Month: January 2026

  • ИИ обнаружил сотни космических аномалий в архиве телескопа Hubble

    Астрономы с помощью искусственного интеллекта обнаружили более 1 300 редких астрофизических объектов в архивных данных космического телескопа Hubble.

    Как передает Median.Az со ссылкой на американское Национальное управление по аэронавтике и исследованию космического пространства (NASA), анализ почти 100 миллионов небольших изображений из архива Hubble Legacy Archive занял всего два с половиной дня, причем более 800 из найденных объектов ранее не были задокументированы в научной литературе.

    Среди аномалий – сливающиеся и взаимодействующие галактики, гравитационные линзы, галактики с массивными скоплениями звездообразования, “медузообразные” галактики с газовыми “щупальцами” и протопланетные диски, напоминающие гамбургеры. Несколько десятков объектов вообще не поддаются существующим классификациям.

    Для решения задачи исследователи из Европейского космического агентства (ESA) Дэвид О’Райан и Пабло Гомес разработали нейросеть AnomalyMatch. Она обучена распознавать редкие и необычные объекты, имитируя работу человеческого мозга при обработке визуальной информации.

    Традиционный ручной анализ такого объема данных непрактичен. После того как алгоритм отметил вероятных кандидатов, исследователи вручную проверили наиболее перспективные источники и подтвердили более 1 300 истинных аномалий.

    Подобные инструменты станут незаменимыми для анализа данных будущих обсерваторий, таких как телескоп Nancy Grace Roman, миссия Euclid и обсерватория Vera C. Rubin, которые будут генерировать беспрецедентные объемы информации.

  • Süni intellekt “Hubble” teleskopunun arxivində yüzlərlə kosmik anomaliya aşkar edib

    Astronomlar süni intellektin köməyi ilə “Hubble” kosmik teleskopunun arxiv məlumatlarında 1 300-dən çox nadir astrofiziki obyekt aşkar ediblər.

    “Hubble Legacy” arxivindən götürülmüş təxminən 100 milyon kiçik görüntünün analizi cəmi iki gün yarım çəkib. Tapılan obyektlərin 800-dən çoxu isə daha əvvəl elmi ədəbiyyatda sənədləşdirilməmişdi.

    Aşkar edilən anomaliyalar arasında birləşən və qarşılıqlı təsir göstərən qalaktikalar, qravitasiya linzaları, ulduz yaranması üzrə nəhəng yığınlara malik qalaktikalar, qaz şüaları olan “meduza” formalı qalaktikalar və hamburgeri xatırladan protoplanet diskləri var. Onlarla obyekt isə ümumiyyətlə mövcud təsnifatlara uyğun gəlmir.

    Problemin həlli üçün Avropa Kosmik Agentliyinin tədqiqatçıları Devid O”Rayan və Pablo Qomes “AnomalyMatch” adlı neyroşəbəkə hazırlayıblar. O, vizual məlumatların işlənməsi zamanı insan beyninin fəaliyyətini təqlid edərək nadir və qeyri-adi obyektləri tanımağa proqramlaşdırılıb.

    Bu qədər böyük həcmli məlumatın ənənəvi əl analizi praktik deyil. Alqoritm ehtimal olunan namizədləri qeyd etdikdən sonra tədqiqatçılar ən perspektivli mənbələri əl ilə yoxlayaraq 1 300-dən çox real anomaliyanı təsdiqləyiblər.

    Belə alətlər gələcək müşahidələrin – “Nancy Grace Roman” teleskopu, “Euclid” missiyası və “Vera C. Rubin” – məlumatlarının təhlili üçün əvəzedilməz olacaq.

  • Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır

    Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib: “2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir”.

    V. Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir: “Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 %, Nərimanovda 7,8 %, Yasamalda 7,4 %, Xətaidə 7,2 %, Nəsimidə isə 6,8 % artacağı proqnozlaşdırılır. Digər rayonlarda artım tempi nisbətən zəif olacaq. Nizami rayonunda 5,6 %, Binəqədidə 5,4 %, Suraxanıda 5,9 % artım gözlənildiyi halda, Sabunçuda 4,2 %, Xəzərdə 3,6 %, Qaradağda 3,4 %, Pirallahıda isə cəmi 2,9 % artım ehtimal edilir. Ümumilikdə Bakı üzrə orta artım göstəricisi 6,5 % səviyyəsində qiymətləndirilir”.

    Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir: “Həmin il paytaxtda yüksək artımın yenə də mərkəzi rayonlarda qeydə alınacağını gözləyirik. Səbaildə qiymətlərin 6,9 %, Yasamalda 6,1 %, Nəsimidə 5,7 %, Nərimanovda isə 5,6 % yüksələcəyi gözlənilir. Şəhərin kənar ərazilərində isə artım aşağı olacaq. Pirallahıda 4 %, Qaradağda 4,4 %, Xəzərdə 4,6 % artım proqnozlaşdırılır”.

    AQC sədrinin fikrincə, artım tempinin tədricən azalması daşınmaz əmlak bazarında kəskin bahalaşma mərhələsinin başa çatdığını və qiymətlərin daha sabit dinamikaya keçdiyini göstərir: “Bu isə həm alıcılar, həm də investorlar üçün daha proqnozlaşdırıla bilən və balanslı bazar şəraiti yaradır”.

  • İki günlük icazə aldı, amma həbsxanaya qayıtmadı: “Xəstələnmişdim”

    4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən ailəsi ilə iki günlük görüşə buraxılan məhkum icazə müddəti bitsə də, geri qayıtmayıb.

    Qaynarinfo-nun məlumatına görə, müəssisə rəhbərliyi dərhal hərəkətə keçib. Nəticədə həmin məhkum polis əməkdaşları tərəfindən saxlanılıb.
    Faktla bağlı Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, icazə müddəti bitdikdən sonra özünü pis hiss etdiyinə görə müəssisəyə qayıda bilməyib. Bu barədə müəssisənin əməkdaşına məlumat verib. Bir neçə gün sonra müssəisəyə qayıtmaq istəyərkən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Müəssisənin nümayəndəsi isə bildirib ki, məhkumun yerini müəyyən etmək olmayıb. Bununla bağlı akt tərtib edilib. Həmçinin məlum olub ki, məhkum müəssisəyə qayıtmaması ilə bağlı üzrlü səbəbini təsdiq edəcək heç sənəd və ya arayış təqdim etməyib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?

    Azərbaycan kəndləri boşalır, kəndlərdən şəhərə axın edənlərin sayı sürətlə artmaqdadır. Dünya Bankının məlumatına görə, Azərbaycanda 2021-ci ildən sonra kənddən şəhərə miqrasiyanın dinamikasında artım müşahidə olunub. Həmin ildə əhalinin 51 faizi şəhərlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 58 faizdən çox olub.

    Azərbaycanda 4200-dən çox kənd var. Onların arasında elə kəndlər var ki, orada bir nəfər, ya da bir ailə yaşayır. Rəsmi açıqlamalara görə, İsmayıllı, Neftçala və Xızının bəzi kəndlərində 1–5 nəfər yaşayır. Təxminən 130 kəndin əhalisi isə 50 nəfərdən azdır.

    Kəndlər niyə boşalır? İşləmək, həyat səviyyəsini yüksəltmək üçün paytaxta üz tutan kəndlini şəhərdən kəndinə necə qaytarmaq olar?

    İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kəndlərin boşalmasının obyektiv və subyektiv səbəbləri var:

    “Bu tendensiya dünyada da var. İnsanın şəhərdə yaşamaq istəyi onun seçimidir. Orada hər hansı qadağa yoxdur. Dədə-babası kənddə yaşayıb deyə, övladları da kənddə yaşamalıdır kimi bir anlayış yoxdur. Bu ona oxşayır ki, ata dəmirçidirsə, sən də dəmirçi, yaxud da çobandırsa, sən də mütləq çoban olmalısan. Məsələn, İtaliyanı götürək – başdan-başa gözəllikdir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri ilk dəfə Avropada, İtaliyada yaranıb. Ona görə yaranıb ki, zamanla orada kənddən şəhərə axın çox olub. Fikirləşiblər, necə edək ki, insanlar kənddən şəhərə axın etməsin. Yəni demək istəyirəm ki, kənddən şəhərə axın təkcə Azərbaycanla bağlı deyil”.

    Xalid Kərimlinin sözlərinə görə, gənclər əyləncə olan yerə axın edir:

    “Bunu da hər kənddə yaratmaq olmur. İnsanlar yaxşı infrastruktur, əyləncəli həyat, sosial xidmətlər istəyir. Bunların hər birinin kənddən şəhərə axında təsiri var. Dövlət idarələri, həyat eşqi şəhərdədir. Universitetdə oxuyanda əlaqələr formalaşır, artıq şəhərdə qalmağa qərar verir. Bəziləri var ki, şəhəri bəyənmir, üz tuturlar Rusiyaya, Almaniyaya və s. Bu gün Bakını bəyənməyib Almaniyaya gedənlərin sayı daha çoxdur. Bu, birbaşa gənclərin öz seçimi ilə olan məsələdir. O vaxt kəndlərdə kolxoz, sovxoz vardı, gənclər orada işləyirdi. Bu gün gənclər kənddə qalmaq istəmir. İkincisi, məcburi səbəblər sırasında iş yerlərinin olmaması yer tutur, iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Ona görə də yaxşı həyat arzulayan gənclər şəhərə işləməyə gəlirlər. Üçüncü səbəb – universitetlər Bakıdadır.

    Dördüncüsü, insanların mütləq kəndlərdə qalmalı olduğu anlayışı doğru deyil. Məsələn, Rusiya əhalisinin əhəmiyyətli hissəsi ölkənin qərbində yaşayır. Şərqində və cənubunda demək olar ki, əhali yaşamır. Yəni insanların kənddən şəhərə axınını vahiməli şəkildə təqdim etməyə ehtiyac yoxdur”.

    Xalid Kərimli hesab edir ki, yeni iqtisadi münasibətlərdə kəndlər boşalacaq, böyüyəcək və şəhərləşmə gedəcək kimi məsələlər ortaya çıxacaq:

    “Ona görə də hesab edirəm ki, ölkənin inzibati ərazi bölgüsü yenidən işlənməlidir, rayonların sayı azalmalıdır”.

  • 63 yaşlı kişi traktoru nakotikin təsiri altında sürdü, həbs edildi

    Saatlı rayonunda traktoru narkotik vasitənin təsiri altında idarə edən 63 yaşlı sürücü həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü E.R. “Belarus MTZ-80” markalı traktoru idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında sürdüyü müəyyən edilib. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

    Məhkəmədə ifadə verən E.R. son 2–3 gün ərzində narkotik vasitə qəbul etdiyini bildirib.

    Məhkəmənin qərarına əsasən, o, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

  • Rusiya təkcə Donbası deyil, daha çox ərazini istəyir – ISW

    Kremlin Qərb auditoriyası üçün verdiyi bəyanatlara baxmayaraq, Rusiyanın ərazi və siyasi tələbləri Donbas hüdudlarını aşır.

    Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) 27 yanvar tarixli hesabatında deyilir.

    Analitiklərin müşahidələrinə görə, Rusiya rəsmiləri, xüsusən də Rusiyanın baş danışıqçısı Kiril Dmitriyev Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının “sülhə aparan yol” ola biləcəyini bəyan edirlər. Eyni zamanda, general Valeri Gerasimov kimi digər rəsmilər Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində bufer zonaları qeyd edirlər ki, bu da daha geniş ərazi ambisiyalarından xəbər verir.

    ISW-nin məlumatına görə, Rusiya NATO və Qərb ölkələrinə qarşı tələblər də daxil olmaqla, siyasi və strateji hədəflər qoyur. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan edib ki, sülh nizamlanması müharibənin “kök səbəblərini” aradan qaldırmalıdır.

    Dövlət Dumasının Müdafiə komitəsi sədrinin müavini Aleksey Juravlyov vurğulayıb ki, Donbas əsas məsələ deyil və NATO ilə “Ukrayna neonasizmi” mövzularını qaldırıb.

    ISW qeyd edir ki, bu tələblər Rusiyanın 2021–2022-ci illərdəki mövqeyi ilə üst-üstə düşür: NATO-nun genişlənməsinin məhdudlaşdırılması, onun 1997-ci il sərhədlərinə qaytarılması və Ukraynanın demokratik hökumətinin Moskva tərəfindən idarə olunan hökumətlə əvəzlənməsi.

    İnstitutun analitikləri Rusiya mediasının və “Sarqrad” kimi ultranatsionalist nəşrlərin yazılarına diqqət çəkirlər. Həmin yazılar göstərir ki, hətta Ukrayna qoşunlarının Donbasdan çıxarılması Rusiyanın digər tələblərinin, o cümlədən “denasifikasiya” və “demilitarizasiya”nın reallaşdırılmasından əvvəl yalnız müvəqqəti bir addım olacaq. Rusiya rəsmilərinin daxili auditoriya üçün verdiyi bəyanatlar təsdiqləyir ki, Rusiya məhdud sülh nizamlanması ilə kifayətlənməyəcək və Ukraynanın tam kapitulyasiyasına çalışır.

    Daha əvvəl “Financial Times” xəbər vermişdi ki, ABŞ guya təhlükəsizlik zəmanətləri müqabilində Ukraynaya Donbasdan imtina etməyin mümkünlüyünə işarə edir. Ağ Ev bu ittihamları təkzib edib.

    Sonradan Rusiyanın danışıqlardakı xüsusi nümayəndəsi Kiril Dmitriyev ilə “Financial Times”ın baş müxbiri Kristofer Miller arasında Ukrayna üzrə sülh sazişinin mümkün parametrlərinin müzakirəsi səbəbindən ictimai münaqişə yaranıb.

    Dmitriyev yazmışdı ki, “qoşunların Donbasdan çıxarılması Ukrayna üçün sülhə aparan yoldur”. Cavab olaraq Miller dəqiqləşdirib ki, belə bir yol yalnız məhz Rusiya qoşunlarının çıxarılacağı təqdirdə mümkündür.
    //qaynar.az

  • Xalq rəssamının qızı həbs olundu

    Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, o, İnzibati Xətallar Məcəlləsinin tələblərini pozub.

    Bu səbəbdən məhkəmə onun barəsində 1 ay müddətində inzibati qaydada həbs qərarı çıxarıb.

    Qeyd edək ki, Nigar Yunus sənətşünas və ekspert kimi fəaliyyət göstərir.

  • Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi

    Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev inzibati qaydada cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Samir Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə protokol tərtib edib. İşə məhkəmədə baxılıb.

    Məlum olub ki, Agentlik tərəfindən xəstəxanada bir neçə gün əvvəl yoxlama aparılıb. Yoxlama zamanı iki sərnişin lifti və iki su boylerinin dövlət qeydiyyatından keçirilmədiyi, həmçinin texniki təhlükəsizliklə bağlı digər nöqsanlar aşkar edilib.

    Məhkəmədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının əməyin mühafizəsi üzrə mütəxəssisi bildirib ki, aktda qeyd olunan nöqsanlar həqiqətən mövcuddur. Onun sözlərinə görə, onlardan asılı olmayan müəyyən səbəblər üzündən ötən müddət ərzində nöqsanların aradan qaldırılması mümkün olmayıb.

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşı isə deyib ki, 2025-ci ilin əvvəllərində xəstəxanada eyni qaydada yoxlama aparılıb və aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təlimat verilib. Həmin vaxt xəstəxana barəsində protokol tərtib olunmayıb və nöqsanların aradan qaldırılması üçün möhlət verilib. Lakin bir il müddət keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

    Məhkəmənin qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

  • “Oktay sağ olsaydı, bugünkü Dilarə ilə fəxr edərdi” – Dilarə Əliyeva (Video)

    “Oktay sağ olsa idi, bügünkü Dilarə ilə fəxr edərdi”.

    Bu sözləri Əməkdar artist Dilarə Əliyeva Nazim Qasımzadənin müəllifi olduğu “Uzun sözün qısası” podkastına müsahibəsi zamanı deyib.

    Aktrisa mərhum həyat yoldaşı Oktay Əliyevin xatirəsi üçün daha çox çalışdığını bildirib:

    “Oktay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir. Amma mən bundan sonra Oktayın hər zaman görmək istədiyi Dilarə olacağam. O. məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oktayın ruhunu dah açox şad edəcəyəm. Oktay, bugünkü Dilarə ilə daha çox fəxr edərdi, çünki, mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm”.