Month: January 2026

  • Ölkədə övladlığa uşaq götürən subay şəxslərin sayı bilindi

    2025-ci ildə Azərbaycanda 13 subay şəxs övladlığa uşaq götürüb.

    Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı deyib.

    O bildirib ki, subay olan şəxslər də himayədar ailə ola, həmçinin övladlığa uşaq götürülməsi üçün müraciət edə bilərlər:

    “Bunun üçün bəzi prosedurlar var. Müəyyən edilmiş yaş kateqoriyasında olan subay şəxslər həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron qaydada müraciət ünvanlaya bilərlər. Müraciətdən sonra qiymətləndirmə başlayır. Vətəndaşlar təlimlərə cəlb olunur, uşaqlar ilə davranış qaydalarını öyrənirlər və imtahan verirlər. Bütün tələblərə cavab verən şəxs bu hüquqa sahib olur”.
    //oxu.az

  • Прогноз погоды в Азербайджане на 13.01.2026

    13 января в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, преимущественно без осадков, однако в ночь с 13 на 14 января местами возможны дожди, в пригороде – мокрый снег, ночью и утром местами – туман, умеренный северо-западный ветер вечером усилится.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 5-7, днем – 7-11 градусов тепла.

    Атмосферное давление снизится с 759 мм до 756 мм ртутного столба, относительная влажность – 80-90%.

    В северных и западных районах Азербайджана возможны дожди, в горных и предгорных районах – снег, на отдельных территориях туман, западный ветер временами усилится.

    Температура воздуха ночью составит от 1 градуса мороза до 4 тепла, днем – 8-13 градусов выше нуля, в горах ночью – 0-4 градусов ниже нуля, днем – 2-7 градусов тепла.

  • Sabah Bakıya sulu qar yağacaq

    Azərbaycanda yanvarın 13-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 13-dən 14-nə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

  • Dubaydan Bakıya qanunsuz gətirilən qızıl külçələr ələ keçdi – FOTO

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

    Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372.5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçə aşkarlanıb.

  • Дома на опасной территории на Абшероне будут снесены: населению выплатят компенсацию

    Дома на улицах Гасанбека Агаева, Зии Буниятова и в селе Мамедли, расположенные вблизи Государственного историко-культурного и природного заповедника “Янардаг” в Абшеронском районе, будут снесены.

    Как сообщает Oxu.Az, причиной этому указано обнаружение метанового газа (CH4) на приусадебных участках частных жилых домов, расположенных в окрестностях указанной территории.

    В связи с этим уже начат сбор соответствующих документов у жителей, у которых есть дом или приусадебный участок в указанном направлении. Согласно информации, жителям планируется выплатить высокую компенсацию (примерно 18-20 тысяч манатов) за каждую сотку на территориях, включенных в список.

    Отметим, что участки, попавшие в план, расположены вокруг новой автомобильной дороги Бёюкшор – Пиршаги.

  • Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ – Əhaliyə YÜKSƏK MƏBLƏĞDƏ kompensasiya ödəniləcək

    Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.

    Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.

    Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.

    İlkin olaraq FHN, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.

    Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.

    Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.

  • Президент Ильхам Алиев провел совещание по вопросам совершенствования систем водоснабжения в Баку и на Абшероне (ФОТО)

    12 января под председательством Президента Азербайджанской Республики Ильхама Алиева состоялось совещание, посвященное Государственной программе по совершенствованию систем водоснабжения, сточных и дождевых вод в городе Баку и на Абшеронском полуострове на 2026-2035 годы.

    Как сообщает АЗЕРТАДЖ, на совещании выступил глава государства.

    Затем заместитель премьер-министра Шахин Мустафаев и председатель Государственного агентства водных ресурсов Азербайджана (ADSEA) Заур Микаилов проинформировали Президента Ильхама Алиева о выполненных и запланированных работах.




  • Prezident İlham Əliyev Bakı və Abşeronda su məsələlərinə dair müşavirə keçirdi (FOTO)

    Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-35-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə dövlətimizin başçısı çıxış edib.

    Sonra Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Prezident İlham Əliyevə icra olunmuş və nəzərdə tutulan işlər barədə məlumat veriblər.




  • Лейла Алиева посетила семью шехида Тарлана Мамедова – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева посетила семью шехида Тарлана Мамедова.

    Соответствующей публикацией Л.Алиева поделилась на своей официальной странице в Instagram.

  • Leyla Əliyeva şəhid Tərlan Məmmədovun ailəsini ziyarət edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında şəhid Tərlan Məmmədovun ailəsini ziyarət etməsi ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: