Month: January 2026

  • Ceyhun Bayramov çinli həmkarı ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində çinli həmkarı Van İ tərəfindən səmimi şəkildə qarşılanıb. Daha sonra nazirlər arasında geniştərkibli görüş keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi dialoqun və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların vacibliyini vurğulayıblar.

    Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, əlaqələndirmə və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf üzrə əməkdaşlıq məsələləri əhatə olunub.

    Tərəflər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

    Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2099,5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.

    1 yanvar 2026-cı il tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 12 milyard 9094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.

    1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.

    Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.

  • Следственный комитет РФ возобновил дело сестер Хачатурян

    Следственный комитет (СК) России возобновил уголовное дело в отношении сестер Хачатурян, которые обвинялись в убийстве своего отца.

    Как передает Median.Az, об этом ТАСС рассказал адвокат одной из них Алексей Паршин.

    “Дело официально возобновлено. Однако пока ни защита, ни само следствие не получили на руки финальный текст решения Московского городского суда в отношении самого Хачатуряна, который осужден за насилие над своими детьми. Как только мы получим его, подадим ходатайство о прекращении дела сестер Хачатурян, так как они действовали в состоянии необходимой обороны”, – сказал защитник. Он подчеркнул, что этот факт подтверждается приговором Бутырского суда Москвы, вынесенным Хачатуряну посмертно.

    Паршин добавил, что сами сестры находятся под запретом определенных действий. “Им запрещено общаться друг с другом, с прессой и со свидетелями по делу”, – заключил он.

    Михаил Хачатурян был убит 27 июля 2018 года. Три его дочери нанесли ему многочисленные удары ножом и молотком. Действия девушек были квалифицированы следствием как убийство группой лиц по предварительному сговору. Из основного дела были выделены материалы в отношении младшей сестры, так как она была признана невменяемой в момент преступления.

    В феврале 2020 года следствие вынесло постановление об отказе в возбуждении уголовного дела в отношении Хачатуряна в связи с его смертью. 4 декабря 2020 года Басманный суд Москвы признал действия следователя по вынесению этого постановления незаконными. Проверка по этим обстоятельствам проводилась СК с июня 2019 года по февраль 2020 года. Как следует из материалов проверки, с ноября 2014 года и на протяжении всего времени совместного проживания в отсутствие матери, в том числе в день своей смерти, Хачатурян допускал жестокое обращение с дочерьми, систематически бил и унижал их, угрожал причинением физического насилия, принуждал к совершению с ним действий сексуального характера, в результате чего у дочерей развились расстройства в виде синдрома жестокого обращения и посттравматического стрессового расстройства. Бутырский суд признал его виновным в причинении своим детям тяжкого вреда здоровью и в нескольких эпизодах насильственных действий сексуального характера.

  • Moskvada erməni ailəsində səs-küylü qətl: Atalarını öldürməkdə ittiham olunan Xaçaturyan bacılarının işi yenidən qaldırıldı

    Rusiya İstintaq Komitəsi atalarını öldürməkdə ittiham olunan Xaçaturyan bacıları barəsində cinayət işini yenidən qaldırıb.

    Bu barədə bacılardan birinin vəkili Aleksey Parşin TASS-a məlumat verib.

    “İş rəsmi olaraq yenidən qaldırılıb. Lakin nə müdafiə, nə də istintaqın özü hələlik Moskva Şəhər Məhkəməsinin uşaqlarına qarşı zorakılıqda ittiham olunan Xaçaturyanın özünə qarşı qərarının yekun mətnini əlinə almayıb. Bu mətni əldə edən kimi Xaçaturyan bacılarının işinə xitam verilməsi barədə vəsatət qaldıracağıq, zəruri müdafiə vəziyyətində hərəkət ediblər”, – deyə müdafiəçi bildirib.

    O, vurğulayıb ki, bu fakt Moskva Butırski Məhkəməsinin Xaçaturyana ölümündən sonra verdiyi hökmlə təsdiqlənir.

    Parşin əlavə edib ki, bacıların özlərinə müəyyən fəaliyyətlər qadağan edilib.

    “Onlara bir-biri ilə, mətbuatla və iş üzrə şahidlərlə ünsiyyət qurmaq qadağandır”, – deyə o qeyd edib.

    Xatırladaq ki, Mixail Xaçaturyan 2018-ci il iyulгт 27-də qətlə yetirilib. Üç qızı ona bıçaq və çəkiclə dəfələrlə zərbə endiriblər. İstintaq qızların hərəkətlərini bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış şəkildə törədilmiş qətl kimi təsnif edib. Kiçik bacı ilə bağlı materiallar əsas işdən çıxarılıb, çünki cinayət zamanı onun şüurunun yerində olmadığı qəbul edilib.

    2020-ci ilin fevralında istintaq Xaçaturyanın ölümü ilə əlaqədar ona qarşı cinayət işi açmaqdan imtina edən qərar qəbul edib. Dekabrın 4-də Moskvanın Basmannı Məhkəməsi müstəntiqin bu qərarı çıxarılmasındakı hərəkətlərini qanunsuz hesab edib.

    İstintaq materiallarından məlum olduğu kimi, 2014-cü ilin noyabr ayından və analarının yoxluğunda birlikdə olduqları bütün müddət ərzində, o cümlədən öz ölüm günündə Xaçaturyan qızlarına qarşı zorakı hərəkətlər edib, sistematik olaraq onları vurub və alçaldıb, fiziki zorakılıqla hədələyib və özü ilə cinsi xarakterli hərəkətlərə məcbur edib, nəticədə qızlarında qəddar rəftar və posttravmatik stres pozuntusu sindromu yaranıb.

    Butırski Məhkəməsi onu uşaqlarına ağır bədən xəsarəti yetirməkdə və bir neçə cinsi xarakterli zorakılıq hərəkətlərində təqsirli bilib.
    //oxu.az

  • Bakının məşhur klinikasında HƏYƏCANLI ANLAR – Xəsarət alanlar var?

    Bakı şəhəri, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.

    Klinikadan Oxu.Az-a verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib.

    Bildirilib ki, xəsarət alan olmayıb:

    “Bu gün saat 13:50 radələrində “Baku Medical Plaza” klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib.

    Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb”.

  • Masallıda pul dəyişmə oyunu: Şöbə müdirinin otağından 880 manat necə oğurlanıb?

    Masallı Poçt Filialının Müştəri Xidmətləri Şöbəsində qəribə oğurluq olub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müştərilərdən biri pulu dəyişmək adı altında şöbə müdirinin otağından 880 manat oğurlayıb.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Masallı Rayon Məhkəməsində hakim Elşən Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, özünü dələduzluq cinayətinə görə təqsirli bilir.

    Müttəhimin sözlərinə görə, o, şöbə müdirinə xırda məbləğli əskinasları iri məbləğli əskinaslara dəyişəcəyi təqdirdə əlavə pul verəcəyini deyib. Bu baxımdan, şöbə müdiri onu otağa buraxıb. Otaqda isə elə vəziyyət yaradıb ki, şöbə müdiri pulu düzgün saymayıb.

    Şöbə müdiri məhkəmədə bildirib ki, pulu sayarkən telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışarkən təqsirləndirilən şəxs masanın üstündən pulları götürüb gedib.

    Məhkəmənin hökmü ilə müttəhimə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlandığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi

    Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Aqşin ortaq tanışlarından birindən 10 500 manat alaraq onu Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyib.

    Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Aqşin saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunub. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Aqşin məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkənin ona hansı əsasla inanmasına gəlincə, Aqşin bildirib ki, o, əvvəllər Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində işləyib. Zərərçəkən də bunu bildiyindən onun geniş əlaqələri olduğuna inanıb. Aqşin həmin vəzifədə nə zaman işlədiyini açıqlamayıb.

  • Hüseyn Həsənovla bağlı cinayət işi prokurorluğa göndərildi

    Bloqer Hüseyn Həsənovla bağlı irəli sürülən 170 milyon rubl (təxminən 4 milyon manat) məbləğində vergidən yayınma iddiası üzrə açılmış cinayət işi artıq növbəti mərhələyə keçib. İş üzrə ittiham aktının təsdiqlənməsi məqsədilə materiallar prokurorluğa təqdim olunub.
     
    Bu barədə Moskva Şəhər Prokurorluğunun mətbuat xidməti açıqlama verib. Bildirilib ki, iş Cənub İnzibati Dairəsi Prokurorluğuna göndərilib və hazırda ittiham aktına baxılması gözlənilir.
     
    Qeyd olunub ki, cinayət işi üzrə ilkin istintaq artıq yekunlaşdırılıb. 

  • 15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

    İmişli rayonunda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Hadisə ötən ilin 1 oktyabr tarixində baş verib.
    İmişli şəhər sakini Ş.Məmmədova (ad-soyadlar şərtidir) polisə müraciət edərək 15 yaşlı qızının evdən qaçdığını bildirib. Bir neçə saat sonra qızın rayon sakini 2001-ci il təvəllüdlü Zakir Bilalov tərəfindən qaçırıldığı bəlli olub və yeniyetmə ailəsinə qaytarılıb.
    Məlum olub ki, həmin gecə saat 03 radələrində məktəbli qız ailə üzvlərinin yatmasından istifadə edərək evdən çıxıb və Zakirlə onun dayısının evinə qaçıb. Səhər saatlarında övladını məktəbə yola salmaq istəyən qızın anası onun otağında olmadığını görüb və telefonda övladının mesajını oxuyaraq qaçdığını öyrənib.
    Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb və Z.Bilalov həbs edilib.
    Daha sonra cinayət işi rayon məhkəməsinə göndərilib. Məhkəmədə qızın ailəsi Zakirdən şikayətçi olmadığını və onların bir neçə il sonra evlənəcəyini bildirib, barışıqla bağlı ərizəni hakimə təqdim edib.
    Məhkəmə barışığı və digər halları nəzərə alaraq, Zakirə 1 il 6 ay şərti cəza verib. O, yanvarın 22-si məhkəmə zalından azadlığa buraxılıb.
     
    ///Qafqazinfo

  • Yarım milyonluq dələduzluq: “Hüquqşünas” həbs olundu

    “TikTok” platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
     
    DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
    İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
    S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.