Month: January 2026

  • Metronun işində problem yarandı – “30 dəqiqədir, qatar gəlmir”

    Metroda qatarların hərəkət qrafikində problem yaranıb.

    Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

    Şikayətçilərin sözlərinə görə, “Nizami” stansiyasında artıq 30 dəqiqəyə yaxındır qatar gəlmir.

    Başqa bir sərnişin isə müraciətində deyir ki, “İçərişəhər”ə getməli olan qatar “Ulduz” və “Nərimanov” stansiyaları arasında qalıb. Qatarın artıq 20 dəqiqəyə yaxındır ki, tuneldə hərəkətsiz qaldığı bildirilir.

    Məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC-dən bildirilib ki, saat 17:10 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.

  • Azərbaycanda marketdən yağ oğurlayan şirkət rəhbəri cəzalandırıldı

    Gəncə şəhərində şirkət rəhbəri marketdən yağ oğurladığı üçün saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, MMC-lərdən birinin direktor vəzifəsində işləyən Ə.H. marketdən oğurluq etdiyi üçün məsuliyyətə cəlb olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

    Məlum olub ki, o, mağazadan ümumi dəyəri 75 manat olan 3 ədəd “Anhcor” markalı kərə yağını oğurlayıb.

    Məhkəmənin ilkin hökmü ilə Ə.H. 10 gün həbs cəzasına məhkum edilib. Daha sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib və hökm dəyişdirilib: 10 günlük həbs cəzası 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri ilə əvəz olunub.

    Şəxs dərhal həbsdən azad edilib.

  • Американская торговая палата предупреждает: азербайджанская таможня тянет страну назад

    Компании, осуществляющие деятельность в нефтяном и особенно в ненефтяном секторах Азербайджана, при таможенном оформлении товаров, ввозимых в страну в коммерческих целях, сталкиваются со случаями искусственного завышения таможенными представителями стоимости импортируемых товаров. Об этом говорится в отчете Американской торговой палаты в Азербайджане (AmCham).

    В отчете отмечается, что несмотря на предоставление импортерами фактических документов купли-продажи товаров, требования сотрудников таможенных органов остаются в силе. В результате владелец груза, чтобы избежать дополнительных расходов, таких как задержка транспортного средства, вынужден соглашаться с условиями, выдвигаемыми представителем таможни.

    «Следует учитывать, что подобная практика проведения таможенных операций оказывает негативное влияние и на другие сферы экономики. Высокая таможенная стоимость и применяемые к ней пошлины вынуждают предпринимателей, импортирующих товары из-за рубежа, повышать цены и приводят к искусственному росту стоимости товаров.

    Такое завышение таможенной стоимости становится причиной споров между налогоплательщиками и таможенными органами, что снижает оперативность бизнеса и приводит к возникновению дополнительных расходов на хранение для импортеров.

    В ряде случаев сотрудники таможенных органов обосновывают применяемую при импорте таможенную стоимость тем, что ранее одноименный товар уже проходил таможенное оформление по данной цене и якобы ни при каких обстоятельствах не может быть оформлен по более низкой стоимости. Очевидно, что подобные требования противоречат нормам законодательства и не могут служить основанием для создания дополнительных расходов для бизнеса.

    Также считаем необходимым подчеркнуть, что возникновение расхождений между суммами пошлин и налогов, рассчитанными до ввоза груза в страну, и суммами, подлежащими уплате после прибытия груза, серьезно препятствует формированию предсказуемой бизнес-среды», — подчеркивается в отчете.

    Совет директоров AmCham Azerbaijan (Американской торговой палаты в Азербайджане) — это основной исполнительный орган организации, который принимает решения по всем вопросам в соответствии с уставом Палаты и законодательством Азербайджана. В состав совета входят 10 голосующих членов, включая президента, а также неголосующие члены — текущий посол США в Азербайджане или его представитель и исполнительный директор.

    В текущий состав совета директоров входят: президент — Даянат Садуллаев (PASHA Holding), первый вице-президент — Заур Аллахвердизаде (Baker Hughes), вице-президент — Нуран Керимов (Deloitte Azerbaijan), а также члены совета: Заур Гурбанов (SOCAR), Рена Мамедова (Coca-Cola Bottlers Azerbaijan LLC), Имран Ахмедзаде (NEQSOL HOLDING), Кенан Табасаранский (Smart Solutions Group), Камиль Велиев (Dentons), Оскар Богопольский (McDonald’s Azerbaijan) и Бабек Х.Агаев (PROSOL Company).

    Кроме того, в совет включена представитель посольства США Эми Карлон, занимающая должность заместителя главы дипломатической миссии, но без права голоса.
    //haqqin.az

  • Prezident İlham Əliyev DGK-nın bir sıra əməkdaşlarını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilirlər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Quliyev Bəhruz Faiq oğlu;

    Şirinov Natiq Telman oğlu;

    “Tərəqqi” medalı ilə

    Alverdiyev Tariyel Mehman oğlu;

    Məmmədov Elşən Malik oğlu;

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Alışov Elvin Mahir oğlu;

    Bayramov Rəşad Fərrux oğlu;

    Dünyamalılı Emin Əhəd oğlu;

    Həsənov Rüstəm Abı oğlu;

    İsmayılov Amid Raqif oğlu;

    İsmayılov Seyfulla Lətif oğlu;

    Qasımov Orxan Araz oğlu;

    Quliyev Arif Mahmud oğlu;

    Qurbanov Vasif Elçin oğlu;

    Nəsibov Elxan Şiraslan oğlu;

    Nuriyev Nurlan Səxavət oğlu;

    Tağıyev Namiq İntiqam oğlu;

    Vəliyev Turqut Tehran oğlu.

  • Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

    Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səhiyyə ocağı ilə bağlı protokol tərtib edib.

    Protokola səbəb xəstəxanada təhlükəsizlik və bir sıra tələb olunan qaydalara əməl olunmamasıdır.

    Məsələ burasındadır ki, 2025-ci ildə də Naftalan Şəhər Mərkəzi Xəstəxanasında yoxlama tədbirləri keçirilib və problemlərin aradan qaldırılması üçün zaman verilib. Ötən bir il ərzində qeyd olunan nöqsanlar aradan qaldırılmayıb.

    Məhkəmə qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanası beş min manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyevdir.

  • “Azərbaycanın enerji sistemlərinə qoşulmaq düzgün olardı” – Paşinyan

    “Ermənistan və Azərbaycanın enerji profisiti var və bu da Cənubi Qafqazda beynəlxalq bazarlara çıxış üçün çox böyük potensialın olduğunu göstərir”.

    Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

    O, Ermənistan və Azərbaycanın burada marağından da bəhs edib: “Ermənistan daha böyük ixrac bazarlarına çıxış əldə etmək üçün Azərbaycan şəbəkələrindən istifadə edə bilər və Azərbaycan da eyni məntiqdədir. Əlbəttə ki, onlar da Naxçıvanla enerji transferlərinin həyata keçirilməsində maraqlıdırlar. Görürsünüz ki, enerji sistemimiz Gürcüstan və İranın enerji sistemlərinə bağlıdır və düşünürəm ki, enerji sistemimizin Türkiyə və Azərbaycanın enerji sistemlərinə də qoşulması düzgün olardı. Bu, ixrac imkanlarımızı artıracaq, eləcə də regionun imkanlarını artıracaq. Lazım gələrsə, digər bazarlara birgə ixrac həyata keçirə bilərik.

    TRIPP layihəsi çərçivəsində enerji layihələri də nəzərdə tutulur. Əgər biz Azərbaycan şəbəkələrindən ixrac üçün istifadə etmək istəmiriksə, ən azından ərazimizdən elektrik enerjisinin ixracı və ya idxalı üçün tranzit vəsaitlərindən gəlir əldə edəcəyik”.

    Baş nazir bu barədə hər hansı praktik addımların atılıb-atılmadığını da açıqlayıb: “Siyasi anlaşma var. Biz bunu təhlil etdik, güman edirəm ki, Azərbaycan da bunu təhlil edib. Biz qarşılıqlı olaraq bunu təhlükə kimi görmürük, əksinə, imkanları, xüsusən də sülhün möhkəmləndirilməsi vasitəsi kimi görürük”.
    //unikal.az

  • Tramvay “28 Mall”un qarşısından keçəcək – FOTO

    “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasınadək uzanacaq xətt paytaxtın ictimai nəqliyyat sisteminə və şəhər mühitinə böyük töhfələr verəcək. Perspektiv layihədə istifadəyə verilməsi planlaşdırılan digər 4 xətt isə Bakının ümumi mənzərəsini və şəhər keyfiyyətini əsaslı dərəcədə yaxşılaşdıracaq.

    “Sea-Breeze” – Mehdiabad

    Mehdiabad – 8 Noyabr prospekti

    Bayıl – “28 May”

    Həzi Aslanov – “28 May”

    Əvvəlcə yaxın gələcəkdə istifadəyə veriləcək Mehdiabad – “28 May” xəttinin faydalarından bəhs edək:

    İlk olaraq bu yeniliklə o qədər də yüksək keyfiyyətli ictimai nəqliyyatla təmin edilməmiş Rəsulzadə, Binəqədi, Mehdiabad və ətraf qəsəbələrin əhalisi daha əlçatan xidmət ala biləcək. Həmçinin Rəsulzadə qəsəbəsindən son nöqtəyədək Azadlıq prospekti ilə hərəkət edəcək tramvaylar metronun da yükünü azaltmış olacaq. “Azadlıq prospekti” stansiyasının yaxınlığından keçəcək tramvay xətti metronun yaşıl xəttinin yükünün bir hissəsini öz üzərinə götürəcək.

    Prospekt boyunca avtobus zolağının mövcud olması da tramvay xəttinin çəkilməsini rahatlaşdıran amillərdəndir. Belə ki, müasir tramvay xətlərinin relsləri digər nəqliyyat vasitələrinin də buradan hərəkətinə ciddi çətinlik yaratmadığından həmin zolaqların müəyyən hissələrdə müştərək istifadəsi mümkündür. Bir çox ölkələrdə bu təcrübədən geniş istifadə edilir.

    Həmçinin Azadlıq prospektinin “28 May”a daha yaxın hissələrində isə küçənin tamamilə avtomobilsizləşdirilməsi və Cəfər Cabbarlı meydanında yaradılmış mühitə birləşdirilməsi də mümkündür ki, bu da şəhərin mərkəzində sosial mühitin yaxşılaşmasına, iqtisadi və mədəni aktivliyin daha da artmasına gətirib çıxaracaq.

    Bakıda tramvay şəbəkəsinin dəmir yolu və metro ilə inteqrasiyası ictimai nəqliyyat çeşidliliyini artırmaqla, paytaxtın səs və ekoloji çirkliliyini də xeyli dərəcədə azaltmış olacaq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mövzu ilə bağlı bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub. Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər.

    Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

    Paytaxtda ictimai nəqliyyat sahəsində görülən və görüləcək işlər yaxın gələcəkdə vahid bilet sisteminin yaradılmasını da gündəmə gətirir və yaxın illərdə bu istiqamətdə də addımların atılması mümkündür.

  • Bakının Tbilisi prospektində yol hərəkəti yenidən təşkil olunur (Video)

    Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi “cib” tipli zolaqlar təşkil olunacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, həmin ərazidə mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.

    Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi “cib” tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

    Bundan əlavə, kəsişmədə hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəkmünaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu da kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.

    Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.

    Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.

  • AQTA-nın adından istifadə edən şirkətlərə xəbərdarlıq edildi

    Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir.

    Agentlikdən verilən məlumata görə, sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.

    AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.

    Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

    AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

  • “Tesla”dan kəskin dönüş: Mask iki məşhur avtomobili istehsaldan çıxarır

    Amerikalı avtomobil şirkəti “Tesla” qarşıdakı rübdən “Model S” və “Model X” istehsalını dayandıracaq. Bu modellər uzun illər şirkətin simvolu olmuşdu. Bunun əvəzinə İlon Mask insanabənzər robotlar “Optimus” istehsalına genişmiqyaslı keçid planlaşdırır.

    Bu barədə “Business Insider” yazıb.

    “Model S” və “Model X” proqramlarına hörmətli bir son qoymağın zamanı çatıb, çünki biz həqiqətən müstəqilliyə əsaslanan gələcəyə doğru irəliləyirik”, deyə baş direktor İlon Mask bildirib.

    “Tesla” Kaliforniyadakı Fremont zavodunda bu modellərin istehsal xətlərini insanabənzər robotlar “Optimus” istehsalı üçün nəzərdə tutulmuş sahələrə çevirəcək. Uzunmüddətli məqsəd hər il bir milyon robot istehsal etməkdir.

    Mask həmçinin qeyd edib ki, “Tesla “Model S” və “Model X” sahiblərini avtomobillər yollarda olduğu müddətcə dəstəkləməyə davam edəcək. Bu modellərdən birini almaq arzusunda olanlar üçün isə “indi sifariş verməyin tam zamanıdır” deyib.

    Maskın sözlərinə görə, bu qərar bir az kədərlidir, lakin şirkətin avtonom gələcəyə keçidinin bir hissəsidir.

    Qeyd olunur ki, “Model S” və “Model X” “Tesla”nın ən köhnə və ən bahalı modellərindən biridir. “Model S” ilk dəfə 2009-cu ildə təqdim olunub, ilk çatdırılmalar isə 2012-ci ildə başlayıb. “Model X” 2012-ci ildə elan olunub, ilk müştəri avtomobilləri isə 2015-ci ildə təqdim olunub.

    Hər iki model 2025-ci ildə yenilənib, o cümlədən daha böyük batareya, yaxşı səs izolyasiyası, daha hamar süspansiyon və qiymətin 4 500 dollar artırılması. Lakin yenilənmə “Tesla Cybertruck”da təqdim olunan bəzi ən innovativ texnologiyaları əhatə etməyib.

    “Tesla” saytında “Model S”in başlanğıc qiyməti 94 990 dollar, daha premium “Plaid” versiyası isə 109 990 dollar təşkil edir. “Model X”in qiyməti 99 990 dollardan başlayır, “Plaid” versiyası isə 114 990 dollardır.
    //qaynar.az