Month: January 2026

  • Cəlilabadda “Azərpoçt”un maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

    Cəlilabadda sürücü xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

    Qeyd olunub ki, “Azərpoçt”a məxsus nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İranda dolların məzənnəsi tarixi rekord müəyyənləşdirdi

    İranda yerli valyutaya nisbətdə dolların məzənnəsi tarixi rekord müəyyənləşdirib.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilib ki, İranın sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi ölkənin milli valyutası qarşısında yüksələrək 160 min tüməni ötüb.

  • Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq

    Cənubi Muğan kanalına sabahdan suyun verilişi müvəqqəti dayandırılacaq.

    Buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləridir.

    Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.

    Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda – İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.

  • Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi

    Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin təsis olunması proseduruna başlamağı təklif edib.

    Report xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Sarajevo Times” nəşrinə müsahibəsində bildirib.

    “Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır. Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə öz inkişafına davam edəcək. Bu kontekstdə Azərbaycan turizmin və biznesin inkişafını təşviq etməyə davam etmək niyyətindədir və bunun xalqların yaxınlaşmasına, vətəndaşlar üçün faydalı nəticələr yaradacağına inanır. Azərbaycanın Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi prosedurunu başlatmağı təklifi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, – o deyib.

    Səfir hər iki ölkənin yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazır olduğunu qeyd edib.

  • UEFA Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” – CANLI

    “Qarabağ” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxır.

    Təmsilçimiz sonuncu – VIII turda İngiltərədə “Liverpul” komandası ilə qarşılaşır.

    Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz:

  • Göbələk qocalmanı ləngidə bilər

    Tədqiqatçılar göbələklərin tərkibində olan və az tanınan bir antioksidantın təsirini araşdırırlar. Bu maddə yaş artdıqca koqnitiv sağlamlığın qorunmasına kömək edə bilər.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, beyin sağlamlığından söhbət gedəndə çoxları omeqa-3 yağ turşularını, yarpaqlı yaşıl tərəvəzləri və ya giləmeyvələri xatırlayır. Lakin diqqət çəkən daha bir qida elementi var və böyük ehtimalla o, artıq mətbəxinizdə mövcuddur. Erqotionein və ya ERGO göbələklərin tərkibində əsasən rast gəlinən güclü antioksidantdır.

    Alimlər onun yaş artımı fonunda beyni qoruma potensialına getdikcə daha çox maraq göstərirlər. Elm hələ də inkişaf mərhələsində olsa da, mütəxəssislər bildirirlər ki, bu unikal birləşmə beyni oksidativ stress və iltihabdan qoruma baxımından ümidverici hesab olunur. Məhz bu iki amil koqnitiv zəifləmənin əsas səbəbləri sayılır. Aşağıda ERGO haqqında daha ətraflı məlumat, indiyədək aparılan tədqiqatların nəticələri və bu maddəni rasionunuza necə əlavə edə biləcəyiniz izah olunur.

    ERGO nədir?

    Erqotionein və ya ERGO antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik amin turşusudur və onun beyin sağlamlığındakı rolu hazırda aktiv şəkildə araşdırılır. ERGO digər antioksidantlar kimi oksidativ stressdən qoruma təmin edə bilər, yəni C və E vitaminləri və selen kimi maddələrlə oxşar təsir göstərir, lakin orqanizmdə daha sabit ola bilər.

    Qida ilə qəbul edildikdən sonra ERGO yüksək oksidativ stressə məruz qalan toxumalarda, xüsusilə beyində toplanır. Oksidativ stress və iltihab beynin qocalması və neyrodegenerativ xəstəliklərin əsas amilləri olduğundan, məhz beyində yığılan və “hüceyrə qoruyucusu” kimi fəaliyyət göstərən ERGO uzunmüddətli koqnitiv sağlamlıqda müəyyən rol oynaya bilər.

  • Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

    İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X”də açıqlama yayıb.

    “Tərəflər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.

  • Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb

    2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə 1 275,3 milyon manat xərclənib.

    “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu, 2024-cü illə müqayisədə 552,2 milyon manat və yaxud 30,2 % azdır.

    Hesabat dövründə səhiyyə xərcləri faktiki xərclərin 3,3 %-ni təşkil edib.

  • СМИ: Послы ЕС одобрили пакет военной помощи для Армении

    Послы стран-членов Евросоюза в среду одобрили выделение Армении пакета военной помощи в размере 20 млн евро.

    Об этом сообщил редактор “Радио Свобода” по вопросам Европы Рикард Джозвяк со ссылкой на свои источники.

    По его данным, это самый большой пакет нелетальной военной помощи для Еревана, предоставляемый в рамках Европейского фонда мира.

    “Сегодня послы ЕС одобрили крупнейший на сегодняшний день пакет нелетальной военной помощи для Армении – 20 млн евро – в рамках Европейского фонда мира”, – заявил он.

    Напомним, что в 2024 году ЕС выделил Армении 10 млн евро помощи из Фонда мира, что стало первым подобным шагом в истории двусторонних отношений.

  • KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər

    Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ermənistana 20 milyon avro məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyiblər.

    Bu barədə “Azadlıq radiosu”nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak öz mənbələrinə istinadən məlumat verib.

    Onun məlumatına görə, bu, Avropa Sülh Fondu çərçivəsində İrəvan üçün silah-sursatı əhatə etməyən ən böyük hərbi yardım paketidir.

    Xatırladaq ki, 2024-cü ildə Aİ Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayırmışdı ki, bu da ikitərəfli münasibətlər tarixində ilk belə addım olmuşdu.