Gəncədə yeniyetmənin meyiti tapılıb.
Month: January 2026
-
Azərbaycanda peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı
Hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.Faktla bağlı araşdırma aparılır.///APA -
Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub.
Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkəzi küçələrdən birində baş verib.58 yaşlı Aqil Kərəmov (ad və soyad şərtidir) spirtli içki almaq istəsə də, pulu çatmayıb. O, bundan əsəbiləşərək ictimai yerdə söyüş söyüb. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildirsələr də, Aqil hərəkətlərinə davam edib.Nəticədə Aqil Kərəmov saxlanılıb və barəsində müvafiq maddə ilə inzibati protokol tərtib edilib.Onun sözlərinə görə, 3-4 aydır spirtsiz dura bilmir. İçki tapa bilmədikdə isə insanları hədələyərək ona araq və ya digər spirtli içkilər almağı tələb edir. Aqil əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.Şəmkir Rayon Məhkəməsi Aqil Kərəmov barəsində 15 gün müddətinə inzibati həbs cəzası tətbiq edib. -
Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?
“Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb”.
Bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3.8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. -
Dünyanın ən populyar avtomobili seçildi – TOP-10
2025-ci ilin əvvəlindən noyabr ayına qədər olan dövrdə “Toyota RAV4” 2 pillə yüksəlib və ümumi payı 1,2% olan qlobal avtomobil bazarının yeni lideri oldu. Satış artımı 0,8% təşkil edib.
Bu barədə “Focus2Move” yazıb.
Model əsas satış bazarları olan Asiyada (+6,8%) və Amerikada (+1,9%) satışların artması sayəsində artım əldə edib. Eyni zamanda, bu yaxınlarda ən populyar avtomobil adını qazanan “Tesla Model Y” üçüncü yerə düşüb.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri Amerikanın elektrik avtomobillərini dəstəkləmək siyasətindəki dəyişikliklər və “elektrik enerjisi” istehsal edən Çin şirkətlərinin təzyiqidir.
Dünyanın ən populyar 10 avtomobili:
• Toyota RAV4 (+0.8%);
• Toyota Corolla (-9.7%);
• Tesla Model Y (-11.7%);
• Ford F-Series (+10.7%);
• Honda CR-V (-1.9%);
• Chevrolet Silverado (+1.8%);
• Hyundai Tucson (+4.5%);
• Toyota Camry (+8.9%);
• Toyota Hilux (+0.3%);
• Volkswagen Tiguan (+3.1%).
İlin əsas trendləri arasında elektrik avtomobillərinin populyarlığının artması da var. Elektrikli nəqliyyat vasitələri sektoru 2025-ci ildə 13,6% artım göstərərək ümumi bazar payının 17%-nə çatıb.
Bu seqmentin strukturu dəyişir. Çin avtomobillərinin, xüsusən də ən çox satılan elektrikli avtomobillər reytinqində üçüncü yerə yüksələn “Geely Xingyuan”ın populyarlığı sürətlə artır.
//valyuta.az -
İranda 200-dən çox silahlı etirazçı saxlanılıb
İran hüquq-mühafizə orqanları son iğtişaşlarda iştirak edən ən az 200 nəfəri saxlayıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd olunur ki, onların sığınacaqlarından xeyli miqdarda silah-sursat, qumbara və “Molotov” kokteyli müsadirə edilib.
Həmçinin Qum şəhərində iğtişaşçılar tərəfindən bıçaqlanan iki polis məmuru da ölüb.
-
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.
Vətəndaşlar təhsil haqqında sənədlərini “mygov” platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün “mygov” platformasında “Xidmətlər” bölməsindən “Təhsil” kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaq. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.
Qeyd edilib ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq “mygov”-a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
-
Gürcüstanda turistlər qar uçqunu altında qaldı
Gürcüstan dağlarında rusiyalı turistlər qar uçqununa düşüb.
Bu barədə Rusiya KİV yazıb.Turistlər təxminən üç saatdır qar altında qalıblar. Hazırda xilasedicilər onları axtarır.
Hadisə Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuld dağı yaxınlığında baş verib. Qar uçqunu rusların da daxil olduğu təxminən 20 xizəkçi və snoubordçudan ibarət bir qrupun üzərinə düşüb.
Bir neçə nəfər xilas ola bilib və bir nəfər digər turistlərin köməyi ilə xilasedicilər tərəfindən çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Başqa bir nəfər isə huşsuz vəziyyətdə çıxarılıb, onun vəziyyəti hələ də məlum deyil.
Qar altında qalan insanların dəqiq sayı da məlum deyil. Xilasetmə əməliyyatı davam edir.
//unikal.az -
Tanınmış alim Mustafa Qarayev vəfat etdi

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.
90 yaşlı professor bu gün dünyasını dəyişib.
Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.
Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.
O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.
Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.
Mustafa Qarayev ailəli idi, dörd övladı var.
Qeyd edək ki, Mustafa Qarayevin qardaşı Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevdir. Musatafa Qarayev qardaşının yanında, Görədil qəbiristanlığında dəfn ediləcək. -
Bakıda moped və motosiklet oğruları saxlanıldı

Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.
Digər bir əməliyyatla Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
-
Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! – İnzibati məsuliyyət yarana bilər
Azərbaycanda avtomobildə siqaret çəkməyə görə cərimə məsələsi tez-tez müzakirə olunur.
Bəs mövcud qanunvericilik bu məsələyə necə yanaşır?Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, şəxsi avtomobildə siqaret çəkməyə görə birbaşa cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu hal yalnız sürücü və ya sərnişin tərəfindən ətraf mühitə zibil atılması ilə müşayiət olunarsa, inzibati məsuliyyət yarana bilər.
Hüquqşünas qeyd edib ki, vəziyyət taksilərdə fərqlidir. Belə ki, taksi ictimai nəqliyyat vasitəsi hesab olunduğundan, həm sürücünün, həm də sərnişinin avtomobildə siqaret çəkməsi qanunla qadağandır və bu halda cərimə tətbiq oluna bilər. Tağı Hüseynovun sözlərinə görə, bu qadağa sərnişinlərin sağlamlığının qorunması və ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, ictimai nəqliyyatda və insanların kütləvi istifadə etdiyi məkanlarda siqaret çəkməklə bağlı inzibati məsuliyyət “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tənzimlənir.





