Month: January 2026

  • Bakıdakı təhsil kompleksində DİN-in mühafizə xidməti fəaliyyətə başlayıb

    Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb.

    Median.Az Anews.az-a istinadən xəbər verir ki, xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub.

    Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib.

    Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları tərəfindən növbəli şəkildə 24 saatlıq rejimdə təmin olunur.

  • Ötən ay beş milyon manatlıq qaçaqmal dövriyyədən çıxarılıb

    Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1 548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

  • Стало известно, чем красили куриц, продаваемых как “деревенские”: выявлены побочные эффекты

    В результате анализа образцов куриного мяса, взятых в незаконном цехе по забою птицы в городе Хырдалан, были выявлены применяемые красители.

    Об этом проинформировало Агентство продовольственной безопасности Азербайджана (АПБА).

    Сообщается, что лабораторные исследования показали: для создания впечатления “деревенской курицы” птицу окрашивали с помощью пищевой добавки Тартразин (E102), придающей мясу жёлтый цвет.

    Тартразин (E102) – синтетический жёлтый краситель, используемый в лекарствах, косметике и некоторых пищевых продуктах. У человека он может вызывать повышенную чувствительность и аллергические реакции.

    Напомним, что в Абшеронском районе, в Хырдалане, во дворе частного дома по адресу: улица Микаила Мушфига, дом 3, принадлежащего Шахину Салахову, была обнаружена незаконная птицеферма. Её работу приостановили сотрудники АПБА.

    В отношении предпринимателя начато административное дело. Убой кур и оборот куриных продуктов запрещены, продукция изъята с территории и передана на хранение.

  • Rənglənib “kənd çolpası” adı ilə satılan toyuqlara vurulan maddələr MƏLUM OLDU: Yan təsirləri açıqlandı

    Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, laborator sınaq zamanı “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

    Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

    Xatırladaq ki, AQTA-nın əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Şahin Salam oğlu Salahova məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.

    Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.

  • Глава ИВ Гёйгёльского района уволил ещё трёх человек

    Ещё трое сотрудников Исполнительной власти (ИВ) Гёйгёльского района освобождены от занимаемых должностей.

    Как сообщает Median.Az со ссылкой на iqtisadiyyat.az, соответствующие приказы подписал глава администрации района Вугар Новрузов.

    Согласно приказам, должностей лишены главный специалист Ильхама Вердиева, заместитель начальника отдела анализа и прогнозирования социально-экономического развития Ильгар Мамедов, а также главный консультант этого же отдела Фуад Мамедов.

    Ранее были уволены заместитель заведующего отделом общественно-политических и гуманитарных вопросов Бабек Расулов, главный консультант отдела Шаиг Ганбарли, заведующий отделом по работе с документами и обращениями граждан Ариз Эйвазов, а также ведущий специалист-водитель (личный водитель руководителя ИВ) Сахавет Ахадов

    Напомним, что 12 ноября 2025 года указом Президента Ильхама Алиева Вугар Новрузов был освобождён от должности главы ИВ города Нафталан и назначен руководителем Исполнительной власти Гёйгёльского района.

  • Göygöl rayon icra başçısı üç nəfəri işdən çıxardı

    Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) daha üç əməkdaşı vəzifəsindən azad edilib.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

    Əmrlərə əsasən, baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov və həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.

    Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.

    Xatırladaq ki, V.Novruzov ötən il noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl RİH-in başçısı təyin olunub.

  • Leyla Əliyeva Maskatda Oman Sultanlığının vəliəhdi ilə görüşüb – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Omana səfəri davam edir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

    Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

    Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

  • Врач предстанет перед судом за халатность, приведшую к смерти пациентки в клинике в Баку

    По факту смерти Гюнай Мамедовой 18 мая 2025 года в результате хирургической операции, проведенной Севиндж Мамедовой, работавшей акушером-гинекологом в гинекологическом отделении Центра репродуктивного здоровья и планирования семьи юридического лица публичного права Yeni Klinika, прокуратурой Низаминского района Баку было проведено расследование и возбуждено уголовное дело по статье 314.2 (халатность, повлекшая тяжкие последствия) Уголовного кодекса Азербайджана.

    Об этом сообщили в Генеральной прокуратуре.

    На основании многочисленных экспертных заключений и других полученных следственных доказательств по делу возникли обоснованные подозрения в том, что Севиндж Мамедова во время проведения хирургической операции Гюнай Мамедовой 6 мая 2025 года в Yeni Klinika допустила техническую ошибку и задержала хирургическое вмешательство для устранения источника кровотечения, что привело к смерти пациентки в той же клинике 18 мая.

    Севиндж Мамедова была привлечена в качестве обвиняемой по уголовному делу, ей предъявлено обвинение по указанной статье, решением следственного органа в ее отношении избрана мера пресечения в виде передачи под надзор полиции в качестве основной, а решением суда – дополнительная мера в виде отстранения от должности.

    Предварительное следствие по уголовному делу завершено, и дело направлено в суд для рассмотрения.

  • Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin istintaqı tamamlanıb

    “Yeni Klinika” publik hüquqi şəxsin (PHŞ) Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, iş üzrə keçirilmiş çox sayda ekspertiza rəyi və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  • AZAL-ın təyyarəsinə girmək istədi, insident oldu – Rəsmi açıqlama

    Ötən gün ictimai fəal Mətanət Əzizova feysbuk hesabında Praqa aeroportunda, Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən, qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb.

    O, paylaşımında bildirib ki, həmin şəxsin məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək olub:

    “Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək idi.

    Onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, 10-a yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xüsusi qurğular gətirildi. Cinayətkar həbs olundu və əminəm ki, onu uzunmüddətli həbs gözləyir.

    Amma ilk olaraq AZAL-ın bələdçisi cinayətkarın qarşısına çıxdı, onu təyyarəyə girməyə qoymadı”.

    Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”na (AZAL) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb: “Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

    Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”.