Month: January 2026

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.06 ABŞ dolları və ya 1.53% artaraq 70.37 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.31 ABŞ dolları təşkil edib.

  • Şirkət əməkdaşı yükdaşıma vədi ilə 46 minlik dələduzluq etdi, amnistiyaya düşdü

    Dələduzluqda təqsirləndirilən Zakir İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilən amnistiya Orxan Məmmədliyə tətbiq edilməklə və o, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

    İttiham aktına əsasən, Zakir İbrahimov 2023-cü ildən etibarən etibarnamə əsasında “Caspian Agroholdinq” MMC-ni təmsil etdiyi müddət ərzində qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirib. O, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) inamını qazanaraq, ona həqiqətə uyğun olmayan yalan vədlər verib.

    Belə ki, təqsirləndirilən şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olmasına dair yalan məlumat verərək, 31 236 ABŞ dolları müqabilində bir konteyner günəbaxan yağının Rusiyanın Novorossiysk şəhərindən Seneqalın Dakar şəhərinə daşınacağını vəd edib. Bu məqsədlə 2025-ci ilin mart ayının ilk həftəsində paytaxt ərazisində yerləşən “Çaykənd” kafesində zərərçəkmiş şəxslə görüşüb.

    Bu görüş zamanı Zakir İbrahimov əvvəlcə 10 000 ABŞ dolları, daha sonra isə 17 320 ABŞ dolları olmaqla, ümumilikdə 27 320 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib. Həmin məbləğ dövrün məzənnəsinə uyğun olaraq 46 444 manat təşkil edib. Nəticədə F.F.-ə xeyli miqdarda maddi ziyan vurulub.

    Məhkəmə iclasında Zakir İbrahimov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

    O, məhkəmədə bildirib ki, pulun ünvanına çatmaması səbəbindən yükün daşınması baş tutmayıb, bundan sonra zərərçəkmiş şəxsdən pulu geri qaytarmaq üçün vaxt istəyib. Hazırda isə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edib.

    Təqsirləndirilən şəxs səmimi ifadə verməsini, törətdiyi əməldən peşmanlığını, ailəli və azyaşlı uşaqlarının olduğunu, həmçinin ziyanın ödənildiyini nəzərə alaraq, amnistiya aktının tətbiqini məhkəmədən xahiş edib.

    Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, ümumilikdə 28 000 ABŞ dolları pul ödəsə də, sənədlərdə 27 300 ABŞ dolları göstərilib. Hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığına dair məhkəməyə müvafiq ərizə təqdim edib.

  • Bakıda kirayədə qalanlar dəm qazından zəhərləndilər – Ölən var

    Bakı şəhəri, Nizami rayonunda iki nəfər dəm qazından zəhərlənib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, İmran Teymur oğlu Qənbəralıyev və Ramazan Rafiq oğlu Məmiyev kirayədə yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Zəhərlənmə nəticəsində Ramazan Məmiyev vəfat edib, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü

    Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Daşqın İsgəndərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Daşqın İsgəndərovun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilib. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub.

    İttihama görə, Daşqın İsgəndərov Saatlı Rayon Mərkəzi Xəstəxanasında (RMX) sürücü işləyib.

    Hadisə 2023-cü ildə Saatlı rayonu ərazisində qeydə alınıb.

    Belə ki, o, Saatlı RMX-nin Təcili tibbi yardım şöbəsinə daxil olmuş çağırış əsasında briqadanın üzvləri – həkim zərərçəkmiş S.S. və feldşer Y.Y. ilə birlikdə xəstə, zərərçəkmiş L.L.-i xəstəxanaya təxliyə ediblər.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus “Fiat Doblo” avtomobilini idarə edən Daşqın rayonun Dədə Qorqud kəndi ərazisinin döngəli hissəsində yol-nəqliyyat hadisəsi törədib. Təqsirləndirilən şəxs avtomobili ona verilmiş yol vərəqəsi əsasında Dədə Qorqud kəndindən Saatlı şəhəri istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub.

    Məhkəmə tərəfindən müəyyən edilib ki, məhkum yolun döngəli hissəsində avtomobilin hərəkət hissəsində dayanıqlı idarə olunmasını təmin etməyib və nəticədə qarşı istiqamətdə, öz hərəkət zolağı ilə hərəkətdə olan F.A.-nın idarə etdiyi “Hyundai Sonata” maşınının hərəkət zolağına çıxaraq toqquşmaya səbəb olub.

    Hadisə nəticəsində avtomobildə olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, xəstə L.L. isə vəfat edib.

    Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin olunub, apellyasiya protesti isə təmin edilməyib. Qərara əsasən, Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilərək məhkumun cəzası 4 il 6 ay müddətinə endirilib. Onun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb, hökmün qalan hissələri isə dəyişdirilmədən qüvvədə qalıb. Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul olunmasını xahiş edib.

  • В Баку трагически погиб мужчина, приехавший из Казахстана для оформления документов

    Житель Имишлинского района стал жертвой несчастного случая.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в Баку.

    Так, 26-летний Рамазан Мамиев скончался от отравления угарным газом.

    Согласно информации, погибший работал в Казахстане. Около 10 дней назад он прибыл в Азербайджан с целью оформления документов.

    По факту происшествия проводится расследование.

  • Qazaxıstandan Azərbaycana sənədlərini düzəltdirmək üçün gələn gənc faciəli şəkildə öldü

    İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.

    Belə ki, 26 yaşlı Ramazan Rafiq oğlu Məmiyev dəm qazından boğularaq həyatını itirib.

    Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Скончался отец шехида Гусейн Азизоглу

    Скончался председатель Совета старейшин Агстафинского района, ашуг Гусейн Азизоглу.

    Об этом сообщили его родные.

    Отметим, что сын Г.Азизоглу, Шахлар Гусейнов, стал шехидом в 1994 году в боях на агдеринском направлении.

  • Şəhid atası Hüseyn Əzizoğlu vəfat edib

    Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, aşıq Hüseynin oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

  • Какой размер пособия должен быть выплачен работнику при призыве на военную службу? (Видео)

    Согласно изменениям, внесённым в Трудовой кодекс, в случае призыва работника на военную или альтернативную службу и расторжения с ним трудового договора работодатель обязан выплатить сотруднику пособие в размере не менее трёхкратного среднего месячного заработка.
    Юрист Сахиб Мамедов отмечает, что данное пособие существовало и ранее, однако до настоящего времени его размер составлял не менее двойного среднего заработка.

    Напомним, что в соответствии с Трудовым кодексом, за работником на период прохождения срочной действительной военной службы сохраняются его прежнее место работы и должность.

    После увольнения с военной службы такие лица имеют право в течение не позднее 60 календарных дней вернуться в прежнюю организацию либо на аналогичную должность у того же работодателя (в том числе у работодателя – физического лица).

  • Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? – Ekspertdən AÇIQLAMA

    Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verilərsə, işəgötürən işçiyə ortaaylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyəcək.

    Hüquqşünas Sahib Məmmədov deyir ki, sözügedən müavinət əvvəl də olub. Lakin indiyədək bu məbləğ əməkhaqqının azı iki misli qədər idi.

    Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.

    Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.