Month: January 2026

  • Hansı məktəblər distant təhsilə keçəcək? (Video)

    Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində “Sabaha saxlamayaq” verilişində çıxışı zamanı məlumat verib.

    Vəfa Yaqublu bildirib ki, bəzi ucqar məktəblərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur.

    “Təsəvvür edin ki, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun əsas səbəbi şagird sayı az olan məktəblərdə dərs saatlarının azlığıdır. Müəllimlərin maaşı dərs saatı əsasında formalaşdığı üçün bu məktəblərə müəllim cəlb etmək çətinləşir. Bu mövzu uzun müddət müzakirə olunub. Texnologiyanın verdiyi imkanlar bizi belə bir qərara gətirdi ki, ilkin mərhələdə bu modeli hibrid formada tətbiq edək. Hansı fənn üzrə müəllim yoxdursa, şagirdlər rayon mərkəzində yerləşən məktəbə internetlə bağlanacaq və həmin rayonun ən yaxşı müəllimi onlara distant dərs keçəcək”, – deyə o vurğulayıb.

    Tətbiq ediləcək yeni sistem bir neçə mühüm mexanizmi özündə birləşdirir. Belə ki, müəyyən təhsil müəssisələrinə “mərkəz məktəb” statusu veriləcək. Bu məktəblərdə distant dərslərin yüksək səviyyədə təşkili üçün müasir texniki infrastruktur qurulacaq. Şagirdlər kompüter vasitəsilə mərkəz məktəbdə keçirilən dərslərə birbaşa qoşula biləcəklər.

    Hazırda şagird sayı az olan 100-dən çox məktəbdə bu yeni tədris modelinə keçid birdəfəlik deyil, mərhələli şəkildə həyata keçiriləcək.

    “Yüzdən çox məktəbdə şagird sayı azdır. Bu məktəblərdə distant təhsilə keçid mərhələli şəkildə baş tutacaq. Biz bu modeli Lənkəran-Astara regionunda yerləşən bir neçə məktəbdə sınaqdan keçirmişik. Nəticələr qənaətbəxşdir. Layihə hazırda test mərhələsindədir”, – deyə agentlik rəsmisi bildirib.

    Vəfa Yaqublu həmçinin ölkədə gedən köç prosesinin məktəblərə təsirinə də diqqət çəkib:

    “Hazırda Qarabağa köç prosesi gedir və həmin ərazilərdəki məktəblər genişlənir. Məsələn, Xankəndidə yerləşən məktəb artıq mövcud şagird sayına görə kifayət qədər yüklənib. Digər bölgələrdə isə bəzi məktəblərin boşalması müşahidə olunur. Belə bir tendensiya formalaşır”.

  • В Баку врачи отказали роженице в помощи ? – Шокирующие обвинения женщины, потерявшей ребенка (Видео)

    Меня привезли в больницу с родовыми схватками, но из-за несвоевременного оказания помощи ребенок погиб в утробе.

    Об этом Xəzər Xəbər рассказала жительница столицы Айтадж Вахабова.

    Женщина утверждает, что в октябре прошлого года, в ночные часы, у нее начались преждевременные роды, после чего она была доставлена машиной скорой помощи в Yeni Klinika. В медицинском учреждении ее приняла акушер-гинеколог Севиндж Мамедова.

    “В ночную смену работала гинеколог Севиндж Мамедова. Меня оставили в палате, и примерно час-полтора врач не появлялась. А когда гинеколог пришла, то сказала мне: “Ничем не могу вам помочь. Вы не мой случай. Мне уже нужно уходить. Если завтра останетесь живы, и ваш ребенок в утробе тоже выживет, тогда обратитесь снова – к тому, кто будет в утренней смене”, – рассказала пострадавшая.

    А.Вахабова засняла на телефон момент, когда С.Мамедова отказала ей в помощи. На кадрах четко видно, как врач и находившаяся рядом с ней медсестра покидают палату.

    Женщина также сообщила, что утром обратилась в частную клинику, однако помощь была оказана слишком поздно – плод погиб в утробе.

  • Xəstəxanada hamilə qadına “sabaha sağ qalsanız, müraciət edərsiniz” deyilib? – Doğuş zamanı övladını itirən anadan ŞOK İTTİHAM (Video)

    ”Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq öldü”.

    Bunu ”Xəzər Xəbər”ə paytaxt sakini Aytac Vahabova deyib.

    Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcili yardım avtomobili ilə “Yeni Klinika”ya aparılıb. Orada onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.

    “Gecə növbəsində ginekoloq Sevinc Məmmədova idi. Məni otaqda gözlətdilər. Təxminən bir saat, saatyarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Mən artıq getməliyəm. Əgər sabah sağ qalsanız, bətninizdəki övlad da sağ qalarsa, o zaman yenidən müraciət edərsiniz – səhər növbəsində kim olacaqsa, ona”, – deyə şikayətçi baş verənləri nəql edib.

    Aytac Vahabova Sevinc Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edirlər.

  • В Азербайджане идет сильный снег: состояние дороги Губа – Гусар (Видео)

    В северном регионе Азербайджана идет сильный снег.

    Как сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана, в настоящее время продолжаются работы по очистке от снега и противогололедной обработке автодорог Губа – Гусар и Гусар – Шахдаг.

    Продолжается очистка снега с проезжей части автодороги Губа – Гечреш, а также меры против обледенения.

    На трассах обеспечены безопасность и непрерывность движения.

  • Quba-Qusar yolunda son vəziyyət NECƏDİR? (Video)

    Azərbaycanın şimal bölgəsinə güclü qar yağır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir.

    Quba-Qəçreş avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir.

    Yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.

  • На дороге Победы проведены работы по очистке проезжей части от снега (Видео)

    На автомобильной дороге Победы (Ахмедбейли – Физули – Шуша) проведены мероприятия по очистке проезжей части от снега и приняты меры по борьбе с обледенением.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана (ГААДА).

    Отмечается, что в настоящее время полностью обеспечены безопасность и непрерывность движения.

  • Zəfər yolu qardan təmizlənir (Video)

    Zəfər yolu (Əhmədbəyli-Füzuli-Şuşa) avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, hazırda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi tam təmin edilib.

  • Стоимость серебра обновила исторический максимум

    Стоимость фьючерса на серебро с поставкой в марте 2026 года на бирже Comex (подразделение Нью-Йоркской товарной биржи) обновила исторический максимум, превысив 90 долларов за тройскую унцию.

    Это следует из данных торговой площадки.

    По данным на 07:55 по бакинскому времени, цена на драгметалл росла на 4.59% и составляла 90.3 доллара за тройскую унцию.

    К 08:10 по бакинскому времени стоимость серебра ускорила рост до 90.83 доллара за тройскую унцию (+5.2%).

  • Gümüş bazarında tarixi rekord: 2026-cı ilin mart tədarükləri psixoloji həddi aşdı

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 90 dolları keçib.

    Bu, ticarət platformasının məlumatlarında əks olunur.

    Bakı vaxtı ilə saat 07:55-ə olan məlumata görə, qiymətli metalın dəyəri 4.59% artaraq trua unsiyası üçün 90.03 dollara çatıb.

    Bakı vaxtı ilə saat 08:10-da isə gümüşün qiyməti trua unsiyası üçün 90.83 dollar (+5.2%) olub.

  • Ağsudakı tikinti obyektindən naqil oğurlayan keçmiş işçi yaxalandı

    Ağsuda işlədiyi obyektdən oğurluq edən usta məsuliyyətə cəlb olunub.

    Oxu.Az-ın məlumatına görə, adıçəkilən rayonun Dilman kəndində tikinti işləri gedən obyektdən elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

    Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Tərlan Quliyev müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun həmin obyektdə bir müddət əvvəl usta kimi çalışdığı məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.