vətəndaşlara axşam saat 20:00-dan (Bakı vaxtı ilə saat 20:30 – red.) sonra küçələrə çıxmaq qadağan edilib.

    Təbrizin Böyük Bazarı və əsas ərzaq mağazalarının bağlı olduğu bildirilir.

    Bəzi kiçik mağazalar isə müəyyən saatlarda açıq olsa da, zəruri mallara çıxış imkanı məhdud olaraq qalır.

  • “Med Corporation”un külli miqdarda vergi borcu var

    “Med Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 100.769,74 AZN vergi bocu var. 

    Qeyd edək ki, nizamnamə kapitalı 6074180 manat olan “Med Corporation” MMC-nin qanuni təmsilçisi Cəfərli Abdulla Həmdi oğludur. “Med Corporation” MMC-nin tərkibində “Avrasiya” Hospitalı fəaliyyət göstərir.

  • Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirdi

    Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

    Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

  • Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur (Video)

    Ağdam Sənaye Parkı işğaldan azad edilmiş Ağdam rayonunda iqtisadi canlanmanın əsas mərkəzlərindən biridir.

    Parkda yerli xammala əsaslanan məhsulların istehsalı ilə yanaşı, yeni iş yerlərinin yaradılması üçün də geniş imkanlar formalaşdırılıb.
    Burada istehsal olunan məhsullar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında, həm də ölkənin digər regionlarında istifadə olunur. Elektrik avtomobilləri üçün şarj cihazları da məhz bu sənaye parkında fəaliyyət göstərən zavodda istehsal edilən məhsullar sırasındadır.

    “Eel Electric” şirkətinin texniki direktoru Ruslan Şıxəliyevin sözlərinə görə, şirkət sənaye və infrastruktur obyektləri üçün elektrik qurğularının layihələndirilməsi, istehsalı və təchizatı ilə məşğuldur:

    “Şirkətimiz elektrik panoları, paylayıcı qurğular, həmçinin beton və metal gövdəli transformator məntəqələrinin istehsalını həyata keçirir. Hazırda Azərbaycan ərazisində avtomobillər üçün şarj cihazlarının istehsalı ilə məşğul olan yeganə şirkət “Eel Electric”dir. İşçilərimizin 90 faizi isə yerli sakinlərdir”.