Month: January 2026

  • Türkiyəyə yenidən sərt qış gəlir – 20 bölgəyə xəbərdarlıq edildi

    Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək.

    Son günlər ölkə üzrə müşahidə olunan yazı xatırladan hava şəraiti yaxın günlərdə yerini yenidən qış soyuğuna verəcək.

    Ölkənin Meteorologiya Baş İdarəsinin (MGM) proqnozlarına əsasən, temperatur göstəriciləri kəskin şəkildə enəcək, bir çox bölgədə güclü yağış və qar olacaq.

    Kəskin hava şəraiti daha çox İstanbulda hiss olunacaq. Gələn həftənin əvvəlində şəhərdə əvvəlcə sulu qar, daha sonra isə qar gözlənildiyi açıqlanıb.

    Marmara, Egey, Aralıq dənizi, Qərbi Qara dəniz bölgələri, Mərkəzi Anadolunun şimal və qərb əraziləri, Cənub-Şərqi Anadolunun qərbi, eləcə də Nevşehir və Karaman ətraflarında güclü yağış proqnozlaşdırılır.

    Şərqi Anadolunun cənub-şərq hissəsində isə qar yağacağı gözlənilir.

    Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib.

    Yeni həftə ilə birlikdə havaların daha da soyuması gözlənilir.

    Bazar ertəsi günündən etibarən Trakya bölgəsindən başlayaraq temperaturun sürətlə enəcəyi, bəzi yerlərdə şaxtanın qeydə alınacağı qeyd olunur.

    Kırklareli və Edirnədə temperaturun mənfi 1 dərəcəyə qədər düşəcəyi, İstanbulda isə 15 dərəcədən 5 dərəcəyə enəcəyi proqnozlaşdırılır.

  • Суд не отпустил Руслана Эйюбова под домашний арест

    Бизнесмен Руслан Эйюбов, арестованный в связи с контрабандой сигарет на сумму 5 млн манатов, потребовал перевода под домашний арест.

    Как передает Qafqazinfo, адвокат обвиняемого представил в суд соответствующее ходатайство.

    Однако суд, приняв во внимание тяжесть инкриминируемого преступления и начальный этап следствия, отклонил ходатайство.

    Решение о содержании Руслана Эйюбова под стражей оставлено в силе.

    Расследование уголовного дела ведет Главное управление по борьбе с коррупцией при генеральном прокуроре. В рамках следствия также были арестованы начальник ОАО “Бакинский международный морской торговый порт Говсан” Рашад Дашдемиров и несколько сотрудников таможни.

    Фактическим владельцем порта является Руслан Эйюбов. Он является братом экс-начальника Главного таможенного управления морского транспорта и энергетических ресурсов генерал-майора таможенной службы Гасана Эйюбова.

  • Beş milyonluq cinayət işinə görə həbs edilən Ruslan Eyyubovla bağlı qərar verildi

    5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubovun ev dustaqlığına buraxılması ilə bağlı vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

    Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, çoxepizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.

    “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdən çıxarılıb.

  • Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətini dəyişib.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.

    Məcəllənin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Bu il 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-nə qədər artırılıb.

  • Пашинян: Правительство Армении официально направило письмо в Москву

    Ереван намерен углубить сотрудничество с РФ по разблокировке региональных коммуникаций.

    Как сообщает Median.Az со ссылкой на Sputnik Армения, об этом заявил премьер-министр страны РА Никол Пашинян.

    “Армянская сторона письменно обращалась к Москве по этому вопросу”, – отметил премьер на брифинге после заседания правительства.

    “В целом уже заметны положительные сигналы, и Ереван надеется на ускорение процесса”, – сказал Пашинян, напомнив про посещение представителями Армении и Азербайджана ж/д участка Ерасх (Араздейен – ред.) – Садарак.

  • Paşinyan: “Ermənistan hökuməti rəsmi Moskvaya məktub göndərib”

    “Ermənistan regional kommunikasiyaların açılması üçün Rusiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir”.

    Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

    Hökumət iclasından sonra keçirilən brifinqdə baş nazir qeyd edib ki, Ermənistan tərəfi bu məsələ ilə bağlı Moskvaya məktub yazıb.

    “Ümumilikdə, müsbət əlamətlər artıq görünür və İrəvan prosesi sürətləndirməyə ümid edir”, – deyə N.Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən (Yerasx)-Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq qeyd edib.

  • Bu şəxslər əsgərlikdən tamamilə azad edilir

    Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.

    Median.Az Milli.az-a istinadən xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

    Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər.

    Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.

    Mövcud qanunvericiliyə əsasən, yalnız əyani formada təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət verilir.

    Qanuna əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar.

  • АФФА присудила техническое поражение двум командам

    Ассоциация футбольных федераций Азербайджана (АФФА) наказала две команды техническим поражением.

    Соответствующее решение было принято на заседании Дисциплинарного комитета организации.

    В матче Региональной лиги между “Баку ТФК” и “Хан Чинар” хозяева поля не вышли на игру в назначенное время. В связи с этим команде “Баку ТФК” присудили техническое поражение со счётом 0:3.

    В матче Лиги U-14 между “Гарадаг Локбатан” и МОИК хозяева поля допустили участие игрока, не включённого в протокол матча. За это клуб также получил техническое поражение со счётом 0:3.

  • AFFA iki komandaya texniki məğlubiyyət verib

    AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA Region Liqasında keçirilməli olan “Bakı” TFK – “Xan Çinar” qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA U-14 Liqasında baş tutan “Qaradağ Lökbatan” – MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • В Шамкирском районе 32-летний стоматолог обручился с 13-летней девочкой

    В Шамкирском районе 32-летний стоматолог Мушфиг Джебраилов (тут и далее имена и фамилии условные – ред.) привлечен к ответственности за обручение с 13-летней девочкой.

    Как сообщает Teleqraf, помолвка состоялась в ресторане Qala, расположенном в селе Ени Хаят, с участием обеих семей.

    В связи с поступившей информацией родители несовершеннолетней и М.Джебраилов были вызваны в районный отдел полиции для проведения расследования. Материалы административного дела в отношении 32-летнего стоматолога были направлены в районный суд для рассмотрения.

    На судебном заседании М.Джебраилов признался, что впервые увидел и заинтересовался 13-летней Нушабой, когда она пришла к нему как пациентка. Впоследствии он поговорил с девочкой и сообщил ей о намерении отправить сватов.

    В своих показаниях Нушаба заявила, что понимала нежелание матери выдавать ее за Мушфига. Чтобы напугать родителей, девочка порезала себе запястья, угрожая самоубийством, если ей не разрешат этот брак.

    “Мама испугалась и была вынуждена сказать сватам да”, – сказала девочка.

    Суд принял во внимание признание М.Джебраилова в совершении проступка, а также отсутствие жалобы от противоположной стороны как смягчающие обстоятельства. 32-летний стоматолог был оштрафован на 1 000 манатов.