Month: January 2026

  • Dayısı oğlunun evindən 2000 manat oğurladı

    Dayısı oğlunun evindən oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, oğurluq hadisəsi Bakının Qaradağ rayonunda baş verib.

    Dayısı oğlunun fərdi yaşayış evində onunla birgə yaşayan Samir Zahidov (şərti) ev sahibinə məxsus dəmir kassadan 2000 manat pul oğurlayıb. Həmin vaxt dayısı oğlu evdə olmayıb.

    Ev sahibi qayıtdıqdan sonra kassadan pul oğurlandığını görüb. O, əvvəlcə qardaşlarını sorğu-suala tutub. Onların oğurluqla heç bir əlaqəsinin olmadığı üzə çıxandan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. Polisin araşdırmaları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Samir Zahidov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Samir Zahidov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini pula ehtiyacı olması ilə izah edib. Təqsirləndirilən şəxs həmçinin bildirib ki, zərərçəkmişlə barışıq əldə edib.

    Məhkəmə Samir Zahidovun əməlini Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsinə tövsif edərək onu bu maddə ilə təqsirli bilib. Samir Zahidov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Həkimin kompüterindən dinləmə cihazı tapılıb? – ETTBİ-də qalmaqal (FOTO)

    “Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.

    Median.Az xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.

    R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-u kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səsdinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə söyləmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

    Oktyabrın sonunda məzuniyyətə olarkən əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, ştatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər”.

    Sözügedən həkim rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxsin ona hücum etdiyini də iddia edib: “Dekabrın 24-ü İntizam Komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim.

    Dekabrın 25-i qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir”.

    Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva iddiaları təkzib edib: “Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu, yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni Nizam-intizam Komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə kimisə işdən çıxara bilər?! Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

    Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində, bəlkə də, problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

    Səsdinləmə cihazına gəldikdə isə mən həyatımda elə bir cihaz görməmişəm. Təsəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu, qurma hadisədir, yoxsa direktor iş-gücünü atıb Ramillə məşğul olub?!”

  • Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir”

    “Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) “Sarı gəlin” Azərbaycan xalq mahnısını erməni və fars dillərində ifa edib. İranın bır sıra internet saytları ifa edilən “Sarı gəlin” Azərbaycan xalq mahnısını erməni mahnısı kimi təqdim edib”.

    Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, A.Torosyan “Sari gəlin” mahnısını özünün “YouTube” kanalında da “Sari Aghjik” erməni folklor mahnısı (https://youtu.be/32B9JfiAspQ?si=RMCahVTMoQjZGyx0) kimi paylaşıb:

    “Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, “Sarı gəlin” xalq mahnısı Azərbaycan türklərinə məxsusdur. Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir”.

    Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş “Erməni yadelli nağılları” kitabında erməni ədəbi oğurluqları, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar geniş təhlil olunub.

    Kitabda qeyd olunur ki, “1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, “erməni xalq mahnısı”dır. Misal üçün, bu yaxınlarda “Avropa musiqi toplusu” tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər “Sarı gəlin” anlayışının etimologiyası ilə tanış olmamışlar. “Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində “gəlin” “gəlmək” felindən yaranmışdır, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir. Beləliklə də, “Avropa musiqi toplusu”nda erməniləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”.

    Qeyd edək ki, Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir. Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır.

  • Sabiq partiya sədrinin məhkəməsində GƏRGİNLİK: 150 min dollarlıq DƏLƏDUZLUQ İDDİASI

    Ləğv edilmiş Yüksəliş Partiyasının sədri olmuş Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

    Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Zibeydə Sadıqova vəsatət verərək müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib. O, həmçinin A.Əsədlinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatət verib.

    Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, müttəhimin vəkillərinin yanında əyləşməsinə isə razılıq verilib.

    Daha sonra Anar Əsədli ona verilən sualları cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur:

    “Etibar Nəsirova olan 3000 manat borcu qaytarmağı təklif etsəm də o, həmin məbləği qəbul etməyib”.

    Anar Əsədli onunla bağlı vəsatətlərin qəbul olunmadığını əsas gətirərək digər sualları cavablandırmaqdan imtina edib.

    Zərərçəkən Oqtay Qasımov isə ifadəsi zamanı bildirib ki, Anar Əsədlini əvvəllər tanıyıb:

    “Qazanc əldə ediləcəyi vədinə inanaraq, ona müxtəlif vaxtlarda hərəsində 50 min olmaqla 3 dəfəyə ümumilikdə 150 min dollar vermişəm. Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür ki, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra tenderdə xəstəxana layihəsinə pul qoyub qazanacağını bildirərək, yenə məndən pul alıb. Oradan səs çıxmayanda pulu geri çəkərək Azərbaycanda lombard işinə və neft şirkətinə yatırım edib pul qazanacağımıza dair vədlər verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazanacağam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulumu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat da borc alıb”.

    Zərərçəkənin bu ifadəsindən sonra tərəflər arasında gərginlik yaranıb və onlar bir-birini təhqir ediblər.

    Anar Əsədli zərərçəkənin nümayəndəsinə ağır sözlər deyib, bundan sonra hakimin qərarı ilə o, yenidən şüşə qəfəsə salınıb.

    Növbəti proses fevralın 6-na təyin edilib.

    Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

    Məhkəmədə zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.

  • Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    11. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Ən çox şikayət olunan internet provayderlər açıqlanıb

    Azərbaycanda ötən ilin dördüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

    Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

    22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Flexnet” MMC (14,99), “Sline” MMC (14,12), “Eurosel” MMC (8,61), “Maxinet” MMC (4,32), “Metronet” MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.

    Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Metronet” MMC (16 gün), “Flexnet” MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), “Megalink” MMC (13 gün), “Azfibernet” MMC (13 gün) qərarlaşıb.

    Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması

    isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

  • Gəncə Gömrük İdarəsinə YENİ RƏİS təyin edildi

    Gəncə Gömrük İdarəsinə yeni rəis təyin olunub.

    Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

    Məlumatda bildirilib ki, DGK sədrinin əmri ilə Yevlax Gömrük Postunun rəisi Nazim İsayev tutduğu vəzifədən azad olunaraq Gəncə Gömrük İdarəsinin rəisi təyin olunub. N.İsayev artıq vəzifəsinin icrasına başlayıb.

  • Ещё две страны отменили рейсы в Иран

    По меньшей мере 17 рейсов по маршрутам Дубай – Иран, в том числе в Тегеран, Шираз и Мешхед, были отменены.

    Как сообщает Median.Az со ссылкой на Khaleej Times, представитель авиакомпании Flydubai подтвердил отмену рейсов и отметил, что компания продолжает следить за ситуацией.

    “Мы находимся в прямом контакте с пассажирами, чьи планы поездок были нарушены из-за задержек или отмен рейсов”, – заявил он.

    Причины отмены рейсов не уточняются.

    Кроме того, на сайте международного аэропорта Хамад указано, что были отменены как минимум два рейса между Дохой (Катар) и Тегераном.

    Напомним, ранее авиакомпания Turkish Airlines (THY) объявила об отмене 17 рейсов, запланированных на сегодня и завтра в иранские города Тегеран, Тебриз и Мешхед.

    Позже ЗАО Azerbaijan Airlines (AZAL) также отменил на сегодня рейс по маршруту Баку – Тегеран – Баку.

  • Daha iki ölkə İrana uçuşları LƏĞV ETDİ

    Dubay-İran istiqamətində, o cümlədən Tehran, Şiraz və Məşhəd şəhərlərinə planlaşdırılan azı 17 reys ləğv edilib.

    Median.Az “Khaleej Times”a istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinin sözçüsü İran istiqamətində uçuşların ləğv edildiyini təsdiqləyib və vəziyyəti izləməyə davam edəcəyini bildirib.

    “Təxirə salınan və ya ləğv edilən uçuşlar səbəbindən səyahət planları pozulan sərnişinlərlə birbaşa əlaqədəyik”, – deyə o qeyd edib.

    Ləğvin səbəbi isə açıqlanmayıb.

    Həmçinin Qətərin Doha şəhəri ilə Tehran arasında azı iki reysin ləğv edildiyi Hamad Beynəlxalq Hava Limanının saytında yer alıb.

    Xatırladaq ki, Türkiyə bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 reysin ləğv olunduğunu açıqlayıb.

    Daha sonra Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

  • Ən çox izlənilən “YouTube” videoları və onların gətirdiyi gəlir

    2005-ci ildə istifadəyə verilmiş və sadə interfeysi ilə istifadəçilər tərəfindən yaradılan məzmunun paylaşılmasını asanlaşdıran “YouTube” tezliklə texnologiya nəhənglərinin diqqətini çəkərək potensial gəlir və təsir imkanları baxımından əhəmiyyətli platformaya çevrildi. Bu gün YouTube mədəniyyətə, trendlərə və hətta iqtisadiyyata təsir edən ən güclü platformalardan biri kimi tanınır.

    İllər ərzində YouTube milyonlarla kontent yaradıcısı üçün əsas gəlir mənbəyinə çevrilib, reklam gəlirləri, brend əməkdaşlıqları və kanal üzvlükləri vasitəsilə monetizasiya həyata keçirilir.

    Valyuta.az hansı məzmunların ən böyük auditoriyanı cəlb etdiyini və bu videoların nə qədər gəlir gətirdiyini təqdim edir:

    “Baby Shark Dance” – “Pinkfong Kids Songs & Stories” (18 iyun 2016)

    Ümumi baxış: 16,42 milyard
    Təxmini gəlir: 30 milyon dollar

    Bu video son 5 ildə YouTube-da birinci yerdə qərarlaşıb. Rəsmi “Ginnesin Rekordlar Kitabı”na düşmüş uşaq mahnısı sadə sözləri, şən ritmi və yadda qalan rəqsi ilə uşaqların təkrar-təkrar baxmasına səbəb olur.

    “Despacito” – Luis Fonsi ft. Daddy Yankee (13 yanvar 2017)

    Ümumi baxış: 8,86 milyard
    Təxmini gəlir: 16 milyon dollar

    Bir zamanlar ən çox yayımlanan mahnı olan “Despacito” hələ də məşhurluğunu qoruyur. RIAA-nın məlumatına görə, ABŞ-da 13 milyon satış və ekvivalent yayımla 14-cü ən çox sertifikatlı sinql olub.

    “Wheels on the Bus” – “CoComelon – Nursery Rhymes” (24 may 2018)

    Ümumi baxış: 8,22 milyard
    Təxmini gəlir: 15 milyon dollar

    Klassik uşaq mahnısının bu versiyası CoComelon kanalının ilk viral hitlərindən biri olub. Mahnı “Billboard” qlobal çartlarında yer alan ilk uşaq nəğməsi kimi də tarixə düşüb.

    “Bath Song” – “CoComelon” (2 may 2018)

    Ümumi baxış: 7,29 milyard
    Təxmini gəlir: 13 milyon dollar

    CoComelon-un digər hit mahnısı olan bu video əyləncəli ritm və animasiyalarla uşaqları cəlb edir və təhsil məqsədli kontentin effektivliyini sübut edir.

    “Johny Johny Yes Papa” – “LooLoo Kids” (8 oktyabr 2016)

    Ümumi baxış: 7,13 milyard
    Təxmini gəlir: 13 milyon dollar

    Klassik uşaq şeirindən ilhamlanan bu video bəziləri üçün əyləncəli, bəziləri üçün isə təkrarlanan strukturuna görə tənqid olunur. Amma uğuru danılmazdır.

    “See You Again” – “Wiz Khalifa ft. Charlie Puth” (7 aprel 2015)

    Ümumi baxış: 6,85 milyard
    Təxmini gəlir: 13 milyon dollar

    “Furious 7” filmində mərhum Pol Uolkera ithaf olunmuş bu video emosional təsiri ilə milyonları təsirləndirib.

    “Phonics Song with Two Words” – “ChuChu TV” (6 mart 2014)

    Ümumi baxış: 6,78 milyard
    Təxmini gəlir: 13 milyon dollar

    Uşaqlara fonetik qaydaları öyrətmək üçün hazırlanmış bu video həm əyləncəli, həm də maarifləndirici məzmun təqdim edir.

    “Shape of You” – Ed Sheeran (30 yanvar 2017)

    Ümumi baxış: 6,61 milyard
    Təxmini gəlir: 12 milyon dollar

    Ed Şiranın bu hiti 2017-ci ilin ən çox satılan mahnısı olmaqla yanaşı, onilliyin də ən uğurlu trekidir.

    “Gangnam Style” – PSY (15 iyul 2012)

    Ümumi baxış: 5,76 milyard
    Təxmini gəlir: 11 milyon dollar

    Yadda qalan “at rəqsi” ilə tanınan bu Cənubi Koreya hiti bir neçə “Ginnes rekordu” qazanaraq qlobal fenomenə çevrilmişdir.

    “Uptown Funk” – Mark Ronson ft. Bruno Mars (19 noyabr 2014)

    Ümumi baxış: 5,70 milyard
    Təxmini gəlir: 11 milyon dollar

    1980-ci illərin funks stilindən ilham alan bu hit partilərin əvəzolunmaz mahnısına çevrilmiş və milyonlarla izləyici toplamışdır.