Month: January 2026

  • Yaşa görə PENSİYA: Nazir artımları AÇIQLADI -VİDEO

    2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir.
     
    Median.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Az TV”də yayımlanan “Hədəf” verilişində məlumat verib.

    Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait ayrılması nəzərdə tutulur.

    “1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək.” deyə nazir əlavə edib.//sfera.az

  • Bakıda 7 rayonda söküntü işləri aparılacaq

    Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır.
     
    Median.Az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
     
    O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb:
     
    “Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir”.
     
    Sədr vurğulayıb ki, öz mülkündən imtina edən vətəndaşlara kompensasiya verilir ki, onlar başqa ərazilərdə özləri üçün yaşayış sahələri əldə edə bilsinlər:
     
    “Əgər söküntünün getdiyi ərazidə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunur. Bəzən deyirlər ki, kompensasiyanın miqdarı daşınmaz əmlakın dəyəri bazar qiymətinə uyğun müəyyən olunur. Biz Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlakın dəyərini onun yerinə tikiləcək yeni binanın satışında bir kvadratmetrə düşən məbləğə əsasən hesablayırıq. Bunun əsas səbəbi isə vətəndaşın yaşadığı əraziyə yaxın yerdə özünə mənzil ala bilməsinə şərait yaradılması ilə əlaqədardır”.
     
    Vüqar Orucov bildirib ki, qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər fövqəladə hallar zamanı insanların həyatı üçün ciddi risk yaradır:
     
    “Bəzi tikililər sürüşmə zonalarında, neft ilə çirklənmiş ərazilərdə, yüksəkgərginlik xəttin keçdiyi yerlərdə inşa olunub. Bunların hər biri insanın həyatını riskə atan amillərdir. Risk faktorunun aradan qaldırılması üçün də müvafiq söküntü işləri aparılır. Bəzi fərdi yaşayış evləri var ki, kommunikasiya xətlərinin keçdiyi torpaq sahəsində qanunsuz inşa edilib, mühafizə zolağına daxildir. Bu evlər də sökülür və lazımi kompensasiya ödənilir”.
     
    O əlavə edib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq şəhərin yenidən planlaması həyata keçirilir:
     
    “Müasir tələblərə uyğun, tarixilik, qədimlik prinsipləri qorunmaq şərti ilə aparılacaq yeni infrastruktur dəyişikliklər, yeni yolların, parkların salınması, yeni binaların tikilməsi müəyyən dəyişiklər baş tutacaq. Bayılda, “Sovetski” adlanan ərazidə və ətraf məhəllələrdə, Yasamal rayonunda istismar müddətini başa vuran fərdi yaşayış evləri, magistral və park sahələrində yerləşən, yeni salınacaq park yerlərində mövcud olan bina və fərdi yaşayış evləri söküntüyə uyğun bilinir.
     
    Nəqliyyat əlçatanlığının təmin olunması istiqamətində hansı ərazilərdə yeni yollar çəkiləcəksə, bu xəttə düşən fərdi yaşayış evləri və binalar da söküləcək. Baş plana uyğun şəhərin görüntüsü yenilənəcək.
     
    Bu prosesin önəmi ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlar yeni müasir dizayna malik mənzillərin əldə etməsinı şərait yaradacaq”.

  • Nərgizxanım yeni sədr müavini TƏYİN OLUNDU

    Dövlət bankı ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
     
    Median.Az xəbər verir ki, bu, Nərgizxanım Aqşin qızı Biləndərlidir.
     
    Bununla da ABB-də İdarə Heyəti üzvlərinin sayı sədr də daxil olmaqla yeddiyə yüksəlib.
     
    Nərgizxanım Aqşin qızı Biləndərli Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi alıb. 2022-ci ildə Duke Universitetinin “Adaptive Strategic Execution Program” proqramını başa vurub.
     
    1995–2014-cü illərdə “Vostok Bank”, “ABB”, “Bank of Baku” və “Bank Standard” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2014–2016-cı illərdə “Bank Standard” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2016–2018-ci illərdə isə “Bank VTB Azərbaycan” ASC-nin Risklər idarəsinin rəisi olub. 2018-ci ildən ABB-nin Baş direktoru olub.

  • REGİON ALOVLANIR: ABŞ qırıcıları İran səmasında

    Dünya üzrə uçuşları izləyən “FlightRadar” platformasının məlumatına görə, ABŞ-a məxsus hərbi təyyarə İran sahilləri yaxınlığında uçuş həyata keçirib.
     
    Median.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
     
    Dərc edilən uçuş xəritəsində təyyarənin ABŞ Silahlı Qüvvələrinə aid olduğu açıq şəkildə görünür.
     
    Qeyd olunur ki, uçuşun məqsədi və marşrutu ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
     
    Hadisə regionda artan gərginlik fonunda diqqət çəkir.

  • Zümrüd Vəliyevaya yüksək vəzifə verildi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə yeni təyinat olub. 
     
    Median.Az xəbər verir ki, müvafiq əmrlə bu posta Zümrüd Vəliyev təyinat alıb. 
     
    O, kollektivə təqdim edilib.
     
    Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kollecin kollektivi iştirak edib.
     
    Qeyd edək ki, Zümrüd Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb.
     
    Z.Vəliyeva 2022-2024-cü illərdə “LANDAU School”da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib. //Yeni Sabah

  • Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək

    Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

    Median.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əks olunub.

    Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməlidir.

    İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.//sfera.az

  • Dövlət qurumlarında vakansiyalar üzrə daxili müsahibələrin vaxtı MƏLUM OLDU

    Ötən il dekabrın 18-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, elan üzrə 22 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

    “Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 124 namizədlə 145 müsahibənin keçirilməsi planlaşdırılır.

    Müsahibələrin 27 yanvar – 18 fevral 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

    Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

    Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

    Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur”, – məlumatda bildirilib.//oxu.az

  • Стоимость золота обновила исторический максимум

    Стоимость фьючерса на золото с поставкой в феврале 2026 года на бирже Comex (подразделение Нью-Йоркской товарной биржи) обновила исторический максимум, превысив отметку 4 650 долларов за тройскую унцию.

    Это следует из данных торговой площадки.

    По данным на 16:59 по бакинскому времени, цена на драгметалл составляла 4 650.1 доллара за тройскую унцию (+1.11%).

    К 17:04 по бакинскому времени стоимость золота замедлила рост до 4 641.3 доллара за унцию (+0.92%).

  • Qızıl görünməmiş sürətlə bahalaşır

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 4650 dolları keçib.

    Bu, ticarət platformasının məlumatlarında əksini tapırr.

    14 yanvarda Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası günün ikinci yarısında bir qədər də artaraq 4650.1 dollar olub (1.11% artım).

    Bakı vaxtı ilə saat 17:04-ə qızılın qiyməti artımını azalıb və trua unsiyası üçün 4641,3 dollara düşüb (0.92% artım).

  • Azərbaycan mədəniyyətinin inkişafına dair altı dövlət proqramı hazırlanacaq

    Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı layihəsi hazırlanacaq.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əksini tapıb.

    Bunlar aşağıdakılardır:

    1. Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;

    2. Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;

    3. İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;

    4. Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;

    5. Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;

    6. Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

    Konsepsiya üç mərhələni əhatə edəcək.

    Birinci mərhələ 2026-2030-cu, ikinci 2031-2035-ci, üçüncü isə 2036-2040-cı illərdə müvafiq tədbirlər planları əsasında həyata keçiriləcək.
    //oxu.az