Month: January 2026

  • “Zibilin iyindən evdə yata bilmirik” – Bakıda baxımsız qalan park (VİDEO)

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Yay parkı” uzun müddətdir ki, baxımsız vəziyyətdədir.

    Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildiriblər ki, nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır. Parkı təmizləmək lazımdır, amma təmizləyən yoxdur. Evsizlərin bütün zir-zibili buradadır. Natəmizlikdir, parka istirahət etməyə çıxmaq istəyirik, amma mümkün deyil”, – sakinlərdən biri bildirib.

    Digər sakin isə qeyd edib:

    “Burada itin, evsizlərin, oğruların, narkomanların əlindən yaşamaq mümkün deyil. Zibilin iyindən evdə yata bilmirik. Buranı park vəziyyətinə salsınlar ki, camaat zibilxanadan qurtulsun”.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq tullantılardan təmizlənir.

    Qurumdan həmçinin qeyd olunub ki, son müraciətlə əlaqədar hazırda ərazidə təmizlik işləri aparılır.

  • Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş – Analoji cinayət

    Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.

    Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

    Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .

    Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Zaqatalada maşın aşdı, ölən var

    Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

    DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Xəzərin durumu balıq bazarını silkələyir

    “2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb”. Bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

    Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir?

    “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: “Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil”.

    Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: “Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik. Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb. Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir”.

    Z.Salmanlı bildirdi ki, baş verən proseslərlə əlaqədar bütün balıq növlərində bahalaşma müşahidə ediləcək: “Balıq ehtiyatları azaldıqca artan istehlakı məcbur idxalla qarşılayacağıq. Çünki balıq yetişdirmə sahəsi də çətin vəziyyətdədir. 3-4 ildən sonra bəlkə bu sahə inkişaf edə bilər. Amma hazırda vəziyyət acınacaqlıdır. Balıq adi ərzaqdan bahalı məhsula çevrilib. Bahalaşma bütün növlərdə gözlənilir. Balığın ucuzlaşması üçün ehtiyatlar artırılmalıdır”.

    Azərbaycan Balıqçılar İttifaqı rəhbəri Əfqan Əliyev isə düşünür ki, balıqların azalmasına səbəb təkcə iqlim yox, həm də insan amilidir: “Ümumiyyətlə, Kür və Araz çaylarının suyunun azalması onlardan ayrılan qolların qurumasına səbəb olur. Bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir. ⁠Çəkikimilərin azalmasının əsas səbəblərinin iqlim dəyişikliyinə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan su hövzələri təhlükəsizliyi agentliyi sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın”.

    Ə.Əliyevin sözlərinə görə, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması nəinki düşündürücü, hətta faciəvidir: “İki il öncə rəsmi qurum nümayəndələrindən biri bu rəqəmin 80 faiz üzərində olduğunu bildirmişdi. İndi bu göstərici daha da artıb və buna əsas olaraq balıq məhsullarının bugünkü qiymətlərini göstərmək olar. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir”.

    Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: “5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir. Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır”.

    Mənbə: “Kaspi” qəzeti

  • Завтра усиление ветра может вызвать беспокойство у метеочувствительных людей

    На Абшеронском полуострове 11 января ожидается временное усиление южного ветра (гилавар).

    Об этом сообщила Национальная служба гидрометеорологии.

    Отмечается, что ветреная погода может быть неблагоприятной для метеочувствительных людей.

  • Tibbi-meteoroloji proqnoz açıqlanıb

    Abşeron yarımadasında yanvarın 11-də gilavar küləyinin arabir güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları idmançını güllələyərək öldürüb

    İranda davam edən etirazlar zamanı daha bir şəxs öldürülüb.

    Bu barədə “Hengaw” insan hüquqları təşkilatı məlumat yayıb.

    Gilan əyalətinin Rəşt şəhərindən olan idmançı Mehdi Zatpur etiraz aksiyalarda təhlükəsizlik qüvvələri əməkdaşının birbaşa atəş açması nəticəsində həyatını itirib.

    İranda etirazlar 2025-ci ilin dekabrın sonunda yerli valyutanın – İran rialının devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də iğtişaşlarda iştirak edənlər arasında qurbanların olduğu bildirilir.

  • МВД Азербайджана: За минувшие сутки найдены пять пропавших без вести

    Полиция в Азербайджана за минувшие сутки обнаружила местонахождение пяти человек, пропавших без вести.

    Об этом сообщили в Министерстве внутренних дел.

    Согласно информации, все они покинули место проживания, не уведомив членов своих семей, и в связи с этим находились в розыске как пропавшие без вести.

  • Ötən gün itkin düşmüş 5 nəfər tapılıb

    Ötən gün itkin düşmüş 5 nəfər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirib ki, yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Завтра на ряде дорог Азербайджана снизится дальность видимости

    Завтра на ряде дорог Азербайджана из-за погодных условий снизится дальность видимости.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В связи с туманной погодой видимость на магистральных автомобильных дорогах будет ограничена до 500-1000 м.