Month: January 2026

  • Rusiya “İsgəndər”ləri İŞƏ SALDI – Zelenskinin doğma şəhərini VURDU

    Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə “İsgəndər” ballistik raketləri ilə hücum edib.
     
    Median.Az xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul Telegram-da bildirib.
     
    Onun sözlərinə görə, zərbələr çoxmərtəbəli yaşayış binalarına dəyib. Rusiya şəhərə hücum etmək üçün iki “İsgəndər” ballistik raketindən istifadə edib.
     
    Vilkul qeyd edib ki, zərərçəkənlərə yardım göstərilir. Şəhər Müdafiə Şurasının rəhbəri Rusiyanın Krivoy Roqa yeni hücumu barədə əlavə məlumat verməyib.
     
    Qeydn edək ki, Ukrayna prezidenti Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olub.// musavat.com

  • Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

    Tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb.
     
    Median.Az xəbər verir ki, bu barədə “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.
     
    O bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:
     
    “Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Onunla birlikdə Nizami küçəsinə gəldik. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafeyə, əyləşib çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi masada yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb”.
     
    C.Salmanov qeyd edib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:
     
    “Evə getdik, qardaşı Elnur qapını açdı, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik”. //oxu.az

  • Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi

    Cəfərov Vüsal Rizvan oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

    Median.Az xəbər verir ki, 20 may 2025-ci il tarixindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Vüsal Cəfərov, 6 yanvar 2026-cı il tarixindən etibarən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib./ unikal.az

  • В Иране участники беспорядков сожгли мавзолей Аббаса

    Участники беспорядков в Иране устроили погром в святыне в деревне Банхалан провинции Илам.

    Как передает Median.Az, об этом сообщает агентство Mehr.

    “Этой ночью протестующие, атаковав территории святынь в районе Бадре, сожгли в деревне Банхалан мавзолей Аббаса, потомка имамов”, – говорится в информации.

    Отмечается, что участники беспорядков устроили погром и сожгли внутреннее убранство мавзолея.

  • İranda etirazçılar Abbas məqbərəsini yandırdılar

    İranda etirazçılar İlam əyalətinin Banhalan kəndindəki ziyarətgahda talan törədiblər.

    Median.Az bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.

    Bildirilib ki, etirazçılar Badre şəhərindəki ziyarətgah ərazisinə hücum edərək, Banhalan kəndində Abbas məqbərəsini yandırıblar.

    Qeyd edək ki, ötən il dekabrın sonundan etibarən İranda yerli valyutanın dəyərdən düşməsi fonunda etirazlar başlayıb.

  • Putin bu şəxsi əfv etdi

    Rusiya Prezidenti Vladimir Putin casusluqda ittiham olunaraq həbs edilmiş Fransa vətəndaşı Loran Vinatyeri əfv edib.

    Median.Az xəbər verir ki, Fransa vətəndaşı haker şəbəkəsində iştirak etməkdə şübhəli bilinərək Parisdə həbs olunan rusiyalı basketbolçu Daniil Kasatkinə dəyişdirilib.

  • Suraxanıda oğurluğa görə iki nəfər saxlanıldı

    Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb.
     
    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.
     
    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.
     
    Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.
     
    Faktlarla bağlı araşdırmalar davam etdirilir.//sfera.az

  • Qış aylarında dərslər saat 9-da başlaya bilər

    Son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 8-də dərs başlayanda havanın hələ qaranlıq olmasından narahatdırlar. Məlumdur ki, hər kəs evinə yaxın məktəbdə təhsil almır. Rayon və kənd yerlərində isə qaranlıq havada dərsə getmək daha təhlükəli olur.

    Əvvəllər saatlar yay və qış vaxtına uyğun olaraq irəli və ya geri çəkildiyi üçün bu cür problemlər yaranmırdı. Şagirdlər və müəllimlər qış aylarında əziyyət çəkmirdilər, dərslər isə hava aydınlaşdıqdan sonra başlayırdı. Lakin artıq bir neçə ildir ki, saatlar irəli-geri çəkilmir və buna görə də oxşar çətinliklər yaranır.

    Mütəxəssislər hesab edirlər ki, qış mövsümündə dərslərin başlanma vaxtının saat 9:00-a keçirilməsi təhsilin daha təhlükəsiz və effektiv təşkilinə mühüm töhfə verə bilər.

    Median.Az bildirir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssisin fikrincə, dərslərin qış aylarında saat 9-da başlaması mümkündür:

    “Təbii ki, qış aylarında hava daha erkən qaralır. Xüsusilə də dekabrın 22–23-də qış fəsli daxil olarkən ilin ən uzun gecəsi qeydə alınır və bu dövrdə hava xeyli erkən qaralır. Səhər saatlarında isə günəş şüalarının düşməsi daha gec baş verdiyi üçün təbii olaraq, şagirdlərin dərsə başlama vaxtı hələ qaranlıq vaxta təsadüf edir. Bu vəziyyət təxminən bir ay, bəzən isə bir ay yarım müddətində davam edir. Yəni demək olar ki, fevral ayının əvvəllərindən etibarən havanın tədricən işıqlandığını müşahidə edirik.

    Lakin məsələ ondadır ki, şagirdlərin qaranlıq şəraitdə təhsil müəssisələrinə getməsi, üstəlik onların əksəriyyətinin məktəblərə yaxın ərazilərdə deyil, uzaq məsafələrdən daşınması müəyyən narahatlıqlar yaradır. Bu narahatlığın aradan qaldırılması üçün müəyyən bir dövr ərzində – məsələn, bir aylıq və ya 40 günlük müddət üçün dərslərin saat 09:00-da başlanması mümkündür. Hətta dekabr, yanvar və fevral aylarında dərslərin bu saatda başlanmasının tətbiq edilməsi də mümkündür.

    Doğrudur, bu tətbiq şəhər mühitində həyata keçirildiyi halda nəqliyyat sıxlığının daha uzunmüddətli olmasına gətirib çıxara bilər. Bölgələrdə isə belə bir problemlə üzləşməyəcəyik. Amma paytaxtda bu qərar tətbiq olunduğu təqdirdə, şagirdlər daha işıqlı şəraitdə təhsil müəssisələrinə gedə biləcəklər ki, bu da onların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına səbəb olar”.

    Elçin Əfəndi həmçinin vurğulayıb ki, dərslərin saat 8-də və ya 9-da başlamasının təhsilin effektivliyinə birbaşa təsir göstərmir:

    “Ola bilsin ki, bu dəyişiklik müəyyən qədər davamiyyətə təsir etsin və ya gecikmə hallarının artmasına səbəb olsun. Lakin təsir məhz bu məqamlarla məhdudlaşır. Effektiv təhsil metodları dərsin bir saat tez və ya gec başlamasından asılı deyil.

    Ümumilikdə isə dərslərin qış aylarında saat 9-da başlaması müəyyən edilsə, burada ciddi bir problem yaranmaz. Hava hələ tam işıqlanmadığı üçün şagirdlər bəzən yuxulu vəziyyətdə olur və tam ayıla bilmirlər ki, bu da müəyyən qədər təsir göstərə bilər. Amma eyni zamanda, erkən saatlarda oyandıqları üçün beyinlərinin daha “təmiz” vaxtı olur və dərs prosesinə daxil olduqları zaman bilik və bacarıqları yenə də mənimsəyə bilirlər.

    Lakin gündüz vaxtının daha işıqlı olması, xüsusilə də birbaşa təhlükəsizlik baxımından baxdıqda, dərslərin saat 9-da başlamasının zəruri olduğunu demək olar”.//sfera.az

  • Yanvar ayı üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, pensiyalar yanvar ayının 13-də ödəniləcək.

    Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

    Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1.1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı ortaaylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda ortaaylıq əməkhaqqı 9.7% artaraq 1 093 manata çatıb.

  • Keçmiş məhkum yenidən SAXLANILDI: Avtomobildən oğurluq etdi

    Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, hadisə Xətai rayonunda qeydə alınıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

    Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.//oxu.az