Month: January 2026

  • Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların TEST BALINDA DƏYİŞİKLİK EDİLDİ

    2026-2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, ixtisaslar üzrə yeni ballar belə olacaq:

    Xoreoqrafiya sənəti (bakalavriat) – 50 bal, Aktyor sənəti (bakalavriat) – 100 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) – 40 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (9 illik)) – 50 bal, Xoreoqrafiya sənəti (orta ixtisas təhsili (9 illik)) – 50 bal.

    Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə “Xoreoqrafiya sənəti” ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. “Xoreoqrafiya sənəti” ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

    Milli rəqs, rəqs müəllimliyi:

    1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün bir rəqs);

    2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı” (oğlanlar üçün iki rəqs);

    3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün iki rəqs).

    Balet pedaqogikası:

    1. “Karsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (üç rəqs).

    Modern rəqs:

    1. Müasir cərəyanlara aid müxtəlif xarakterli üç rəqs.

    Qeyd edək ki, “Xoreoqrafiya sənəti” ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.

    Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

  • Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar

    Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib.

    Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.

    Dini konfessiya rəhbərləri dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

    Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.

    Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarığını ifadə edib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğunu bildirib.

    Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Azərbaycanın Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.

    Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.

    Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.

    İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi “Molokan-ruhani-xristian” dini icmaları, “Vineyard Azərbaycan”, “Şərqdə Ulduz”, “Həyat sözü”, Sumqayıt şəhəri “Həyat sözü-2” Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda “Yeddinci Günün Adventistləri”, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri”, “Bakı şəhəri Yeni Apostol” xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Yeni Həyat” Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.

  • AZAL отменил рейс из Баку в Тегеран

    Запланированный на сегодня рейс по маршруту Баку – Тегеран – Баку отменен.

    В ответ на запрос Oxu.Az в ЗАО Azerbaijan Airlines (AZAL) подтвердили данный факт.

    Отмечается, что дополнительная информация о возобновлении полетов по маршруту Баку – Тегеран – Баку будет объявлена позднее, и пассажиры обязательно будут проинформированы.

    “Приносим извинения за доставленные неудобства и благодарим пассажиров за понимание и терпение. Отметим, что безопасность полетов и пассажиров является приоритетом номер один для AZAL. Пассажиры могут обращаться в колл-центр AZAL для получения информации об обновлениях: callcenter@azal.az”, – говорится в информации.

  • AZAL Bakı-Tehran-Bakı reysini LƏĞV ETDİ

    Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

    Bu barədə Oxu.Az-a məlumat daxil olub.

    Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

    Qeyd olunub ki, Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər məlumatlandırılacaqlar.

    “Yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edirik. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az”, – deyə məlumatda bildirilir.

  • Уголовное дело против подозреваемого в убийстве мужчины передано в суд

    20 марта 2025 года пропал житель села Ашагы Салахлы Газахского района Тамерлан Садыгов (1994 г.р.). В ходе расследования было установлено, что он был умышленно убит.

    Как передает Median.Az, об этом сообщили в Генеральной прокуратуре Азербайджана.

    По результатам первоначального следствия выяснилось, что убийство совершил его односельчанин Халиг Мамедрзаев (1988 г.р.).

    На основании собранных доказательств Х.Мамедрзаеву предъявлено обвинение по статье 120.2.9 (умышленное убийство лица, находящегося в явно беспомощном состоянии, а также убийство, совершённое в связи с похищением человека или взятием его в заложники) Уголовного кодекса Азербайджана. По ходатайству следователя и по представлению прокурора, осуществляющего процессуальное руководство следствием, суд избрал в отношении подозреваемого меру пресечения в виде ареста.

    Уголовное дело направлено для рассмотрения по существу в Гянджинский суд по тяжким преступлениям.

  • Meyiti həyətində tapılan şəxsi öldürməkdə təqsirləndirilənin cinayət işi məhkəməyə göndərildi

    Xəbər verildiyi kimi ötən il martın 20-də itkin düşmüş Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun qəsdən öldürülməsi müəyyən edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, ibtidai istintaq zamanı Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlar əsasında Xaliq Məmmədrzayevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Xətaidə yaşıllıqlar məhv edilir: “Aldatdılar ki, burada park olacaq” (Video)

    Bakının Xətai rayonu ərazisində, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsini birləşdirən hissədə ağacların kəsildiyi bildirilir. Sakinlərin sözlərinə görə, uzun illərdir əkib-becərdikləri yaşıllıqlar tikinti şirkətlərindən biri tərəfindən məhv edilib, bəzi ağaclar yandırılıb, bəziləri isə kəsilib.

    Eyni zamanda ərazidə yerləşən pilləkənlərin dağıdıldığı qeyd olunur.

    “Bir günün içində 50 ilin pilləkənlərini məhv etdilər. Əvvəl bizi aldatmaq üçün dedilər ki, burada park olacaq. Sonra gördük ki, bina tikmək istəyirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

    Məsələ ilə bağlı sözügedən tikinti şirkəti – “Hayat Residence” MMC-nin direktoru Miralə Ağayeva açıqlama verib. O bildirib ki, ərazidə ağacların kəsilməsi və ya yandırılması şirkət tərəfindən həyata keçirilməyib.

    Direktorun sözlərinə görə, aparılan işlər Şəhərsalma və Arxitektura Komitəsinin razılaşdırılmış əsaslandırma sənədlərinə uyğun icra olunur: “Layihədə sözügedən ərazidə mövcud pilləkənlərin sökülərək yenidən qurulması nəzərdə tutulub. Layihə çərçivəsində ərazidə dörd ədəd bina inşa ediləcək, eyni zamanda yaşıllıq salınacaq, pilləkənlər bərpa olunacaq və park yaradılacaq. Bütün bu işlər yenidənqurmadan sonra sakinlərin rahatlığı və səmərəli istirahəti üçün nəzərdə tutulub”.

    O əlavə edib ki, ərazidəki ağacların köçürülməsi üçün aidiyyəti quruma müraciət olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsi faktını təsdiqləyib.

    “Əraziyə baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədilə hazırlanır”, – deyə Nazirlikdən vurğulanıb.

    Qeyd olunub ki, ərazidə mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.

  • СГБ задержала вооруженного человека, работавшего на иностранные спецслужбы

    В ходе оперативно-следственных мероприятий, проводимых Службой государственной безопасности (СГБ) по выявлению и предотвращению разведывательно-подрывной деятельности иностранных спецслужб, направленной против национальной безопасности Азербайджанской Республики (АР), возникли обоснованные подозрения в государственной измене в отношении гражданина АР Фарзалиева Сияфата Гейдар оглу (1969 г.р.).

    Как передает Median.Az со ссылкой на СГБ, следствием было установлено, что житель Нахчыванской Автономной Республики Сияфат Фарзалиев, находясь на территории иностранного государства, вступил в тайное сотрудничество за материальную выгоду с представителями спецслужб этого государства, а после возвращения в страну, сделав по их указанию видеосъемки военных и других стратегически важных объектов на территории города Нахчыван и Шахбузского района, передал представителям иностранных спецслужб.

    Также в ходе обыска квартиры, где проживало упомянутое лицо, были обнаружены и изъяты отдельные части автомата Калашникова.

    Фарзалиеву предъявлено обвинение по статьям 228.1 (незаконное приобретение, передача, продажа, хранение, транспортировка или ношение огнестрельного оружия, его компонентов, боеприпасов, взрывчатых веществ и устройств) и 274 (государственная измена) Уголовного кодекса АР, и решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    В настоящее время следственно-оперативные мероприятия по уголовному делу продолжаются.

  • DTX-dən ƏMƏLİYYAT: Naxçıvanda xarici ölkəyə casusluq edən şəxs SAXLANILDI

    Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Siyafət Heydər oğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib.

    Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb.

    Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Штрафной удар по телеканалам: кто и за что лишится эфира в январе

    В Азербайджане приостановят вещание телеканалов Dünya TV, MTV, Space TV, а также радиостанции Space FM из-за недобросовестной рекламы.

    Cоответствующее решение принято на первом в этом году заседании Аудиовизуального совета.

    9 января состоялось первое в текущем году заседание Аудиовизуального совета Азербайджана, на котором были рассмотрены ключевые вопросы регулирования медиасферы страны и приняты важные решения как о выдаче новых лицензий, так и о применении санкций к нарушителям законодательства. На заседании рассматривались обращения о выдаче лицензий, вопросы соблюдения рекламного законодательства и случаи нарушения этических норм в эфире.

    Azercell Telekom выходит на рынок аудиовизуальных медиауслуг

    Одним из главных вопросов повестки стало рассмотрение заявки ООО Azercell Telekom – крупнейшего мобильного оператора страны – о выдаче лицензий на аудиовизуальную медиадеятельность. После тщательной проверки представленных документов, анализа экономического обоснования и результатов выездной инспекции Аудиовизуальный совет принял положительное решение.

    Компании были выданы две значимые лицензии: на деятельность оператора универсальной платформы и провайдера услуг вещания по заказу. Сервис будет функционировать под брендом Kinon, что позволит Azercell расширить спектр предоставляемых услуг и диверсифицировать свой бизнес в сфере цифровых развлечений.

    Аннулирование лицензии Neftçi TV по собственному желанию

    На заседании также обсуждалась ситуация с каналом Neftçi TV, который, несмотря на имеющуюся лицензию платформенного вещателя, не осуществляющего спутниковое вещание, не смог обеспечить постоянное вещание через интернет на протяжении последнего года.

    После неоднократных уведомлений и предупреждений со стороны Аудиовизуального совета, руководство ООО Neftçi Media самостоятельно обратилось в регулирующий орган с просьбой об аннулировании лицензии, признав невозможность осуществления вещания в текущих условиях. Учитывая добровольный характер обращения, Аудиовизуальный совет аннулировал лицензию платформенного вещателя, ранее выданную ООО Neftçi Media для канала Neftçi TV.

    Отметим, что Neftçi TV принадлежал футбольному клубу “Нефтчи”.

    Санкции за нарушения рекламного законодательства

    Значительная часть заседания была посвящена рассмотрению нарушений рекламного законодательства, выявленных на нескольких телевизионных и радиоканалах в конце прошлого года. По результатам тщательных расследований, проведенных специалистами Аудиовизуального совета, были установлены факты нарушений, и к вещателям была применена санкция в виде приостановления вещания на три часа:

    – Телеканал Dünya TV: 14 ноября 2025 года в программе Alo, doktor (“Алло, доктор”) были выявлены случаи недобросовестной рекламы. В эфире распространялась недостоверная информация о том, что некоторые методы лечения на профессиональном уровне доступны исключительно в рекламируемом медицинском учреждении, что является прямым нарушением статьи 6 закона “О рекламе”. Согласно решению Аудиовизуального совета, вещание телеканала Dünya TV будет приостановлено на три часа 15 января 2026 года с 21:00 до 00:00.

    – Телеканал MTV: 27 ноября 2025 года в программе Çıxış yolu (“Выход”) была распространена ложная информация о том, что лечение всех заболеваний естественным способом возможно только в рекламируемом медицинском учреждении. Данное заявление также классифицировано как недобросовестная реклама, нарушающая статью 6 закона “О рекламе”. Вещание телеканала MTV будет приостановлено на три часа 15 января 2026 года с 15:00 до 18:00.

    – Радиоканал Space FM: 3 декабря 2025 года в программе Radio diaqnoz (“Радиодиагноз”) была распространена реклама с ложным утверждением о том, что рекламируемый врач является “номером один” в своей области, что также противоречит требованиям законодательства о достоверности рекламы. Вещание радиоканала Space FM будет приостановлено на три часа 15 января 2026 года с 18:00 до 21:00.

    Наказание за дискриминацию в эфире

    В завершение заседания был рассмотрен выпуск программы Gəl, danış (“Приходи, говори”) на канале Space TV от 25 декабря прошлого года. Члены совета единогласно пришли к выводу, что ведущим программы пропагандировалась дискриминация по происхождению, что является нарушением статьи 14.1.4 закона “О медиа”.

    Принимая во внимание, что каналу Space TV уже выносилось предупреждение в течение прошлого года за аналогичные нарушения, Аудиовизуальный совет принял решение о приостановке вещания телеканала Space TV на три часа 14 января 2026 года с 12:00 до 15:00.