Month: January 2026

  • Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı

    Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ozan Çingiz oğlu Budaqov İnterpol kanalları vasitəsilə saxlanılıb.

    Məlumatda qeyd olunub ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür”.

  • Водители устроили гонку на дороге в Хокмели (Видео)

    Опасная ситуация возникла из-за грубого нарушения правил дорожного движения двумя водителями на участке шоссе Баку – Шамахы, проходящем через посёлок Хокмели в Абшеронском районе.

    Как сообщает Oxu.Az, кадры инцидента были распространены в социальных сетях.

    На них видно, как вблизи транспортной круговой развязки в поселке Хокмели автомобили Chevrolet Cobalt с государственными регистрационными номерами 90-YH-208 и 90-YD-792 устраивают гонку. Двигаясь на высокой скорости и совершая опасные манёвры, водители подвергли серьёзной опасности не только свои жизни, но и создали угрозу для других участников дорожного движения.

    По данному факту направлен запрос в соответствующий орган.

  • Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar (Video)

    Abşeron rayonu ərazisində, Bakı-Şamaxı şosesinin Hökməlidən keçən hissəsində iki sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması təhlükəli vəziyyətə səbəb olub.

    Bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

    Görüntülərdə Hökməli dairəsi yaxınlığında 90-YH-208 və 90-YD-792 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobillərin bir-biri ilə yarışdığı əks olunub. Sürücülərin yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi öz həyatlarını ciddi təhlükə altına qoymaqla yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də ciddi risk yaradıb.

    Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
    //oxu.az

  • Gəncədə azyaşlı qıcolmadan öldü

    Gəncədə azyaşlı qız qıcolmadan vəfat edib.

    Dünən 23 radələrində Daşkəsən rayon sakini, 2021-ci il təvəllüdlü Rüqəyya Ellazalıyeva Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

    Həkimlərin səylərinə baxmayaraq, azyaşlı xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Narkotik satan dəstənin işi Ali Məhkəmədə – Başçıları qadın, üzvlərdən biri dünya çempionu olub

    Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə olunmuş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərdən 17-nin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət hazırda Ali Məhkəmədə araşdırılır.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 nəfərdən yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 17 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ildə xüsusi əməliyyatla həbs olunublar. İri həcmli iş üzrə məhkəmə araşdırması da uzun müddət davam edib.

    İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər – Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar.

    Təqsirləndirilən Orxan Səfərov məhkəmədə deyib ki, 2008-ci ildən idmanla məşğul olub. Həmin il dünya çempionu olub, sonradan “Dinamo” idman mərkəzində məşğələlərdə iştirak edib.

  • Электронные данные станут доказательством в уголовных делах Азербайджана

    В Азербайджане электронные данные будут признаны доказательствами в уголовных делах.

    Как передает Oxu.Az, данный вопрос был рассмотрен на сегодняшнем заседании комитета Милли Меджлиса по правовой политике и государственному строительству в рамках обсуждения проекта изменений в Уголовно-процессуальный кодекс.

    В законопроекте отмечается, что электронные данные, имеющие значение для уголовного преследования, включая абонентские данные, информацию о трафике или содержании, могут быть признаны доказательством в электронной форме по решению органа, осуществляющего уголовный процесс, с учетом требований настоящего кодекса.

    Электронные данные будут приниматься в качестве доказательств только при условии их получения с соблюдением требований уголовно-процессуального законодательства.

    Кроме того, в документе определяются условия хранения доказательств в электронной форме. Электронные доказательства и их носители будут добавляться органом, осуществляющим уголовный процесс, к материалам уголовного дела и храниться в течение всего срока хранения дела. При этом должна обеспечиваться целостность и безопасность электронных доказательств и их носителей.

    Если законный владелец потребует изъятые и приобщенные к делу электронные доказательства для текущего учета, отчетности и других правомерных целей, ему должна быть предоставлена возможность временно использовать эти доказательства или их носители, либо сделать копию электронных данных.

    По истечении одного года с даты вступления в законную силу приговора суда или после вступления в силу решения о прекращении уголовного преследования, электронные доказательства или их носители могут быть возвращены законным владельцам по их просьбе. В этом случае следователь, прокурор или суд должны сделать копии возвращаемых электронных доказательств, удостоверить их подлинность и сохранить в материалах уголовного дела.

  • Cinayət işlərində elektron məlumatlar sübut kimi tanınacaq

    Azərbaycanda bəzi məlumatlar elektron sübut hesab ediləcək.

    Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə qeyd olunur ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri istintaq prosesini həyata keçirən orqanın qərarı ilə bu məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə biləcək.

    Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul olunacaq.

    Həmçinin sənəddə elektron formada sübutların saxlanılması halları da müəyyənləşir.

    Belə ki, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar istintaq prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə ediləcək və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılacaq.

    Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.

    Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

    Həmçinin məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya istintaq prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.
    //oxu.az

  • Житель Губы отравился угарным газом

    28 января в 17:00 в Губинском районе зафиксирован случай отравления с летальным исходом.

    Как сообщает Oxu.Az, Асаф Алекберов скончался от отравления угарным газом, когда принимал душ в ванной комнате своего частного дома.

    По данному факту в районной прокуратуре проводится расследование.

  • Qubada dəm qazı bir nəfərin həyatına son qoydu

    Quba rayonunda dəm qazından zəhərlənmə olub.

    Oxu.Az xəbər verir ki, hadisə yanvarın 28-də, saat 17:00-da qeydə alınıb.

    Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.06 доллара, или 1.53% – до 70.37 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.31 доллара.