Month: January 2026

  • Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI

    “Bu gün Bakıdan Türkiyəyə uçuşu nəzərdə tutulan Türk Hava Yollarının reysləri ləğv olunub”.

    Bunu Oxu.Az-a açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

    Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI

    “TK332 (gəliş – 12:30) və TK333 (gediş – 13:30) nömrəli reyslər həyata keçirilməyib. Sərnişinlərə reyslə bağlı əlavə məlumat üçün aviaşirkətə müraciət etmələri tövsiyə olunur”, – deyə N.Xəlilova bildirib.

    “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat Xidmətindən də Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətin həyata keçirdiyi uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.

    Qeyd edək ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Türk Hava Yolları İstanbul hava limanından yanvarın 12-də qalxan və enən 54 uçuşu ləğv edib.

  • Иностранцы, снявшие неэтичные видео на Аллее шехидов, подали апелляционную жалобу

    Трое граждан Саудовской Аравии – Альзаман Махди Али, Альгабр Мохаммад Хуссейн и Альгабр Махди Мохаммад, арестованные за неэтичное поведение на Аллее шехидов и публикацию соответствующего видео в социальных сетях, подали апелляционную жалобу на приговор.

    Как сообщает Report, жалоба будет рассмотрена в Бакинском апелляционном суде.

    Напомним, что Сабаильский районный суд приговорил всех троих к двум годам лишения свободы.

    Отметим, что инцидент произошел в августе прошлого года.

    Согласно обвинению, 17 августа трое иностранных граждан, прибывшие в Азербайджан в качестве туристов, сняли на Аллее шехидов видеоролики оскорбительного характера и разместили их в социальных сетях.

    Альзаман Махди Али, Альгабр Мохаммад Хуссейн и Альгабр Махди Мохаммад обвиняются по статье 245 (надругательство над могилой) Уголовного кодекса Азербайджана.

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər apellyasiya şikayəti veriblər

    Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı – Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar iki il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

    İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

    Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.

  • Bakıda küçədə tanışını güllələyib öldürən hərbçi aldığı cəza ilə razılaşmır

    Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan keçmiş hərbi qulluqçu İsmayıl Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.

    Qeyd edək ki, hadisə 2025-ci il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda baş verib.

    İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.

    Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmayıl İbrahim oğlu Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib. İş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

    İsmayıl Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə İsmayıl Allahverdiyev 17 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Netanyahudan İranla bağlı bəyanat: Etirazları yaxından izləyirik

    İsrail Baş naziri Benyamin Netanyahu İrandakı etirazları yaxından izlədiklərini bildirib.

     
    AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında İranda 16 gündür davam edən etirazlarla bağlı açıqlamalar verib.
     
    Netanyahu Tel-Əviv administrasiyasının prosesi yaxından izlədiyini və etirazların ölkə daxilində yayıldığını bildirib və əlavə edib ki, İsrail cəmiyyəti İran xalqının göstərdiyi cəsarəti yüksək qiymətləndirir.
    Netanyahu İsrailin İran xalqının azadlıq uğrunda mübarizəsinin arxasında durduğunu və günahsız mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsini pislədiyini bildirib.
     
    İran xalqının tezliklə məruz qaldığı zülmdən azad olacağını iddia edən Netanyahu, həmin günün gəlişi ilə iki ölkənin yenidən yaxın müttəfiq olacağını iddia edib.

  • Ağadadaş Ağayev amnistiyaya düşdü – cəzadan azad edilir

    Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.
     
    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, müğənniyə amnistiya aktı tətbiq olunacaq.
     
    Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.
     
    Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.
     
    Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.
     
    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il , N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

  • Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

    Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.
     
    Median.Az xəbər verir ki, yanvarın 10-da 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.
     
    Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.
     
    Hər iki faktla bağlı araşdırma aparılır.
     
    ///apa

  • DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ

    Təkər şinlərinin mövsümə uyğun olması mühüm şərtdir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
    Qeyd edilib ki, payız-qış mövsümündə qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması başlıca yer tutur. Qarlı, yağışlı havalarda avtomobil idarə etmək çətin və təhlükəlidir. Lakin burada sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkərlərinin fəslə uyğun olub-olmaması, habelə şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğu həlledici rol oynayır.
    “Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1.6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə 0.8 mm-dən az olduqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda nəqliyyat vasitəsinin istismarına yol verməməli, nasazlıq aradan qaldırılmalıdır.
    Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir”, – müraciətdə qeyd edilib.

  • İran etirazlarında ölənlərin sayı 544-ə çatdı

    ABŞ-də yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar təşkilatı İranda etirazlarda ölənlərin sayını açıqlayıb.

    Azxeber.com xariri mətbutata istinadən xəbər verir ki, 28 dekabr 2025-ci ildə yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar İranda davam edir.
     
    ABŞ-də yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar təşkilatı etirazlar zamanı baş verən zorakı hadisələr nəticəsində baş verən ölümlərlə bağlı açıqlama yayıb.
     
    Təşkilatın son açıqlamasında ölənlərin sayının ən azı 544-ə çatdığını bildirib və əlavə edib: “Bunlardan 483-ü etirazçı, 47-si təhlükəsizlik qüvvələrinin əməkdaşı, 8-i uşaq, 5-i etirazlarda iştirak etməyən mülki şəxs və biri hökumət üçün çalışan prokuror olub” deyə açıqlamada qeyd olunub.
     
    Həmçinin 579 ölüm xəbərinin araşdırıldığı vurğulanıb.
    Bəyanatda etirazların ölkə üzrə 186 şəhər və 31 bölgədə 585 fərqli yerə yayıldığı və həbs olunanların sayının 10.681-ə çatdığı qeyd olunub.

  • Azərbaycanda zəlzələ olub

    Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
    Zəlzələ yerli vaxtla saat 03.07-də baş verib. 3 maqnitudalı zəlzələ ocağının dərinliyi 8 kilometr olub.
    Zəlzələ hiss olunmayıb.