Month: January 2026

  • Şəmkirdə 32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlanıb

    Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir – red.) məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

    Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir Rayon Polis Şöbəsinə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

    M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı Nüşabə (ad şərtidir – red.) pasiyent kimi onun yanına gələrkən görüb və bəyənib. O, daha sonra qızla danışaraq ona elçi göndərəcəyini bildirib.

    Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib.

    “Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə hə dedi”.

    Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib.

  • В России 9 пациентов интерната умерли после вспышки гриппа

    В Кемеровской области России проводят проверку из-за гибели постояльцев интерната для людей с психическими расстройствами, передает Median.Az со ссылкой на НТВ.

    Как сообщили в региональном Министерстве труда и соцзащиты, всего в январе в Прокопьевске умерли 9 пациентов психоневрологического интерната. Самому младшему из погибших было 19 лет, а старшему – 79.

    В министерстве добавили, что причиной смерти семи человек стали болезни сердца и системы кровообращения. Причина гибели 73-летней женщины и 19-летнего юноши выясняется.

    Ранее СМИ сообщили, что в психоневрологическом интернате в Прокопьевске произошла вспышка гриппа группы А. В больницы доставили 50 человек, все они жаловались на высокую температуру, головную боль и слабость.

    СК возбудил уголовное дело по статье о нарушении санитарных норм. В интернате ввели карантин.

  • Rusiyada qrip epidemiyasından sonra internatın doqquz sakini öldü

    Rusiyanın Kemerovo bölgəsində əqli pozuntulu insanlar üçün qocalar evinin sakinlərinin ölümü ilə bağlı araşdırma aparılır.

    Məlumatı NTV yazıb.

    Regional Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, yanvar ayında Prokopyevskdəki psixiatriya qocalar evinin doqquz sakini vəfat edib. Ölənlərin ən kiçiyi 19, ən böyüyü isə 79 yaşında olub.

    Nazirlik əlavə edib ki, yeddi halda ürək və qan dövranı xəstəlikləri ölüm səbəbi olub. 73 yaşlı qadın və 19 yaşlı kişinin ölüm səbəbi araşdırılır.

    Daha əvvəl mediada Prokopyevskdəki psixonevroloji internatda A qripi epidemiyasının baş verdiyi bildirilib. Əlli nəfər xəstəxanaya yerləşdirilib.

    İstintaq Komitəsi sanitariya qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. İnternatda karantin tətbiq edilib.
    //oxu.az

  • Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır? – FOTO

    Bakı-Sumqayıt şəhərləri arasında taksi qiymətlərində son bir neçə gündə artım müşahidə olunur.

    Qaynarinfo-nun məlumatına görə, günün pik saatlarında birtərəfli gedişhaqqı bəzi hallarda 50 manatı ötür. Bu isə sərnişinlər arasında ciddi narazılığa səbəb olub.

    Sərnişinlərin sözlərinə görə, əvvəllər məsafədən asılı olaraq 9-20 manat aralığında başa gələn bu yol indi ən yaxşı halda 18-30 manata yüksəlir. 

    Taksi sürücüləri isə qiymət artımına səbəb kimi qanunda edilən dəyişikliyi əsas gətirərək, bildirirlər ki, yeni qaydalara əsasən, Bakı və ya Sumqayıtda qeydiyyatda olan taksilər getdikləri şəhərdə fəaliyyət göstərə bilmir. Yəni sürücü sərnişini digər şəhərə çatdırdıqdan sonra sifariş qəbul etmək imkanını itirir və sistemdən çıxarılır. Nəticədə sürücülər geri dönüşü boş etdiklərinə görə bu marşrut üzrə qiymətlər taksi şirkətləri tərəfindən artırılıb:

    “Biz əraziyə çatdıqda, sistem avtomatik bağlanır, məcbur olaraq, ərazidə kənar çıxıb ya bir müddət gözləməliyik, ya da geriyə boş maşınla dönməliyik. Bu isə sürüclərə sərf etmir. Ona görə də bir çox halda sərnişin götürməkdən imtina edirik”.

    Nəqliyyat üzrə ekspertlər isə qeyd edir ki, Bakı, Sumqayıt və Xırdalan artıq inzibati baxımdan fərqli olsa da, faktiki olaraq vahid şəhər mühiti – Bakı aqlomerasiyası kimi fəaliyyət göstərir. Hər gün bu istiqamətlərdə on minlərlə insan fərqli məqsədlərlə hərəkət edir. Ona görə də bu yanaşma real şəhərsalmaya və gündəlik mobillik ehtiyaclarına uyğun deyil. Bütün bunların fonunda isə bu qərar qiymətlərə də təsiri qaçılmaz edəcək. Mövcud vəziyyət uzunmüddətli olarsa, bu, yalnız şəhərlərarası deyil, şəhərdaxili taksi qiymətlərinə də təsir göstərəcək. Onların proqnozlarına görə, yaxın bir neçə gün ərzində də şəhər daxili taksi qiymətlərində də 1-2 manatlıq artım müşahidə oluna bilər. Bu isə taksidən istifadə edənlərin sayının azalmasına və qeyri-rəsmi fəaliyyətin artmasına yol aça bilər.

    Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə (o cümlədən, müvafiq buraxılış kartı qaydalarına) əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında (icazədə) göstərilən xidmət ərazisi daxilində həyata keçirilməlidir. Həmin ərazi hüdudlarından kənarda daşımaların aparılması inzibati məsuliyyət yaradır. Yəni, taksi fəaliyyəti (buraxılış kartı) ilə bağlı icazə sənədində qeyd olunan ərazidən (məsələn, Bakı şəhəri və ya konkret region) kənara çıxmaq qadağandır.

    Bu tələbin pozulması müvafiq cərimələrin tətbiqinə səbəb olur.

    Bu dəyişikliyin məqsədi kimi  taksi fəaliyyətini nizamlamaq, şəhərlərarası və şəhərdaxili daşımaları sənədləşdirmək və təhlükəsizliyi təmin etmək nəzərdə tutulur.

  • İmişlidə direktor şagirdi döyüb? – Araşdırmalar BAŞLANDI

    İmişli rayon Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevin şagirdi döydüyü iddia olunub.

    Sosial mediada paylaşılan görüntülərdə hadisənin ötən tədris ilində baş verdiyi bildirilib.

    Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada paylaşılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır:

    “Hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

    Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.
    //oxu.az

  • “WhatsApp”da YENİLİK – Ödənişli abunəliklər yaradılır

    WhatsApp” bir neçə ödənişli abunəlik hazırlayır.

    Məlumatı “WhaBetaInfo” yayıb.

    Qeyd olunub ki, şirkət hazırda genişləndirilmiş xüsusiyyətlər təklif edəcək yeni plan üzərində işləyir:

    “İstifadəçilər buna abunə ola və tətbiqi fərdiləşdirmək üçün əlavə xüsusiyyətlər əldə edə biləcəklər. Bura premium stikerlər, yeni mövzular, üçdən çox söhbəti sancaqlamaq imkanı, mesajlar üçün ayrıca zəng melodiyaları toplusu və alternativ tətbiq nişanlarının seçimi daxildir.

    Abunəliyin qiyməti hələ açıqlanmayıb və ölkələrə görə dəyişəcək. Funksiya toplusu rəsmi istifadəyə verilməzdən əvvəl dəyişə və istifadəçi rəylərinə əsasən zamanla oraya yeni funksiyalar əlavə oluna bilər.

    Eksklüziv funksiyalara malik yeni abunəlik reklamsız plandan ayrı mövcud olacaq və “Yeniləmələr” bölməsində yer alacaq. Mesencerin məxfilik siyasəti dəyişməz qalacaq, əsas funksiyalar və şəxsi mesajlaşma üçün ödəniş tələb olunmayacaq”.

    Qeyd edək ki, bundan əvvəl “WhatsApp”da istifadəçilərə reklam olmadan statuslara baxmağa imkan verən ödənişli abunəliyin dövriyyəyə buraxılacağı barədə məlumat verilmişdi.

  • Bərdə sakini işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək ölüb

    Bərdədə toksik səbəbdən ölüm hadisəsi baş verib.

    Rayonun Əliyalın kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada, ilkin ehtimala görə, kimyəvi maddədən zəhərlənərək həyatını itirib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bu il evlərin qiyməti enə bilər? – Video

    Mütəxəssislər bu il Azərbaycanda daşınmaz əmlak qiymətinin qalxacağını proqnozlaşdırırlar.

    Sakinlər Azərbaycan Televiziyasına (AzTV) vurğulayırlar ki, onlar hazırda evlərin qiymətinin yüksək olması səbəbindən onu almaqda çətinlik yaşayırlar.

    Əmlak ekspertləri bildirirlər ki, 2025-ci ilin avqust ayından əmlak bazarında durğunluq hökm sürür. Bu da öz növbəsində bəzi evlərin süni şəkildə qiymətlərinin qalxmasına, bəzilərində isə alıcı azlığı səbəbindən enməsinə səbəb olub.

    Ekspertlər qeyd edirlər ki, birotaqlı evlərin qiyməti metroya yaxınlıq baxımından 85-120 min manat arasında dəyişə bilər.

    Yerli mütəxəssislər isə qarşıdakı zamanlarda evlərin qiymətinin kəskin qalxacağını gözləmirlər.

  • Bakıda istixanadan 50 min manatlıq oğurluq edib evakuatorla daşıdılar – Video

    İstixanadan 50 min manatlıq oğurluq edib evakuatorla aparan şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.

    Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinənlər – əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub.

    Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Находившийся в международном розыске гражданин Азербайджана задержан в Турции

    В Турции было установлено местонахождение гражданина Азербайджана, объявленного в международный розыск.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), Озан Чингиз оглу Будагов, разыскиваемый Газахским районным отделом полиции по уголовному делу, возбужденному по статье о краже, был задержан по каналам Интерпола.

    В информации отмечается, что Национальным центральным бюро Интерпола МВД Азербайджанской Республики совместно с соответствующими структурами принимаются меры по доставке обвиняемого в нашу страну.