Month: January 2026

  • Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

    Azərbaycanda oktyabrın 8-dən yanvarın 28-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 27 min 271 nəfər qrip əleyhinə peyvənd olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, onlardan 4 219-ü 0-17 yaş, 16 875-i 18-59 yaş aralığı, 6 177 nəfəri isə 60 yaş və yuxarı şəxslərdir.

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.

    Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

  • Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı vergidən azad edilə bilər

    Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

    Müvafiq qanun layihəsinə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcəkdir:

    idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

    idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

    Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

  • Bakı metrosunda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır

    Bakı metrosunda platformalarda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır.

    Bu barədə “Report”un sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

    Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin metropoliten sistemlərində platforma qoruyucu şüşə arakəsmələri sərnişin təhlükəsizliyinin artırılması məqsədilə tətbiq olunur və bu təcrübə öyrənilir: “Platforma arakəsmələri ən səmərəli şəkildə yalnız müasir avtomatik idarəetmə və işarəvermə sistemləri olan xətlərdə tətbiq olunur. Bu sistemlər qatarların platformada dəqiq və sabit dayanma mövqeyini avtomatik şəkildə təmin edir. Hazırda isə qatarların platformada dayanmasını maşinist həyata keçirir. Qapıların qoyulması üçün isə bizə avtomatik sistemin verdiyi dəqiqlik zəruridir”.

    O qeyd edib ki, Bakı Metropolitenində fərqli nəsil və bir neçə model vaqon istismar olunur və qapıların yerləşməsi fərqlidir: “Onların bəzilərinin qapısı içəri, bəzilərinin qapısı isə çölə açılır. Bu, platforma arakəsmələrinin standart formada tətbiqini çətinləşdirən amillərdən biridir. Bu mənada stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Yaşıl və Qırmızı xətlərdə hava stansiyalara əsasən tuneldən daxil olur. Platforma arakəsmələri quraşdırılması hava axınlarının qarşısını alacaq. Bu həm tunel infrastrukturuna və ən əsası sərnişinlərə mənfi təsir göstərə bilər”.

  • В Баку на участке проспекта Бабека полностью ограничат движение транспорта

    С сегодняшнего дня в Хатаинском районе Баку будет полностью перекрыто движение на участке от проспекта Бабека до улицы Хагани Рустамова в связи со строительными работами.

    Как сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана, ограничения будут действовать до завершения работ.

    В Агентстве рекомендуют водителям в качестве альтернативного маршрута использовать улицу Сулеймана Везирова.

  • Babək prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

    Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

    Qurumdan qeyd edilib ki, sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.

  • Пассажирское сообщение на линии Баку–Астара возобновят не ранее 2028г

    В Азербайджане планируется комплексная модернизация железнодорожной линии Баку–Астара, после завершения которой станет возможным возобновление пассажирских перевозок по данному маршруту.

    Об этом заявил заместитель министра цифрового развития и транспорта Рахман Гумматов на круглом столе, посвященном реализации Госпрограммы по совершенствованию транспортной инфраструктуры Баку и прилегающих территорий на 2025–2030 гг.

    По его словам, завершение модернизационных работ запланировано до 2028 года, и именно после этого будет возможно открытие пассажирского сообщения.

    “В направлении Астары отдельные участки железной дороги требуют дополнительных работ. Особенно с учетом соглашения, подписанного в конце прошлого года с Россией, в рамках которого предусмотрено развитие международного транспортного коридора “Север–Юг” и модернизация существующей линии”, – отметил он.

    Гумматов подчеркнул, что вопрос безопасности является приоритетным, в этой связи Азербайджан не считает целесообразным запускать пассажирские перевозки до полного завершения работ и обеспечения всех требований безопасности.

    “С точки зрения безопасности запуск пассажирских поездов до окончания модернизации нежелателен”, – заявил замминистра.

  • Bakı-Astara dəmir yolu xəttində sərnişindaşımalarının mümkün olacağı vaxt açıqlanıb

    Bakı-Astara dəmir yolu xəttində 2028-ci ilə qədər modernizasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.

    Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

    Onun sözlərinə görə, bundan sonra həmin istiqamətdə sərnişin daşımaları mümkün olacaq.

    “Astara istiqamətində bəzi yollarımızın vəziyyəti əlavə işlərin görülməsini tələb edir. Xüsusilə ötən ilin sonunda Rusiya ilə imzalanmış saziş var ki, orada “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsindən və mövcud xəttin modernizasiyasından söhbət gedir. Biz orada işləri başa çatdırmadan, təhlükəsizliyi tam təmin etmədən sərnişinlərin daşınmasının tərəfdarı deyilik. Lakin 2028-ci ilə qədər həmin yolun modernizasiyasını nəzərdə tuturuq və həmin dövrdə artıq orada sərnişindaşımanın bərpası mümkün olacaq. Burada yeganə məhdudlaşdırıcı məsələ yoldakı cari vəziyyətdir və təhlükəsizlik baxımından modernizasiya bitmədən sərnişin qatarlarının buraxılması arzuolunan deyil”, – deyə nazir müavini əlavə edib.

  • Bakıda piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihələr icra ediləcək

    Bakıda piyadaların və mikromobillik istifadəçilərinin hərəkətinin təhlükəsiz və rahat təşkili məqsədilə yeni infrastruktur layihələrinin icrası planlaşdırılır.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş dəyirmi masada deyib.

    Onun sözlərinə görə, səkilərə və piyada yollarına dair ümumi tələbləri müəyyən edən dövlət standartı artıq təsdiq edilib və paytaxtın piyadalar üçün daha əlçatan şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

    A.Rzayev qeyd edib ki, son dövrdə bir sıra küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, yeni piyada və mikromobillik zonaları yaradılıb: “Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb, həmin ərazilərdə piyada məkanları formalaşdırılıb. Bundan başqa, Z. Əliyeva, T. Əliyərbəyov, H.Z. Tağıyev, Y. Məmmədəliyev və Ə. Əlizadə küçələrində həftəsonları və bayram günlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir və bu ərazilər piyadaların istifadəsinə verilir. “28 May” metro stansiyasının qarşısında isə piyada infrastrukturu genişləndirilib”.

    Sədr əlavə edib ki, hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır və bu layihə Fəvvarələr meydanı ilə Qış Parkını vahid piyada dəhlizi kimi birləşdirəcək: “Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm də mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq”.

  • В 2025 году в Баку камерами видеонаблюдения зафиксировано 2 546 ДТП

    В 2025 году в зоне действия камер видеонаблюдения, установленных на дорогах столицы Центром интеллектуального управления транспортом (ЦИУТ), зафиксировано 2 546 дорожно-транспортных происшествий.

    Как сообщили Report в ЦИУТ, основными причинами аварий являются превышение скорости, проезд на запрещающий знак светофора, несоблюдение дистанции, нарушение требований дорожных знаков и невнимательность водителя.

    Инциденты зафиксированы преимущественно на центральных улицах и проспектах с интенсивным движением: на проспекте Зии Буниятова, Гейдара Алиева, Бабека, 8 Ноября, Тбилисском проспекте, на шоссе Баку-Сумгайыт, Сабунчи-Забрат, Аэропортовском шоссе и других дорогах.

    За год на дорогах оставалось 1 889 технически неисправных транспортных средств, что становилось причиной заторов.

    Для обеспечения интенсивности транспортного потока в Баку режим “зеленой волны” был применен 73 717 раз к светофорам на 60 улицах и проспектах.

  • Bakıda videomüşahidə kameraları ötən il 2546 yol-nəqliyyat hadisəsini qeydə alıb

    Ötən il Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Bu barədə “Report”a mərkəzdən məlumat verilib.

    Bildirilib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir. Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.

    İl ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər DYPİ-nin əməkdaşları dərhal tədbirlər görüb.

    Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.

    Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.