Month: January 2026

  • Dövlət qurumlarında lisenziyaların quraşdırılmasına 2,56 milyon manat ayrıldı

    “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi (PHŞ) “Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminin (MESD) formalaşdırılması” ilə bağlı xidmətlərin satın alınmasını həyata keçirib.

    Satınalma çərçivəsində 149 dövlət orqan və qurumunda müvafiq lisenziyaların quraşdırılması nəzərdə tutulur. Xidmətlərin icrası “Sinam” MMC-yə həvalə edilib. Müqavilənin ümumi dəyəri 2 milyon 560 min 800 manat təşkil edir.

    Satınalma bir mənbə metodu ilə həyata keçirilib. Layihə üzrə işlərin bitmə tarixi isə 24 oktyabr 2026-cı il olaraq göstərilib.
    //oxu.az

  • Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib

    2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 172 əməkdaşı məsuliyyətə cəlb edilib.

    Bu barədə SHXÇDX-dən məlumat verilib.

    Bildirilib ki, Dövlət Xidməti tərəfindən əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib.

    Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

    Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

  • Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha 15 milyon manat ayrılıb

    “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

    Xidmətlərin icrası “Safe Point” QSC-yə həvalə olunub. Satınalmanın ümumi dəyəri 14 milyon 995 min 204 manat təşkil edir.

    Müqavilə “bir mənbə” satınalma metodu ilə həyata keçirilib. Tenderin bitmə tarixi bu ilin sonuna nəzərdə tutulub.

    Müqavilə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi üzrə kompleks xidmətlərin göstərilməsi planlaşdırılıb.
    //oxu.az

  • ЦРУ назвало Трампу кандидатов на управление Венесуэлой

    Разведка ЦРУ пришла к выводу, что ближайшие соратники президента Венесуэлы Николаса Мадуро лучше всего подходят для управления страной, чтобы сохранить стабильность.

    Об этом сообщает The Wall Street Journal со ссылкой на источники.

    Как сообщает издание, доклад ЦРУ был предоставлен президенту США Дональду Трампу и узкому кругу чиновников администрации за несколько недель до военной операции в Венесуэле. В документе в основном говорилось о том, как Мадуро может лишиться должности, но отмечалась и в целом ситуация в стране.

    Тогда аналитики пришли к выводу, что лидер оппозиции – Эдмундо Гонсалес, который считается фактическим победителем выборов в 2024 году, а также нобелевский лауреат Мария Корина Мачадо не справятся с управлением страной и контролем над силовыми структурами.

    WSJ считает, что именно этот анализ стал причиной того, что после военной операции Трамп поддержал не Мачадо, а вице-президента Делси Родригес, принесшею присягу 6 января в качестве временного президента Венесуэлы. В документе также назывались имена двух других высокопоставленных чиновников. По данным издания, речь может здесь может идти о министре внутренних дел Диосдадо Кабельо и министре обороны Владимире Падрино Лопесе.

    3 января США предприняли масштабную операцию в Венесуэле, в результате которой президент Николас Мадуро и его супруга Силия Флорес были задержаны и доставлены в Нью-Йорк. Дональд Трамп заявил, что Мадуро и Флорес предстанут перед судом по обвинениям в “наркотерроризме” и создании угрозы для США. На судебном заседании в Нью-Йорке Мадуро и его супруга отвергли все предъявленные обвинения, заявив о своей невиновности.

  • Mərkəzi Kəşfiyyat İdarəsi Trampın Venesuelanı idarə etmək üçün namizədlərini açıqlayıb

    ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuelada sabitliyi qorumaq üçün ölkəni idarə etməyi ABŞ-yə qaçırılmış prezident Nikolas Maduronun ən yaxın müttəfiqlərinə tapşırmağı tövsiyə edib.

    Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

    Nəşrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı Venesueladakı hərbi əməliyyatdan bir neçə həftə əvvəl ABŞ Prezidenti Donald Trampa və administrasiyanın seçilmiş məmurlarına təqdim edilib. Sənəddə ilk növbədə Maduronun öz mövqeyini necə itirə biləcəyi müzakirə olunub, eyni zamanda, ölkədəki ümumi vəziyyətə də toxunulub.

    Analitiklər daha sonra 2024-cü il seçkisinin faktiki qalibi hesab edilən müxalifət lideri Edmundo Qonsales və Nobel Sülh mükafatı laureatı Maria Korina Maçadonun ölkəni idarə edə bilməyəcəkləri qənaətinə gəliblər.

    “Wall Street Journal” hesab edir ki, Trampın hərbi əməliyyatdan sonra Maçadonu deyil, yanvarın 6-da Venesuelanın müvəqqəti prezidenti kimi and içmiş vitse-prezident Delsi Rodrigesi dəstəkləməsinin səbəbi elə bu təhlil olub. Sənəddə daha iki yüksəkvəzifəli məmurun adı var. Nəşrin məlumatına görə, bunlar daxili işlər naziri Diosdado Kabelyo və müdafiə naziri Vladimir Padrino Lopes ola bilər.

    Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyata başlayıb, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores qaçırılaraq Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacağını açıqlayıb. Nyu-Yorkda keçirilən məhkəmə iclasında Maduro və həyat yoldaşı günahsız olduqlarını bildirərək, bütün ittihamları rədd ediblər.

  • Yaponiyada 6,2 bal gücündə zəlzələ olub

    Yaponiyanın Çuqoku bölgəsində 6.2 bal gücündə zəlzələ baş verib.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat yayıb.

    Bildirilib ki, zəlzələdən sonra güclü afterşoklar qeydə alınıb. Zəlzələnin episentri Şimane prefekturasının şərq hissəsində yerləşib. Agentlik əlavə edib ki, sunami təhlükəsi yoxdur.

    Episentrdən təxminən 32 kilometr uzaqda yerləşən Şimane atom elektrik stansiyasını idarə edən “Chugoku Electric Power” şirkəti stansiyanın 2-ci enerji blokunda fəaliyyətin normal rejimdə davam etdiyini açıqlayıb.

    Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə zəlzələdən sonra hər hansı anomaliyanın qeydə alınmadığını bildirib.

  • В Джалилабаде 23-летняя девушка скончалась от отравления угарным газом

    В Джалилабадском районе 23-летняя девушка погибла в результате несчастного случая.

    Как сообщает Median.Az со ссылкой на АПА, инцидент произошел в селе Учтепе.

    Согласно информации, местная жительница Шукран Исаева (2003 г.р.) скончалась от отравления угарным газом в ванной комнате своего дома.

    Ее тело передано соответствующим органам для проведения внутреннего и внешнего осмотра.

    По данному факту Джалилабадской районной прокуратурой проводится расследование.

  • Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb

    Cəlilabad rayonunda 23 yaşlı qız dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

    Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.

    Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Наркотическая зависимость привела к смерти молодого человека в Баку

    В Баку зафиксирован случай смерти от употребления наркотических веществ.

    Как сообщает Median.Az со ссылкой на lent.az, молодой житель Сабунчинского района Бейрек Гулиев скончался от передозировки наркотиков.

    По данному факту проводится расследование.

  • Bakıda narkotik gənc oğlanın həyatına son qoydu

    Bakıda narkotik vasitə istifadə edən gənc oğlan həyatını itirib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    Rayon sakini Beyrək Quliyev yüksək dozada narkotik vasitədən zəhərlənərək dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.