ABŞ İrandakı vətəndaşlarını nümayişlərin şiddətlənməsi və ölkə miqyasında təhlükəsizlik məhdudiyyətlərinin sərtləşdirilməsi ilə əlaqədar dərhal ölkəni tərk etməyə çağırıb.
Median.Az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ABŞ-nin İrandakı Səfirliyi etirazların artdığı və zorakılığa çevrilə biləcəyi, həbslərə və xəsarətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Təhlükəsizlik tədbirləri artırılıb, yollar bağlanıb, ictimai nəqliyyatda fasilələr yaranıb və internet bloklanıb. İndi İranı tərk edin. ABŞ hökumətinin köməyinə etibar etməyən İranı tərk etmək üçün bir planınız olsun”, – deyə bəyanatda bildirilib.
Month: January 2026
-
ABŞ vətəndaşlarını İranı tərk etməyi çağırdı
-
50 yaşdan yuxarı qadınlara – Xəbərdarlıq

Onkoloq Preeti Subhedar 50 yaşdan yuxarı qadınlara bəzi qidaların istehlakını azaltmağı tövsiyə edib.
Həkimin sözlərinə görə, ağ çörək, ağ düyü, simit, tort, şəkərli dənli bitkilər və qazlı içkilər kimi yüksək qlisemik indeksli məhsullar orqanizmdə insulin və IGF-1 hormonunun səviyyəsini artırır.
Bu hormonlar isə xərçəng hüceyrələrinin nəzarətsiz böyüməsinə səbəb ola bilir. -
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
-
2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il yanvarın 15-də dövlət qulluğu vəzifələri üzrə növbəti test imtahanlarının keçiriləcəyini açıqlayıb.
İmtahanlar dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə təşkil ediləcək.Bildirilib ki, imtahanlar saat 10:00 və 16:00-da başlayacaq. Namizədlərin diqqətinə çatdırılıb ki, imtahanın başlanmasından 15 dəqiqə öncə (müvafiq olaraq saat 09:45 və 15:45) imtahan binasına gəlməyənlər binaya buraxılmayacaqlar.
Qeyd edək ki, imtahanlar üçün qeydiyyat prosesi 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək davam edib və bu müddət ərzində 1 489 namizəd iştirak üçün ərizə təqdim edib. Bu rəqəm dövlət qulluğu vəzifələrinə marağın yüksək olduğunu bir daha təsdiqləyir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər artıq DİM-in rəsmi internet saytına (dim.gov.az) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Buraxılış vərəqələrində namizədlər üçün imtahanın keçiriləcəyi yer, vaxt, bina və digər vacib məlumatlar qeyd olunub. İmtahana gələrkən namizədlər mütləq şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər.
İmtahanlar elektron formada, müasir kompüter texnologiyalarından istifadə edilməklə, Bakı və Naxçıvan şəhərlərində ümumilikdə iki binada təşkil olunacaq. İmtahanların şəffaf və nizam-intizamlı keçirilməsi üçün iki ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.
-
Azərbaycan “Avroviziya-2026″nın ikinci yarımfinalında çıxış edəcək
Azərbaycan təmsilçisi “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.
İştirakçıların siyahısı püşkatma nəticəsində müəyyən edilib. Nəticələr müsabiqənin rəsmi saytında dərc olunub.Bildirilib ki, yarımfinal mərhələsində iştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi mart ayının sonlarında bəlli olacaq. İlk yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.
Xatırladaq ki, builki “Avroviziya” Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.
-
Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsində şahidlər ifadə veriblər
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.İş üzrə şahid qismində tanınan İ.A. bildirib ki, 1997-ci ildə “Bon Accord” şirkətində anbardar kimi işə başlayıb:
“1998-ci ildən isə “Bon Accord” şirkətində mütəxəssis işləmişəm. İndi həmin şirkətin rəhbəri vəzifəsində işləyirəm. Bu şirkət 1999-cu ildən əsasən neft sənayesi üzrə boru təchizatı ilə məşğul olub. Boruları Almaniya, Rumıniya və digər ölkələrdən almışıq”.
O, Martin Ryanın nömrəsini ona həyat yoldaşının verdiyini bildirib:
“Həyat yoldaşıma da Martini məktəbdən bir valideyn məsləhət görmüşdü. Martin həm də fransız dilini bilirdi. Məktəbdə də fransız dili tədris olunurdu. Dedim ki, uşağın fransız dili təkmilləşsin. Övladımı onun yanına şahmat dərslərinə qoyduq. Martinlə aramda qısa dialoqlar olub. 2021-ci ilin payızında Martin mənə dedi ki, həm də çaxır biznesi ilə məşğuldur. Şərik axtardığını bildirdi. Mən əvvəl razı idim. Sonra məsləhətləşdim, Martinə razı olmadığımı bildirdim. Daha sonra Martin xaricdən çaxır gətirmişdi. Mən də ondan iki qutu çaxır aldım”.
Şahid deyib ki, daha sonra onların növbəti görüşümü baş tutub. Həmin görüşdə Martinin yanında Z.M. adlı bir şəxs də olub:
“O, görüşdə Martinlə fransızca danışırdı. Mən belə bahalı içkiləri kimin alacağını soruşdum. Onlar isə mənə dedilər ki, xarici ölkə səfirlikləri tez-tez tədbir keçirir. Məhsulu onlar alacaq. Bu görüşdən ayrılanda Martinlə birgə getdik. Yolda məndən Böyük Britaniya səfirliyi ilə əlaqəmin olub-olmadığını soruşdu. Mən isə heç bir əlaqəmin olmadığını bildirdim”.
Daha sonra şahid Martinlə dialoqu çərçivəsində aralarında olan söhbətlərə toxunub. Martinin onun rəhbəri olduğu şirkət barədə maraqlandığını bildirib. O isə şirkətin əsas qərargahının Fransada yerləşdiyini Martinə deyib:
“Bon-Accord” şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olmasını və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyimi Martinə demişdim. Bundan sonra Martin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyim şirkətin hansı ölkənin filialı olduğunu, sırf hansı fəaliyyətlə məşğul olduğunu soruşdu. Mən isə cavabımda ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğu, boru və fittinqlərin idxalı, satışı ilə məşğul olması barədə ona dedim. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhərində olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində idi”.
Şahid həmçinin qeyd edib ki, 2023-cü ilin may ayında Martin Ryan ona zəng vuraraq görüş təklif edib:
“Generatorların alqı-satqısı ilə bağlı görüşdük. Martin tək deyildi. Yanında bir rus milliyətinə bənzər qadın və iri cüssəli, ucaboy kişi var idi. Generatorların ölkəyə gətirilib satılması ilə bağlı təklif verildi. Mən analiz etdim ki, Azərbaycanda bu işlə kifayət qədər məşğul olan var. Onun üçün də mən buna razı olmadım. Bizim onunla Fransa şirkətləri ilə bağlı söhbətimiz oldu”.
Daha sonra prosesdə iş üzrə şahid qismində tanınan İ.İ. ifadə verib. Şahid bildirib ki, Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir:
“2023-cü ilin dekabrın 4-də iş yoldaşım ilə birgə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzillərin birinə məhkəmə qərarı əsasında DTX əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı öz razılığımız əsasında hal şahidi kimi iştirak etmişik. Orada olarkən bildik ki, bu mənzildə Azad Məmmədli yaşayır. Bundan sonra bizdən Azad Məmmədlini tanıyıb-tanımadığımızı soruşdular. Biz də tanımadığımızı bildirdik. Bundan sonra bizim və ev sahibinin iştirakı ilə mənzilə baxış keçirildi. Baxış zamanı evdə fləşkartlar, mobil telefonlar, noutbuk kompüterləri, çoxlu sayda vizit kartlar və digər əşyalar aşkar edildi”.
Məhkəmənin növbəti iclası fevralın 2-də keçiriləcək.
İttiham aktına görə, Martin Ryanın ölkəmizdə istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı ordumuzun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış adamlar, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
//oxu.az -
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı – TƏFƏRRÜAT
Füzuli rayonunda kişi həyat yoldaşını oğurlayıb.
Hadisə rayonun Horadiz qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Təbriz Baxışov (soyadı şərtidir) qəsəbə ərazisində bir xanımla tanış olub. Onlar bir-birilərini sevsələr də, Təbrizin valideynləri onların ailə qurmasına icazə verməyiblər.Bir müddətdən sonra Təbriz qızı qaçırıb və valideynləri də əlacsız qalıb onların evlənmələrinə icazə veriblər. Cütlük rəsmi nikaha daxil olub. Amma problem bununla bitməyib. Qız hamilə olandan sonra öyrənib ki, Təbrizin başqa qadından 6 yaşlı övladı var. O bu barədə Təbrizə irad bildirəndə, kişi onu döyərək təhqir etməyə başlayıb. Qadın bu barədə valideynlərinə məlumat verib və evdən çıxaraq atasının evinə gedib.
Bir aydan sonra Təbriz qadının evə qayıtmasını tələb edib. Lakin gəlin və onun valideynləri buna etiraz ediblər. Hadisədən əsəbiləşən Təbriz evdən bıçaq götürərək qayınatasının evinə gedib. O, evə daxil olaraq bıçağı gəlinin boğazına dirəyərək, ölümlə hədələyib. Daha sonra o, qadını məcburi oğurlayaraq öz evinə gətirib.
Hadisə ilə bağlı qadının valideynləri polisə məlumat veriblər. Polis əməkdaşlarının tədbirləri ilə Təbriz saxlanılıb, gəlin isə azad edilərək valideynlərinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Baxışov 9 il azadlıqdan məhrum edilib.
//oxu.az -
Azərbaycanda bu kanalın yayımı 3 saatlıq dayandırıldı
“ARB” kanalının yayımı yanvarın 15-də 3 saatlıq dayandırılacaq.
Bu barədə Audiovizual Şura məlumat yayıb.
Qeyd edilib ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.
Beləliklə, “Media haqqında” Qanunun əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi ilə bağlı maddə pozulub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri “ARB” kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər”, – deyə məlumatda vurğualnıb.
-
Türkiyədə saxlanılan Oktay Kaynarcadan ilk açıqlama
Türkiyədə saxlanılan məşhur türkiyəli aktyor, “Kurtlar vadisi”, “Adanalı”, “Kardeş payı” və “Ben bu cihana sığmazam” kimi seriallardakı rolları ilə tanınan Oktay Kaynarca ilk açıqlamasını verib.
Bu barədə Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
“Alnım açıq, başım dikdir”, – deyə aktyor bildirib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərə qarşı genişmiqyaslı əməliyyat çərçivəsində Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.








