Month: January 2026

  • Məşhur hind aktyoru saxlanıldı

    Məşhur hind aktyoru Nadim Xan Mumbayda ev işçisinə qarşı cinsi zorakılıq ittihamı ilə polis tərəfindən saxlanılıb.

    Bu barədə “Times of India” nəşri məlumat yayıb. Belə ki, 41 yaşlı qadın aktyorun onu evlənmək vədi ilə uzun müddət zorakılığa məruz qoyduğunu bildirib. Daha sonra aktyorun bu vəddən imtina etdiyi qeyd olunur.

    Şikayət əsasında Nadim Xan yanvarın 22-də saxlanılıb və hazırda həbsdədir.

    Qeyd edək ki, aktyor sonuncu dəfə 2025-ci ildə çəkilmiş “Mütəxəssis” filmində rol alıb.
    //unikal.az

  • Bu cərimələr 2 dəfə artırıldı

    Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə-fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

    Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

    İndiyə qədər Qüvvədə olan Məcəlləyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilib.

    Mühafizə dərəcəsi tətbiqedilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilib.

    Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

  • Maduronu oğurlamaq neçə dəqiqəyə başa gəlib?

    ABŞ-nin Venesuelaya hücumu zamanı faktiki döyüşlər 27 dəqiqədən az davam edib.

    Bunu Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş deyib.

    Onun sözlərinə görə, əməliyyatda “ölkədə bir neçə saat olan təxminən 200 əsgər” iştirak edib. Senator vurğulayıb ki, “döyüşlər 27 dəqiqədən az davam edib”.

    Dinləmədə ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio da iştirak edib.

  • Kürdəmirdə ev yanaraq külə döndü

    Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

    Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azad Məcidov DSMF-ni məhkəməyə verdi – Hakim pensiyası təyin olunmasını tələb edir

    Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən tanınmış hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.

    Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011-2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.

    Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.

    Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.

    Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.

    Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.

    Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.

  • Restoranın çirkab suları arxa axıdılıb – Sahibkara 800 manat cərimə

    Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən “Oğuz” restoranı cərimələnib.

    Restoranın sahibi, 1957-ci ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuş S.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi (içməli, məişət, texniki və tullantı sularının kənara — çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə təyinatsız axıdılması) ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Protokol Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən yazıləb. Aparılan yoxlama zamanı “Oğuz” restoranında formalaşan tullantı sularının kənara – restoranın yanından keçən Dəymədağlı–Tərkeş arxının mühafizə zonasına, oradan isə birbaşa arxa axıdıldığı müəyyən edilib.

    S.H. bildirib ki, “Oğuz” restoranında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə görə, restoranın yanından axan arx Sincan və Tərkeş kəndlərindən keçir və restorana qədər olan hissəsinin uzunluğu 10 kilometr təşkil edir. O, restoranın yanında suyun axıdılması üçün 4 metr dərinliyində quyu qazdırdığını deyib. Restoranda yalnız çay verildiyini, mətbəxdən axan suların da həmin quyuya yönəldiyini, lakin quyunun dolaraq daşma verdiyini qeyd edib. Sahibkar həmçinin cəriməni ödəməyə maddi imkanının olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə sahibkar 800 manat məbləğində cərimə olunub.
    //qaynar.az

  • Alena Əliyeva Auitizm Mərkəzində – FOTOLAR

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı şəhərinin Nizami rayonunda yerləşən Autizm Mərkəzini ziyarət edib.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.



  • Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş

    Yanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş verən qətl hadisəsi hələ də müzakirə olunur.

    Qeyd edək ki, 1981-ci il təvəllüdlü Emil Ağayev bıçaqla xəsarətlər yetirərək 67 yaşlı anası Həyat Ağayevanı qətlə yetirib.

    İddialara görə, Emil Ağayev əvvəllər narkotik asılılığı səbəbi ilə aidiyyəti üzrə dispanserdə müalicə alıb. Mərhumun yaxınları bildiriblər ki, o, cinayəti əvvəlcədən planlaşdırıb.

    Belə ki, hadisədən əvvəlki gecəni həyat yoldaşı ilə birlikdə qayınanasının evində keçirən Emil Ağayev səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib və onun təcili evə gəlməsini xahiş edib. Daha sonra isə anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Emil Ağayev anasını pula görə xüsusi amansızlıqla öldürüb.

    Belə ki, hadisə baş verən gün Emil anasından pul istəyib. O, isə qız köçürdüyünü və cehiz hazırlığı ilə bağlı pulunun olmadığını bildirib. İddia olunur ki, cinayət məhz bu mübahisə üzündən törədilib.

    Digər mənbənin bildirdiyinə görə, Emil Ağayev kifayət qədər mədəni, sakit və problemsiz biri olub. Onun pula ehtiyacı olmadığı, hətta dükan işlətdiyi də bildirilib.

    Qətlə yetirilən Həyat Ağayeva isə 67 yaşında olmasına baxmayaraq, evinə yaxın Südçülük sovxozunda işləyib. İş yoldaşlarının dediyinə görə, o, çox zəhmətkeş və övladlarını min bir əziyyətlə böyüdən ana olub. Aldığı əməkhaqqı və pensiyası ilə Emilə aldığı avtomobilin kreditini ödəyirmiş.

    Hadisə ilə bağlı daha dəhşətli məqamlar da ortaya çıxıb. Belə ki, Emil Ağayevin atası Xanlar Ağayev də illər öncə Rusiyada 35 bıçaq zərbəsi ilə qətlə yetirilib.

    Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

    Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

    Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: “Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

    Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Азербайджане с октября 2025 года проведена вакцинация более 27 тыс. человек

    В Азербайджане с 8 октября 2025 года по 28 января 2026 года в медицинских учреждениях всего 27 271 человек был вакцинирован против гриппа на добровольной основе.

    Об этом в ответ на запрос Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).

    Уточняется, что среди вакцинированных 4 219 человек в возрасте 0-17 лет, 16 875 человек 18-59 лет, а 6 177 человек 60 лет и старше.

    Отметим, что препараты против гриппа производятся французской компанией Sanofi Pasteur. Для проведения вакцинации желающие могут обратиться в районные центральные больницы или же в поликлиники в Баку.