Month: January 2026

  • Bu ölkələrdən gətirilən ətlərə məhdudiyyət qoyuldu

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə (DGK) müraciət olunub.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.68 доллара, или 2.62% – до 65.8 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 64.12 доллара.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.68 ABŞ dolları və ya 2.62% artaraq 65.80 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.12 ABŞ dolları təşkil edib.

  • Бывший министр погасил долг перед государством в размере более 2 000 000 манатов – ФОТО

    ООО Improtex Industries, которое входит в состав группы компаний Improtex Group, принадлежащей бывшему министру труда и социальной защиты населения Физули Алекберову, погасило крупную налоговую задолженность.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, ООО Improtex Industries перечислило в государственный бюджет в полном объёме свою налоговую задолженность в размере 2 млн 223 тыс. манатов.

    Законным представителем компании является племянник экс-министра Руслан Алекберов.

    Отметим, что группа компаний Improtex была основана в 1991 году. В бытность Ф.Алекберова министром холдинг возглавляла его жена Ирада Алекберова.

    В настоящее время в группу компаний входят такие дочерние предприятия, как Improtex Trucks & Buses, Improtex Industries, Improtex Motors и Imagro.

  • Sabiq nazir dövlətə olan iki milyon manatdan artıq borcunu ödəyib – FOTO

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri olan “Improtex Industries” MMC külli miqdarda vergi borcunu ödəyib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, “Improtex Industries” MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.

    Bildirilib ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.

    Qeyd edək ki, “Improtex” qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.

    Hazırda şirkətlər qrupuna “Improtex Trucks & Buses”, “Improtex Industries”, “Improtex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir.

  • “WhatsApp”da yeni funksiyalar istifadəyə veriləcək

    Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” yeni funksiyaları istifadəyə verməyə hazırlaşır.

    Median.Az wabetainfo.com-a istinadən xəbər verir ki, hazırda test mərhələsində olan yeniliklər sayəsində istifadəçilər mesajların avtomatik silinmə müddətini 1 saat və ya 12 saat olaraq təyin edə biləcəklər.

    Bundan əlavə, “WhatsApp” yeni “Haqqımda” funksiyasını da elan edib. Bu funksiya istifadəçilərə 24 saat ərzində avtomatik olaraq yox olan qısa mətn statusları paylaşmaq imkanı verəcək.

    Paylaşılan statuslar çat pəncərəsində istifadəçinin profil şəklinin yanında açılan pəncərə formasında göstəriləcək. İstifadəçilər kontakt siyahısındakı şəxslərlə “Görüşdəyəm”, “Məzuniyyətdəyəm” və ya “Məşğulam” kimi ani status bildirişləri paylaşa biləcəklər.

  • Qurum qazıntı işləri apardı, yollar keçilməz oldu – Video

    Binəqədi rayonu, Binəqədi kəndinin sakinləri uzun zamandır ki, yol problemindən əziyyət çəkirlər. Ağamirək İsfahani küçəsində yaşayan vətəndaşların sözlərinə görə, müvafiq qurum tərəfindən ərazidə qazıntı işləri aparılsa da, təmirli yol sonradan keçilməz hala düşüb.

    Sakinlər mövcud durumu belə təsvir edirlər:

    “Maşınlar gedə bilmir, bura avtobuslar işləmir. Qadınlarımız, kişilərimiz əziyyət çəkirlər, işə gedə bilmirlər. Yol çox bərbad vəziyyətdədir. Üç aydan çoxdur ki, bu durumdayıq”.

    “Marşrut işləmir, camaat bu daşları yolu birtəhər düzəltmək üçün özləri töküb. Su xətti çəkdilər, ondan sonra yol belə qaldı, baxan yoxdur”.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda yeni su xətlərinin çəkilməsi üzrə tikinti-quruculuq işləri icra edilib. Ərazidə asfalt örtüyünün bərpası yaxın zamanlarda təmin olunacaq.

  • Скончалась сценарист фильма Qayınana – ФОТО

    Скончалась сценарист фильма Qayınana (“Свекровь”) и актриса Маргарита Малеева.

    Об этом в социальной сети сообщил актер Джаваншир Хадыев.

    Отметим, что Маргарита Малеева была сценаристом фильмов Qəribə adam (“Чудак”), Narahat adam (“Беспокойный человек”) и ряда других.

    Напомним, что М.Малеева была супругой народного артиста СССР и Азербайджанской ССР, режиссера Аждара Ибрагимова.


  • “Qayınana” filminin ssenari müəllifi vəfat etdi – FOTO

    “Qayınana” filminin ssenari müəllifi və aktrisa Marqarita Maleyeva vəfat edib.

    Bu barədə aktyor Cavanşir Hadıyev sosial şəbəkə hesabında paylaşım edib.

    Qeyd edək ki, Marqarita Maleyeva “Qəribə adam, “Narahat adam” və bir sıra filmlərin ssenari müəllifi olub

    Xatırladaq ki, Marqarita Maleyeva SSRİ və Azərbaycan SSR Xalq artisti, rejissor Əjdər İbrahimovun həyat yoldaşıdır.


  • Azərbaycanda bəzi qəzetlər bahalaşdı

    Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti bahalaşıb.

    Median.Az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, artımlar yanvarın 5-dən başlayaq tətbiq edilir.

    Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.

    60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.