Month: January 2026

  • Polkovnik-leytenant saxlanıldı – Dörd ay əvvəl təqaüdə çıxmışdı

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Z.Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

    Polkovnik-leytenant dörd ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.

  • Лейла Алиева встретилась в Маскате с председателем Организации по развитию малого и среднего предпринимательства Омана (ФОТО)

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с председателем Организации по развитию малого и среднего предпринимательства Султаната Оман Халимой бинт Рашид Аль-Зари.

    Как сообщает АЗЕРТАДЖ, в ходе встречи обсуждались вопросы развития малого и среднего предпринимательства в Азербайджане и Омане, повышения экономической активности женщин, поддержки бизнес-инициатив молодежи и поощрения инновационно ориентированных проектов.

    Лейла Алиева рассказала о реализуемых в Азербайджане государственных программах и общественных инициативах в направлении развития ненефтяного сектора, в том числе предпринимательства.

    Халима Аль-Зари отметила заинтересованность Омана в расширении сотрудничества с Азербайджаном.

    В ходе беседы была достигнута договоренность о налаживании прямых контактов между представителями бизнеса и формировании в будущем конкретных механизмов сотрудничества.



  • Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiya yönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

    Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

    Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirilməkdə maraqlı olduğunu deyib.

    Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.



  • Yüksəkvəzifəli şəxslərin qohumunun məhkəmə araşdırması yekunlaşıb

    Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizova Cinayət Məcəlləsinin “xuliqanlıq”la yanaşı, bir neçə digər maddəsi üzrə açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi kecirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunaraq istintaq materiallarına əlavə olunan videoçəkilişlər məhkəmə zalında nümayiş etdirilib.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilərək çıxış üçün söz prokurora verilsə də, buna hazır olmadığından məhkəmədən vaxt istəyib.

    Növbəti proses yanvarın 13-nə təyin edilib.

    Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında “Sea Breeze” istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. İlkin olaraq onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaqın sonrakı mərhələsində əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə tövsif edilib.

    Həmçinin qeyd olunur ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Azadlığa çıxdıqdan sonra, 2019-cu ildə Bakının mərkəzində baş verən silahlı insidentdə iştirak etdiyinə görə yenidən məsuliyyətə cəlb edilib. Həmin vaxt əməliyyatçılar onu polisə tabe olmağa çağırarkən o, bıçaqla hədə-qorxu gəlib.
    //oxu.az

  • Aliment verməyən yeddi uşaq atası həbs edildi

    Sabirabad rayonunda iki övladına aliment verməyən yeddi uşaq atası həbs edilib.

    Oxu.az-ın məlumatına görə, rayonun Axtaçı kənd sakini, 1984-cü il təvəllüdlü R.Baxışov 2008-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib.

    Bir müddətdən sonra R.Baxışov boşanıb və yenidən başqa şəxslə ailə həyatı qurub. İkinci nikahdan isə R.Baxışovun beş övladı dünyaya gəlib.

    R.Baxışovun birinci həyat yoldaşı Hacıqabul rayonuna köçüb və orada yaşasa da, R.Baxışov övladlarına aliment verməyib. Qadının şikayətindən sonra R.Baxışov əvvəlcə 8, sonra isə 10 sutka həbs edilsə də, o, yenə aliment verməyib.

    Sonda R.Baxışovun 9 325 manat aliment borcu yarandığından qadın Sabirabad Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hökmü ilə R.Baxışov 8 ay azadlıqdan məhrum edilib.

  • Prezident TƏSDİQLƏDİ – Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq

    Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq.

    Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.

    Dəyişiklikdə, həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.

  • Prezident İordaniya ilə imzalanmış sənədi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

  • Лейла Алиева посетила Большую мечеть Султана Кабуса в Маскате (ФОТО)

    В рамках визита в Маскат вице-президент Фонда Гейдара Алиева Лейла Алиева посетила Большую мечеть Султана Кабуса.

    Как сообщает АЗЕРТАДЖ, мечеть, построенная по инициативе покойного Султана Кабуса бен Саида и открытая в 2001 году, является одним из самых величественных религиозных памятников страны. Мечеть, в которой могут совершать богослужение около 20 тысяч человек, стала архитектурным символом Маската.



  • Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət edib (FOTO)

    Maskata səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir.

    Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.



  • Прокуратура Киева: Подозреваемый в убийстве азербайджанца не направлялся на фронт

    Расследование дела об убийстве молодого азербайджанца и ранении его отца в Киеве продолжается, обвиняемый находится под арестом и не направлялся на фронт.

    Как сообщает Report, руководитель прокуратуры Киевской области Дмитро Прокудин опроверг распространившуюся информацию о том, что нападавший якобы был отправлен на линию фронта вместо привлечения к уголовной ответственности.

    По его словам, обвиняемый в настоящее время содержится в следственном изоляторе, а судебное разбирательство по делу продолжается.

    Глава прокуратуры уточнил, что обвинительный акт по статье 115.2 Уголовного кодекса Украины (умышленное покушение на убийство, умышленное убийство двух лиц, а также незаконное обращение с оружием) направлен в Фастовский районный суд Киевской области. Подготовительное судебное заседание уже состоялось, и мера пресечения в виде ареста продлена до 25 января 2026 года.

    “На первом судебном заседании был определен порядок исследования доказательств, в том числе письменных материалов, а также допрос свидетелей, потерпевших и обвиняемого. Следующее заседание назначено на 22 января 2026 года”, – отметил прокурор.

    Напомним, что 31 августа 2025 года в городе Фастов Киевской области местный житель Иваненко Александр Владимирович открыл огонь из огнестрельного оружия по гражданам Азербайджана – Фарману Рагимову и его сыну Исмайылу, занимавшимся торговлей фруктами и овощами. В результате сын погиб, отец получил тяжелые ранения.