Month: January 2026

  • На дороге Баку – Сумгайыт столкнулись пять автомобилей, есть пострадавшие

    На участке автомобильной дороги Баку – Сумгайыт, проходящем через город Хырдалан, произошла цепная авария.

    Как передает Report, в результате столкновения пяти автомобилей разных марок, транспортные средства получили серьезные повреждения.

    Кроме того, сообщается о пострадавших в результате аварии.

    На место происшествия прибыли сотрудники полиции и бригады скорой медицинской помощи. По данному факту ведется расследование.

  • Bakı-Sumqayıt yolunda beş avtomobil toqquşdu: Xəsarət alanlar var

    Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

    Məlumata görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.

    Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.

  • Sumqayıtda kişi qonaq olduğu evdə öldü

    Sumqayıta qonaq gələn kişi ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    74 yaşlı qəsəbə sakininin evinə qonaq gələn Neftçala rayon sakini 64 yaşlı Rahil Fazil oğlu Axundov qəfil ölüb. Onun hansı səbəblə öldüyü bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • Известный косметолог Эльнара Рзаева попала под амнистию

    Руководитель ООО Dr. Elnara, косметолог Эльнара Рзаева попала под акт об амнистии.

    Как передает Teleqraf, решением Наримановского районного суда Э.Рзаева освобождена от наказания.

    В приговоре суда указывается, что известный косметолог была признана виновной по статьям 147.1 (клевета) и 148 (оскорбление) Уголовного кодекса АР.

    Суд первоначально назначил ей исправительные работы с удержанием 10% ежемесячного заработка в пользу государства.

    Решение об амнистии от 19 декабря 2025 года по случаю Года Конституции и суверенитета распространилось на Э.Рзаеву, и она полностью освобождена от наказания.

    Напомним, что в прошлом году руководители эстетических косметологических клиник LBC в Баку и Сумгайыте Рена Солтанова и Нигяр Руфат подали судебный иск против косметолога Эльнары Рзаевой. По делу Наримановский районный суд назначил экспертизу в отношении Э.Рзаевой.

  • Tanınmış kosmetoloq Elnarə Rzayeva da amnistiyaya düşdü

    “Dr. Elnara” MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Rzayeva cəzadan azad edilib.

    Məhkəmənin hökmündə göstərilir ki, tanınmış kosmetoloq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

    Məhkəmə ilkin olaraq ona aylıq qazancının 10 faizi həcmində dövlət nəfinə vəsait tutulmaqla islah işləri cəzası təyin edib.

    “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı E.Rzayevaya şamil olunub və o, cəzadan tamamilə azad edilib.

    Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət tərəfindən kosmetoloq Elnarə Rzayevaya qarşı məhkəmə iddiası qaldırılmışdı. İş üzrə Nərimanov Rayon Məhkəməsi E.Rzayeva barəsində ekspertiza da təyin etmişdi.

  • Borca görə qətl: 18 illik həbs cəzası yenidən nəzərdən keçiriləcək

    Gəncədə adam öldürmədə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə təşkil olunacaq məhkəmə tərkibi tərəfindən baxılacaq.

    Xatırladaq ki, hadisə 11 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhərində baş verib. Həmin gün 42 yaşlı ingilis dili müəllimi Əli Bayramovun qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, dörd nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov özünün və 22 yaşlı oğlu Ayxanın tanışları olan 28 yaşlı Niyazi Bayramov və onun qardaşı, 36 yaşlı tarix müəllimi Kamal Bayramova bıçaq xəsarətləri yetirib. Bundan sonra K.Bayramov odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürüb.

    Hadisə yerinə dərhal prokurorluq və polis əməkdaşları cəlb ediliblər, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bıçaq xəsarətləri almış Niyazi və Kamal Bayramov xəstəxanaya yerləşdiriliblər.

    İstintaq zamanı aşkar olunub ki, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Əli Bayramovla qohum olub və hətta bir müddət onun evində yaşayıb. Münaqişənin əsas səbəbi isə maliyyə məsələləri olub – Əli Bayramov Kamal Bayramovun ailə üzvlərindən əvvəlcə 5 000, daha sonra isə 2 700 manat borc alıb, lakin bu vəsaiti qaytarmayıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsi K.Bayramovu 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək cəzasını 18 ilə endirmişdi.

    İndi isə məsələyə Ali Məhkəmədə yenidən baxılacaq və bu işlə bağlı yekun qərar qəbul ediləcək.

  • Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

    Son aylarda virus və bağırsaq infeksiyalarının artması və ilə bağlı çoxsaylı şikayətlər var. Cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardan biri isə qarşıdakı dövrdə yeni virusların meydana çıxıb-çıxmayacağıdır.

    Bəs müşahidə olunan viruslar əvvəlkilərdən daha ağır klinik gedişə malikdirmi? Virusların mutasiyaya uğraması hazırda nə dərəcədə aktualdır və bizi nə gözləyir?

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib.

    O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:

    “Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə olunur. Viruslara yoluxmanın çoxalmasına mövsümi amillər – havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha az qəbul edilməsi və digər faktorlar təsir göstərir.

    Hazırda daha çox rastlanan infeksiya mövsümi A qripidir. Fevral ayından bu infeksiyanın yayılmasının pik dövrü müşahidə olunur. Ümumilikdə, yaz aylarına doğru qripə yoluxma hallarının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, müxtəlif digər kəskin respirator virus infeksiyaları da oxşar klinik mənzərə ilə müşahidə edilir.

    Hazırda daha çox yayılan A qripinin əvvəlki illərdə rast gəlinən qrip virusları ilə müqayisədə daha ağır xəstəlik törətməsinə dair sübut yoxdur. Lakin qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən, daha ağır və fəsadlı keçir”.

    Mütəxəssis qeyd ediblər ki, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qripin ağır gedişi baxımından risk qrupuna daxildirlər:

    “Qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusilə risk qruplarında daha təhlükəlidir. Qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində viruslar qazanılmış immunitetdən qismən yayına bilirlər. Lakin bu mutasiyalar köklü xarakter daşımır və yeni ştamın yaranmasına səbəb olmur.

    Adətən, qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur. Bunlara uşaqlarda qrip, adenovirus infeksiyası, həmçinin rotavirus və digər virusları aid etmək olar. Bu infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin üç gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün həkimə müraciət etməyə əsas verən siqnaldır. Rotavirus infeksiyasına yoluxmuş uşaqlar isə mütləq həkim məsləhəti almalıdırlar”.

  • Сколько деревьев повалило в Баку из-за сильного ветра?

    В Баку в результате сильного ветра, который продолжался с ночи до утра, повалило шесть деревьев, ещё у трёх сломались ветки.

    Об этом Oxu.Az сообщили в пресс-службе Объединения озеленительного хозяйства города Баку.

    Отмечается, что на горячую линию объединения поступило девять обращений из Хатаинского, Низаминского и Бинагадинского районов. Сотрудники ведомства убрали поваленные деревья и очистили территорию.

  • Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

    Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

    Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

    Bildirilib ki, güclü külək nəticəsində Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə doqquz müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib. Birliyin əməkdaşları tərəfindən aşmış ağaclar ərazidən götürülərək təmizlənib.

  • Азербайджанская нефть значительно подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 3.21 доллара, или 4.68% – до 71.75 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 68.54 доллара.