Month: January 2026

  • “Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi

    “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə yazılıb.

    Median.Az Yurd.Media-ya istinadən xəbər verir ki, “Azəriqaz” Sumqayıt şəhəri, “Metallurq” küçəsi, 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.

    Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və “Azəriqaz”ı cavabdeh kimi göstəriblər.

    Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə yaşayıb. Onun bildirdiyinə görə, əri ötən il yanvarın 11-də vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam edib:

    “Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün “Azəriqaz”a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat borc məbləğinin olduğu qeyd olundu” – deyə şikayətçi bildirib.

    Şikayətçi qadının sözlərinə görə, “Azəriqaz” tərəfindən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilib:

    “Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdan kənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib. Ərim vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər mənim tərəfimdən həyata keçirilib. Həmin borc məbləğindən məlumatım olmayıb. Həmçinin həmin məbləği ödəməyə də maddi imkanım yoxdur. Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur”.

    Qadın kommunal xərclərini hər zaman tam vaxtında ödədiyini deyib.

    Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” qaz sərfiyyatına görə əsassız hesablanmış borc silinib. Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti verib. Cavabdeh dövlət qurumu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəsə də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

  • Şahin Bağırov polkovnikin iş yerini dəyişdi

    Dövlət Gömrük Komitəsinin “Kürdəmir” gömrük postunun rəisinin yeri dəyişdirilib. 

    Qaynarinfo-nun məlumatına görə, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmri ilə, polkovnik Hüseynov Fərhad Allahverdi oğlu sözügedən vəzifəsindən azad olnaraq, “Şirvan” gömrük postunun rəisi təyin edilib. 

    Qeyd edək ki, “Kürdəmir” gömrük postuna hələlik rəis təyin olunmayıb. 

  • Иранский сухогруз Rona потерпел бедствие в Каспийском море

    Иранский сухогруз Rona с 14 членами экипажа на борту потерпел бедствие в Каспийском море.

    Об этом сообщает МИД Туркменистана.

    Согласно информации, сигнал SOS от корабля был получен береговыми службами Туркменистана.

    “Государственными органами Туркменистана, деятельность которых связана с ликвидацией и предотвращением чрезвычайных ситуаций, согласно международным нормам, регламентирующим правила мореплавания, были предприняты все необходимые меры по спасению людей”, – говорится в сообщении.

    По данным ведомства, все 14 человек, находившихся на судне, были успешно эвакуированы. По предварительной информации, это граждане Ирана и Индии.

    “В настоящее время туркменской стороной проводятся соответствующие процедуры, предусмотренные международными правилами”, – отметил МИД.

  • İranın yük gəmisi Xəzər dənizində QƏZAYA UĞRADI

    Türkmənistan Sahil Xidmətləri Xəzər dənizində qəzaya uğrayan İrana məxsus “Rona” yük gəmisindən 14 nəfəri xilas edib.

    Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “14 yanvar 2026-cı il tarixində Xəzər dənizindəki Türkmənistanın Sahil Xidmətləri qəzaya uğrayan İranın “Rona” quru yük gəmisindən S.O.S siqnalı alıb. Beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq, Türkmənistanın fövqəladə hallara cavabdeh olan dövlət qurumları bütün zəruri xilasetmə tədbirlərini görüb. Vaxtında görülən bu tədbirlər nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib”, – deyə xəbərdə bildirilib.

  • Помощник Президента Хикмет Гаджиев встретился с послом Украины в Азербайджане Юрием Гусевым

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев встретился с послом Украины в Азербайджане Юрием Гусевым.

    Об этом Юрий Гусев сообщил в своем аккаунте в соцсети Х.

    “Продуктивная встреча с Хикметом Гаджиевым. Обсудили результаты 2025 года и шаги по дальнейшему укреплению нашего стратегического партнерства в 2026-м. Благодарны Азербайджану за постоянную поддержку Украины”, – говорится в публикации.

  • Hikmət Hacıyev Yuri Qusevlə görüşüb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.

    Bu barədə səfir “X”də paylaşım edib.

    “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə məhsuldar görüş keçirilib. 2025-ci ilin nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar müzakirə olunub. Azərbaycanın Ukraynaya göstərdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edilib”, – deyə o bildirib.

  • Prezident İlham Əliyev Uqanda və Somali ilə bağlı qanunları təsdiqlədi

    Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

    Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri də vizadan qarşılıqlı azad ediliblər.

    Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

  • Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

    Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.

    Mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir.

    Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.

    Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.

    Sənədlərin natamam təqdim edilməsi və ya müavinətin təyin edilməsi üçün hüquqi əsasın olmaması hallarında müraciətə mənfi cavab verilə bilər.

    Qeyd edək ki, bu sosial mexanizm ailə başçısını itirmiş və əmək qabiliyyəti məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara müraciət zamanı sənədləri tam və düzgün formada təqdim etmək tövsiyə olunur.
    //Baku.ws

  • В Баку женщина напала с ножом на дочь

    В поселке Рамана Сабунчинского района Баку произошла поножовщина.

    Как сообщает teleqraf.az, Сабира Кязымова (1985 г.р.), проживающая в жилом квартале, известном как “городок Шуша”, поссорилась со своей матерью.

    В ходе конфликта родительница нанесла женщине несколько ножевых ранений. Пострадавшая получила колото-резаные раны левой руки и грудной клетки. Сабира Кязымова была немедленно госпитализирована и прооперирована.

    По данному факту проводится расследование.

  • Bakıda ana QIZINI BIÇAQLADI

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

    Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

    Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.