Month: January 2026

  • Баку передал Еревану четверых армян

    Азербайджан передал Армении четверых армян.

    Об этом на своей странице в Facebook сообщил премьер-министр Армении Никол Пашинян.

    По его словам, Геворг Суджян, Давит Давтян, Виген Эулджекджян и Вагиф Хачатрян переданы армянской стороне. Их перевезли через мост на реке Хакари и передали представителям соответствующих структур Армении.

    Позже Пашинян обещал сообщить дополнительные подробности.

    Согласно предварительному осмотру, у Геворга Суджяна, Давида Давтяна и Вигена Эулджекджяна нет проблем со здоровьем. Состояние здоровья Вагифа Хачатряна предварительно оценивается как удовлетворительное. Их перевозят в Ереван.

    Напомним, Давит Давтян и Геворг Суджян обвинялись в шпионаже. Им инкриминировались статьи 228 (незаконное хранение оружия), 276 (шпионаж), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318 (незаконное пересечение границы) УК АР.

    28 июля 2021 года суд в Азербайджане приговорил Давтяна и Суджяна к наказанию в виде лишения свободы сроком на 15 лет каждого.

    Объявленный еще в 2013 году в международный розыск по обвинению в совершении геноцида в селе Мешели Ходжалинского района Вагиф Хачатрян был задержан 29 июля 2023 года на погранично-пропускном пункте “Лачын” при попытке выехать на территорию Республики Армения по состоянию здоровья и представлен следствию. В тот же день ему были предъявлены обвинения по статьям 103 (геноцид) и 107 (депортация и принудительное перемещение населения) УК АР, избрана мера пресечения в виде ареста сроком на 3 месяца. Бакинский военный суд приговорил его к 15 годам лишения свободы. Первые пять лет он должен отбывать в тюрьме, а остальной срок – в исправительной колонии строгого режима.

    Ливанский наёмник армянского происхождения Викен Эулджекджян был задержан Службой государственной безопасности после Отечественной войны 2020 года. По уголовному делу, возбужденному в СГБ, он был привлечён к ответственности по статьям 114.3 (наёмничество), 214.2.1 и 214.2.3 (терроризм), 228.2.1 (незаконные действия с оружием и боеприпасами), 279.1 (создание незаконных вооружённых формирований) и 318.2 (незаконное пересечение государственной границы) УК Азербайджана. Приговором Бакинского военного суда Эулджекджян был приговорён к 20 годам лишения свободы. Первые пять лет наказания он должен отбыть в тюрьме, оставшиеся пятнадцать – в исправительном учреждении строгого режима.

  • Azərbaycan dörd ermənini İrəvana verdi

    Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

    O bildirib ki, təhvilvermə prosesi Həkəri çay üzərindəki körpüdə baş tutub.

    N.Paşinyan Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.

    O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.

    Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.

    2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

  • Gənc oğlan tanışları ilə birgə qardaşı arvadının görüşünə gələn şəxsi döyərək xəsarət yetirdi

    Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənovun (adları və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 2 il 3 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və onlar məhkəmə iclas zalından sərbəst buraxılıblar.

    İttiham aktına əsasən, İsrafil Bəbirov tanışları – Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xuliqanlıq məqsədilə ağır cinayət əməli törədib.

    Hadisə 2025-ci il avqustun 6-da gecə saat bir radələrində Şəmkir rayonu ərazisində baş verib. Belə ki, təqsirləndirilən şəxslər əvvəllər tanımadıqları zərərçəkmiş İmaməddin Qurbanov (adı və soyadı şərtidir) haqqında məlumat əldə ediblər ki, o, İsrafilin qardaşının həyat yoldaşı ilə qadının razılığı əsasında görüşmək məqsədilə yaşadığı evə gəlib. Məsələnin onlara heç bir aidiyyəti olmamasına baxmayaraq, təqsirləndirilən şəxslər bu halı bəhanə edərək hərəkətə keçiblər.

    Müəyyən edilib ki, gəldiyi ünvandan qaçmağa çalışan zərərçəkmiş şəxs qonşuluqda yerləşən evin həyətinə keçib. Təqsirləndirilən şəxslər İmaməddini orada aşkar edərək, heç bir əsaslı səbəb olmadan, öz üstünlüklərini nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyəti ilə xüsusi amansızlıq göstəriblər. Onlar əvvəlcə zərərçəkmiş şəxsi həmin həyətdə döyülər, daha sonra isə sürüyərək Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə aparıblar. Orada İmaməddinə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və davamlı şəkildə yumruq və təpik zərbələri endirib, həmçinin yerdən götürülmüş istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vurublar.

    Hadisə nəticəsində zərərçəkmiş şəxsə alın nahiyəsinin sol hissəsində dərialtı hematom, sol gözaltı və burun nahiyəsində əzilmiş yaralar, sol gözün ağlı qişasında qansızma, hər iki bazu nahiyəsində çox sayda qançırla müşayiət olunan xəsarətlər yetirilib. Bundan əlavə, sağ bazu oynağının çıxığı və sağ bazu sümüyünün yuxarı üçdəbirinin qapalı sınığı qeydə alınıb. Bu xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmasa da, sağlamlığının uzun müddətə pozulmasına səbəb olub.

    İstintaqın nəticələrinə görə, təqsirləndirilən şəxslərin hərəkətləri ağır iztirablar verməklə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma cinayəti kimi qiymətləndirilib və onların əməlləri Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif olunub.

    Hadisədən sonra İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. 

    2025-ci ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

    Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla münasibətdə olan zaman videoları lentə alınıb.

    Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü Nazlı Qılıcova və Dilşad Əhmədova saxlanılıblar.

    Onların barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

  • Ev tikmək istəyənlərə ŞAD XƏBƏR: Tikinti materialları UCUZLAŞDI

    2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105.2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106.4 faiz, qeyri-qida məhsulları üzrə 102.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.7 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.6 faiz təşkil edib.

    2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.8 faiz olub.

    Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106.5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • “Beniz”in cinayət işinin istintaqını aparan müstəntiq vəzifəsindən azad edilib

    Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın (“Beniz”) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkən kimi tanınan və hazırda Türkiyədə onkoloji xəstəliyi ilə bağlı müalicədə olan iş adamı Xalid Kərimovun prosesdə onlayn ifadəsi dinlənilib. Ötən proseslərdə zərərçəkənin ifadəsi eyni formatda dinlənilsə də, dövlət ittihamçısı bu ifadəni zərərçəkənin hansı şəraitdə verməsinə əmin olmadığını bildirərək bunu məhkəmə üçün sübut kimi qiymətləndirməyib və ondan növbəti ifadənin alınması ilə bağlı bir sıra tələblər irəli sürüb.

    Xalid Kərimov isə növbəti dəfə prosesə Türkiyənin İstanbul şəhərindəki polisin inzibati binasından canlı bağlantı vasitəsilə qoşularaq prokurorun tələblərinə uyğun ifadəsini verib.

    Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və polisə bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını deyib.

    Zərərçəkən iş adamı ittihamdakı Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması faktını təkzib edərək, bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib. O, ifadəsi zamanı, həmçinin bildirib ki, Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddia tələbi də yoxdur və buna görə A.Xəlilovadan onu bağışlamasını istəyib.

    Zərərçəkənin budəfəki ifadəsi məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirilib.

    Fevralın 17-də keçirilməsi nəzərdə tutulan növbəti proses zərərçəkənə veriləcək suallarlə işini davam etdirəcək.

    Qeyd edək ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 500 min manat pul tələb edib.

    Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-cü maddəsi üzrə ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, zərərçəkən və təqsirləndirilənin yaxınlarının təqdim etdikləri sübutlar və şikayəti əsasında sözügedən cinayət işinin ibtidai istintaqını həyata keçirən Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovla bağlı xidməti yoxlamalar aparılıb. O, tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

  • “Şamaxinka”da hərəkətin təşkilində dəyişikliklər edilir – Video

    “Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni işıqforlar quraşdırılır.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.

    “Bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

    Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir”, – məlumatda qeyd olunub.

  • Киберполиция Азербайджана задержала мошенника, похитившего данные банковских карт 150 граждан (Видео)

    В Главное управление по борьбе с киберпреступностью Министерства внутренних дел (МВД) Азербайджана поступили сообщения о многочисленных случаях мошенничества с использованием поддельных профилей в социальных сетях. Злоумышленник создавал копии аккаунтов реальных пользователей и рассылал их друзьям ложную информацию о банковских кампаниях, совершая таким образом масштабные онлайн-мошенничества.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МВД, в результате проведенных оперативно-технических мероприятий киберполицией по подозрению в совершении указанных противоправных действий был задержан 23-летний Заур Теймурханов, ранее неоднократно судимый.

    В ходе расследования установлено, что Теймурханов получал фотографии профилей пользователей социальных сетей и создавал поддельные аккаунты, визуально похожие на оригинальные. После этого он связывался с людьми из списка друзей этих пользователей, отправляя сообщения о якобы проводимых “банковских акциях”, возможности выиграть крупную денежную сумму и скором завершении таких “кампаний”.

    Таким образом мошенник получал данные банковских карт жертв. После того как пострадавшие предоставляли информацию и коды безопасности OTP, присланные на их телефоны, Теймурханов получал доступ к средствам на их картах. Для сокрытия своей личности он переводил похищенные деньги на зарубежные онлайн-ресурсы и электронные платформы. По данным следствия, от действий мошенника пострадало около 150 граждан.

    По данному факту возбуждено уголовное дело, З.Теймурханов привлечен к следствию, и его в отношении решением суда избрана мера пресечения в виде ареста.

    “Еще раз обращаемся к гражданам и подчеркиваем, что ни сотрудники банков, ни представители других организаций ни при каких обстоятельствах не запрашивают данные карт, PIN-коды, OTP и другие коды безопасности. Лицам, столкнувшимся с такими обращениями, рекомендуется немедленно прекратить контакт, не отвечать на сообщения и информировать полицию”, – подчеркивается в сообщении МВД.

  • Kiberpolisdən ƏMƏLİYYAT: 150 profilə müdaxilə edən fırıldaqçı HƏBS OLUNDU (Video)

    Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya “bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş OTP təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

    Qeyd olunub ki, faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    “Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, PIN, OTP və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur”, – məlumatda vurğulanıb.