Month: January 2026

  • Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

    Banklardan götürülən kreditlərin qaytarılması məsələsi, xüsusilə əsas borcalanın vəfat etdiyi hallarda tez-tez hüquqi mübahisələrə səbəb olur. Bu halda bank tərəfindən vəfat etmiş şəxsin ailəsinə müraciət edilərək kredit öhdəliyinin ödənilməsi tələb olunur. Ailə isə borcu ödəməkdən imtina edir.

    Belə vəziyyətlərdə əsas sual ondan ibarət olur ki, borcun ödənilməsinə kim cavabdehdir – mərhumun ailə üzvləri, yoxsa zamin?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, hər bir şəxs – istər sağlığında, istərsə də vəfat etdikdən sonra – öhdəliklərini öz əmlakı hesabına ödəməlidir:

    “Əgər şəxs vəfat edibsə və onun adına əmlak mövcuddursa, borclar həmin əmlakdan ödənilir. Əmlak vərəsələrə keçərsə, onlar qəbul etdikləri mirasın həcmi qədər mərhumun borclarına görə məsuliyyət daşıyırlar.

    Əgər vərəsəlik üzrə heç bir əmlak yoxdursa, bu halda ailə üzvlərindən hər hansı bir borcun ödənilməsi tələb oluna bilməz. Yəni, onlara heç bir əmlak keçməyibsə, borcu da ödəməyə borclu deyillər”.

    “Zamin məsələsinə gəldikdə isə, zaminlik hüquqi məsuliyyət yaradır. Şəxsin sağ və ya vəfat etmiş olması fərq etmədən, əgər əsas borclu öhdəliyini yerinə yetirə bilmirsə və onun adına əmlak yoxdursa, bu halda borcun ödənilməsi üçün zaminə müraciət olunur. Zamin, borclunun yerinə məsuliyyət daşıyır”, – deyə ekspert əlavə edib.

  • “Tarqovu”da ev almaq neçəyə başa gəlir?

    Tarqovu Bakının ən prestijli mərkəzi ərazilərindən biridir. Rəsmi inzibati ərazi olmasa da, şəhər əhalisi arasında Nizami küçəsi, Fəvvarələr Meydanı, Sahil metrosu, İçərişəhərə yaxın küçələr, 28 May mərkəzi hissəsi və Neftçilər prospekti ümumi olaraq Tarqovu kimi tanınır. Bu zonalar Bakı üzrə ən yüksək mənzil qiymətlərinin formalaşdığı ərazilərdir.

    1 otaqlı mənzillər:
    Tarqovuda 1 otaqlı mənzillər əsasən köhnə tikililərdə yerləşir və daha çox investisiya məqsədilə alınır.
    Köhnə tikili, orta təmirli: 130 000 – 145 000 AZN
    Daha yaxşı təmirli, mərkəzə çox yaxın: 145 000 – 155 000 AZN

    2 otaqlı mənzillər
    Ən çox tələb olunan kateqoriyadır. Qiymət tikili tipinə görə dəyişir.
    Köhnə tikili, orta təmirli: 200 000 – 230 000 AZN
    Yeni tikili, yaxşı təmirli: 250 000 – 300 000 AZN

    3 otaqlı mənzillər
    Ailələr üçün daha uyğun variantdır və sahə artdıqca qiymət yüksəlir.
    Köhnə tikili: 230 000 – 280 000 AZN
    Yeni tikili, geniş plan: 300 000 – 350 000 AZN və yuxarı

    4 və daha çox otaqlı mənzillər
    Bu seqment premium və lüks kateqoriyaya daxildir.
    Yeni tikili, geniş sahə: 400 000 – 550 000 AZN

    Lüks, panoramalı və penthouse tipli: 700 000 – 1 000 000 AZN və yuxarı
    Qiymətə təsir edən yerləşmə və küçənin prestiji, təmirin səviyyəsi, tikilinin köhnə və ya yeni olması, sənədləşməsi kimi amillərdir. Bu səbəbdən eyni otaq saylı mənzillər arasında ciddi qiymət fərqləri yaranır.
    Tarqovu Bakının ən bahalı yaşayış zonalarından biridir. Otaq sayı, təmir səviyyəsi və mərkəzə yaxınlıq artdıqca qiymətlər yüksəlir. 1 milyon manata qədər və daha baha mənzillər əsasən lüks, geniş və prestijli layihələrdə yerləşir. Ev alarkən “Tarqovu” adı ilə təqdim olunan ünvanların real yerləşməsini dəqiqləşdirmək vacibdir.

  • İranda iğtişaşlarda iştirak edənlər sərt cəlanadırılacaq

    İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhseni-Ejei ölkədə baş verən iğtişaşların iştirakçılarının sərt şəkildə cəzalandırılacağını bəyan edib.

    Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

    Məlumatda bildirilir ki, iğtişaş törədənlərə və bu prosesdə iştirak edən şəxslərə qanuna uyğun olaraq qətiyyətli, maksimum və heç bir güzəşt olmadan cəza tətbiq ediləcək.

    İranın ali rəhbəri, Ayətullah Əli Xamenei isə ölkədəki iğtişaşlarda ABŞ nümayəndələrinin birbaşa maraqlı olduğunu bildirib. O, həmçinin ABŞ prezidenti Donald Trampı İranın daxili işlərinə qarışmamağa çağıraraq, öz ölkəsinin idarə olunması ilə məşğul olmasını tövsiyə edib.

  • Bəzi abidələrin siyahısına dəyişiklik edildi

    Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısına dəyişiklik edilib.

    Bu barədə Nazirlər Kabineti qərar verib.

    Qərara əsasən, Xocavənd, Xocalı, Tovuz, Culfa, Ordubad, Ağcabədi və Cəlilabad rayonlarında ölkə əhəmiyyətli memarlıq abidələrinin yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.

    Eyni zamanda Ağcabədi, Cəlilabad, Göygöl, Xocalı, Qazax, Qusar, Oğuz, Şəki, Culfa rayonlarında ölkə əhəmiyyətli arxeoloji abidələrin də yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.

  • Azərbaycanda şirkət “təzə göyərti”yə görə cərimələndi – 2 milyon borcu üzə çıxdı

    Rusiya Federasiyasına göndərilmiş “təzə göyərti” yükünə görə şirkət cərimələnib.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi “North-South Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib edib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, şirkət iki il əvvəl Rusiya Federasiyasına göndərilmiş “təzə göyərti” yükünün müqabilində ödənilməli olan 3921,90 ABŞ dolları vəsaiti Azərbaycanda müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməyib.

    Məhkəmənin hökmü ilə “North-South Stream” MMC nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti 3921,90 ABŞ dolları xarici valyuta dəyərinin 30 faizi məbləğində, yəni 1177 dollar (dolların ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə olunub.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin 2024-cü ildə “Cənub Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə fəaliyyət göstərib. Şirkət 2019-cu ilin fevral ayında yaradılıb. İlk qanuni təmsilçisi Rzayev Fərid Səttar oğlu olub. Daha sonra Pulatov Pulat Nazifoviç, Qarayev Hüseyn Fazil oğlu, Qəhrəmanov Fuad Əhliman oğlu, Şəfiyeva Nailə Əhəd qızı olub, hazırkı qanuni təmsilçisi isə Novruzəliyev Bəhruz Zirəddin oğludur.

    “North-South Stream” MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1964822.29 AZN vergi borcu var.

  • Meydanın donması səbəbindən İngiltərə klublarının oyunu təxirə salınıb

    İngiltərə FA Kubokunun III turunda keçirilməli olan “Salford City” – “Svindon” oyunu ləğv edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Salford City” klubunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüş yanvarın 10-da keçirilməli idi, lakin meydanın donması matçın baş tutmasına imkan verməyib.

    Klubun açıqlamasında qeyd olunur ki, son iki həftə ərzində hava temperaturunun sıfır dərəcədən aşağı düşəcəyi nəzərə alınaraq meydança örtülüb, həmçinin həftə boyunca qızdırıcılardan istifadə olunub.

    Buna baxmayaraq, stadionun ot örtüyünün bəzi hissələri buzlu vəziyyətdə qalıb. Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə qərar İngiltərə Futbol Assosiasiyası (FA) və “Svindon” klubu ilə birgə qəbul edilib.

    Tərəflər matçın keçirilməsi üçün yeni tarix müəyyənləşdirmək istiqamətində danışıqları davam etdirir. Azarkeşlər bu barədə daha sonra məlumatlandırılacaqlar.

    Qeyd edək ki, FA Kubokunun üçüncü tur oyunları yanvarın 9-dan 12-dək keçirilməlidir.

  • 5 dəqiqəyə 10 min manat: Natiq Şirinov qonorarından vergi ödəyirmi?

    Xalq artisti, “Natiq Ritm Qrupu”nun rəhbəri Natiq Şirinov toy qiymətləri ilə bağlı verdiyi açıqlamaya görə sərt tənqidlərlə üzləşib. Sənətçinin qısa çıxış üçün tələb etdiyi məbləğ həm izləyicilərin, həm də vergi məsələsini gündəmə gətirənlərin hədəfinə tuş gəlib.

    Natiq Şirinov qrupunun xidmət haqlarını açıqlayarkən hər kəsi şoka salacaq rəqəmlər səsləndirib. O bildirib ki, qazanılan məbləğ ifa müddətinə görə hesablanır:

    • Minimum qiymət: 5 dəqiqəlik ifa üçün 10 000 AZN.
    • Maksimum qiymət: Tədbirin miqyasından asılı olaraq 50 000 AZN-ə qədər.
    • Qrup üzvlərinin payı: Xalq artisti ansamblın hər bir üzvünə 5 dəqiqəlik çıxış üçün 300 manat verdiyini qeyd edib.

    Sosial şəbəkələrdə etiraz dalğası: “Bəs vergi?”

    Bu açıqlama sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər həm sənətçini, həm də ona bu məbləği ödəyən toy sahiblərini tənqid atəşinə tutublar. Xüsusilə bir məqam daha çox müzakirə olunub: Vergi öhdəlikləri.

    “5 dəqiqəyə 10 min manat qazanırsınızsa, bunun nə qədərini dövlət büdcəsinə ödəyirsiniz? Vergi orqanları niyə maraqlanmır? Özünüz milyonluq qazanclardan dəm vurursunuz, bəs vergi ödəyəndə necə olur?”, deyə izləyicilər sual ünvanlayıblar.

    Natiq Şirinovdan qısa reaksiya

    Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı Xalq artisti ilə əlaqə saxlayıb. Lakin sənətçi məşq prosesində olduğunu bildirərək geniş açıqlama verməkdən yayınıb:

    “Növbəti tədbirlə bağlı məşqimiz var, hazırda danışa bilmirəm”.

  • Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır (SİYAHI)

    Son illər paytaxtda və regionlarda fəaliyyət göstərən mağazalara diqqət yetirdikdə, vitrində təkcə yerli istehsal deyil, müxtəlif ölkələrdən gətirilən ət məhsullarının da yer aldığını görmək mümkündür.

    Qablaşdırmalar üzərində xarici istehsalçı adları, fərqli mənşə ölkələri və idxal tarixləri alıcıların diqqətini çəkir.

    Bir çox istehlakçı bu məhsulların haradan gətirildiyi, keyfiyyəti və qiymət fərqlərinin səbəbi ilə maraqlanır. Xaricdən idxal olunan ət məhsulları əksər hallarda yerli ətlə müqayisədə daha münasib qiymətə təklif olunur. Bu da bazarda alternativ seçimlərin artmasına və istehlakçıların daha ucuz məhsullara yönəlməsinə səbəb olur.

    Qiymət fərqini həmin ölkələrdə heyvandarlığın sənaye üsulu ilə inkişaf etməsi, istehsal xərclərinin nisbətən aşağı olması və iri həcmli ixrac imkanları ilə əlaqələndirilir.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur. Rəsmi məlumata görə, ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır.

    Qeyd edək ki, idxal olunan bütün ət məhsulları sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şəkildə yoxlanılır. Yalnız təhlükəsizlik göstəricilərinə cavab verən məhsulların satışına icazə verilir. Bu isə istehlakçıların sağlamlığının qorunması baxımından əsas prioritetlərdən biri kimi göstərilir.

    Hazırda mağazalarda satılan xarici mənşəli ətlərin coğrafiyası kifayət qədər genişdir. Latın Amerikasından Asiyaya, Avropadan qonşu ölkələrə qədər müxtəlif regionları əhatə edən bu idxal, Azərbaycanın ət bazarında çeşid bolluğu yaradır. İdxal ətinin bazarda payının artması həm qiymətlərin müəyyən qədər tənzimlənməsinə, həm də rəqabətin güclənməsinə təsir göstərir.
    Bununla yanaşı, istehlakçıların bir qismi hələ də yerli ətə üstünlük verir və bunu dad, təzəlik və ənənəvi istehsal üsulları ilə əlaqələndirir. Digər qrup isə daha əlçatan qiymətə görə idxal olunan məhsullara maraq göstərir. Nəticədə bazarda yerli və xarici ət məhsulları arasında seçim imkanı formalaşır.

  • “Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq” – Video

    Homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz dərəcəsi qaldırılıb. Belə ki, aksiz dərəcəsi hər kiloqrama görə yerli istehsal üçün 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Bununla da sözügedən məhsulun hər kiloqramına görə aksiz vergisi 140 manat artırılıb.

    Bu dəyişiklik bazarda satılan bu növ məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək. Baku TV-nin məlumatına görə, bu dəyişiklikdən istifadə edən bəzi satıcılar qəlyan hazırlığında istifadə olunan tütün məmulatlarının da qiymətində də artım olacağını deyirlər.

    Satıcılar mövcud vəziyyətlə belə deyiblər: “Aksiz vergisi qalxdığı üçün tütünlərin də qiymətinə təsir edib. Haradasa 3 manat fərq var”.

    İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, aksiz vergisinin məbləğinin artması birbaşa malın bahalaşmasına gətirib çıxarır:

    “Aksiz vergisi artırılan bütün tütün məhsulları, verginin qiymətdə tutduğu paya uyğun olaraq bahalaşacaq. Hər biri üzrə fərqli qiymət əmələgəlmə qaydası var, amma ümumiyyətlə, aksiz vergisi satış qiymətinin üzərinə gəldiyi üçün tütün məhsullarının formasından asılı olaraq son satış qiyməti artacaq”.

  • Папа Римский: Война снова в моде

    Папа Римский Лев XIV во время аудиенции представителей дипломатического корпуса, аккредитованного при Святом престоле, осудил “дипломатию, основанную на силе”.

    Как передает Median.Az, об этом сообщает РИА Новости.

    По словам понтифика, “слабость многосторонности” вызывает озабоченность на международном уровне.

    “Дипломатия, которая способствует диалогу и стремится к консенсусу между всеми сторонами, заменяется дипломатией, основанной на силе, как со стороны отдельных лиц, так и групп союзников”, – заявил Лев XIV.

    Он добавил, что “война снова в моде” и рвение к ней распространяется. Понтифик отметил, что на данный момент в мире полностью подорван послевоенный принцип, запрещавший государствам применять силу для нарушения границ. Папа Римский подчеркнул, что мир больше не рассматривается как дар и желаемое благо.

    По его словам, все “ищут мир” с помощью оружия, и это угрожает верховенству права, которое является основой мирного гражданского сосуществования.

    До этого агентство Reuters писало, что Лев XIV призвал Венесуэлу сохранять независимость. Согласно его данным, понтифик следит за развивающимися событиями в Венесуэле “с полной беспокойства душой”.