Month: January 2026

  • Kərə yağının qiyməti artdı: Səbəb nədir?

    Məlum olduğu ki, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən dən 15 faizə qaldırılıb. 
     
    Median.Az bildirir ki, idxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi ehtimal olunur. Məlumata görə, artıq bu həftədən etibarən bir sıra kərə yağlarının qiymətlərində artım, dəyişiklik var. Belə ki, 1 manat 50 qəpiklə 3 manat aralığında qiymət artımı yaşanır.
     
    Maraqlıdır, kərə yağının qiymət artımına səbəb nədir?
     
    Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılmasıdır:
     
    “Azərbaycan bazarında satılan kərə yağlarının böyük hissəsi idxal olunduğu üçün rüsum artımı birbaşa maya dəyərini yüksəldir. İdxalçılar və satıcılar artan xərcləri qiymətə əlavə etməyə məcbur qalırlar”.
     
    Ekspert digər səbəblərdən də bəhs edib:
    “Həmçinin, yerli istehsalın tələbatı ödəməməsi, dünya bazarında kərə yağı qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması da qiymətlərin qalxmasına təsir edir. Əslində, rüsum dəyişikliyinin təsiri dərhal yox, əvvəlki ehtiyatlar tükəndikdən sonra hiss olunduğu üçün qiymət artımı qarşıdakı aylarda daha aydın görünməyə başlayıb”.//sfera.az

  • Bakıda mənzildə meyit tapılı

    Bakıda mənzildə meyit tapılıb.

    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.//azxeber.com

  • İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırıldı

    İtaliyanın Tehrandakı səfiri Paola Amadei İran Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə İran KİV məlumat yayıb.

    Buna səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı açıqlamasıdır.

    İran XİN-in Qərbi Avropa İdarəsinin rəisi Əlirza Yusifi görüş zamanı İtaliya xarici işlər nazirinin mövqeyini “məsuliyyətsiz” adlandırıb.

    O, Sepahın İran Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu deyərək quruma qarşı cəhdlərin təhlükəli nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib.

    İran tərəfi İtaliya hökumətini Tehrana qarşı “düşünülməmiş yanaşmanı” dəyişməyə çağırıb. Rəsmi Tehran Sepahın terror təşkilatı kimi tanınması təşəbbüslərini qəbuledilməz hesab etdiyini bir daha vurğulayıb.

    Xatırladaq ki, İtaliyanın xarici işlər naziri Antonio Tacani yanvarın 26-da ölkəsinin Sepahın terror təşkilatı kimi tanınması məsələsini Avropa İttifaqı səviyyəsində gündəmə gətirməyi planlaşdırdığını açıqlamışdı.

  • Suriyada baş verənlərlə bağlı Ərdoğandan açıqlama

    Suriyada hakimiyyət dəyişikliyi milyonlarla insanın Vətənə qayıtmasına yol açıb. Təkcə Türkiyədən 600 min suriyalı öz evinə geri dönüb. Qonşu ölkə bərpa yoluna qədəm qoyub, iqtisadiyyatı isə qlobal münasibətlər sisteminə yenidən inteqrasiya olunur.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xaricdə layihələr həyata keçirən tikinti şirkətlərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

    Türkiyə Prezidenti deyib ki, Suriyada baş verən müsbət proseslər regionda terror təhlükəsinin tam aradan qaldırılacağına inamı möhkəmləndirir. “Suriya xalqının resursları artıq terrorçular üçün yeraltı tunellərin qazılmasına sərf edilməyəcək, məktəblərin, xəstəxanaların, çörək zavodlarının, fabriklərin və yolların tikintisinə yönəldiləcək. Suriyanın sərvəti təhsil, səhiyyə və digər sahələrin inkişafı naminə istifadə olunacaq ki, bu da xalqın rifahını artıracaq”, – deyə o vurğulayıb.

    Rəcəb Tayyib Ərdoğan Suriyada yaşayan etnik kürdlərin vəziyyətinə də diqqət çəkərək xatırladıb ki, Bəşər Əsəd rejimi dövründə onların vətəndaş hüquqları olmayıb. “Bu gün biz Suriya hökuməti ilə sıx əməkdaşlıq şəraitində kürd qardaş və bacılarımızın humanitar yardımın çatdırılması ilə bağlı müraciətlərinə cavab veririk. Suriya hökuməti və şəxsən Prezident Əhməd Əl Şaraa bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dəməşqdə problemlərin qan tökülmədən həllinə çalışmaqla çox ağıllı hərəkət edirlər. Bu, Türkiyə üçün son dərəcə dəyərlidir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

  • Başını balta ilə kəsib dərəyə atıblar: Beş gün meyiti tapılmayan Arif Nəbiyevin qatili öz oğludur? (Video)

    Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

    Rayonun Zəyəm Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib.

    Onun meyiti axtarışlardan 5 gün sonra – yanvarın 26-da kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə, Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib.

    Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:

    “Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyitini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram, hadisəni eşidib gəlmişəm”.

    Faktla bağlı araşdırma aparılır.

  • Tanıdığı qadının evinə girib ərini bıçaqladı

    Sosial şəbəkələrdə tanış olduğu qadının ərini bıçaqlayaraq ona ağır xəsarət yetirən Kənan Məmmədzadənin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda dövlət ittihamçısı Kənan Məmmədzadənin 15 il 3 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm oxunaraq təqsirləndirilən Kənan Məmmədzadə 14 il 3 ay azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, hadisə 29 may 2025-ci ildə Bakının Bayıl ərazisində baş verib. Kənan Məmmədzadə tanışı olan qadının həyat yoldaşı Xəyal Ramazanova münaqişə zəminində bıçaqla xəsarət yetirib.

    Məhkəmədə qadının verdiyi ifadədən məlum olub ki, Kənan hadisə baş verən gün onu həkimə aparmaq üçün yaşadığı evin qarşısına gəlib. Evdən haray eşidən K.Məmmədzadə mənzilə daxil olub və qadının X.Ramazanov tərəfindən döyüldüyünü görüb. Bu da Kənanla Xəyalın mübahisəsinə səbəb olub. Mübahisə zamanı Kənan Xəyalə bıçaqla xəsarət yetirib.

    Faktla bağlı Kənan Məmmədzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 157.1 (Mənzil toxunulmazlığını pozma) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

  • Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb

    Qəbələdə 47 yaşlı kişi faciəli şəkildə ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki daş karxanasında baş verib.

    Daş karxanasında fəhlə kimi çalışan Səxavət Abdullayev dəzgahın hərəkət hissəsinə düşüb və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Tbilisi prospekti, metro “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    7. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;

    8. Azadlıq prospektinin Salatın Əsgərova küçəsi ilə kəsişməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər;

    9. 28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər;

    10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    11. Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    14. 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən Zığ şosesi istiqamətində;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

    16. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    17. Parlament prospekti, Hüseyn Cavid prospekti istiqamətində;

    18. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    19. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    20. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    21. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    22. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    23. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinatlar: Başçı əmrlər imzaladı

    Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş mühasib təyin olunub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Hafiz Cəlilov RİH Aparatında İnzibati işlər sektorunun müdiri – baş mühasib vəzifəsinə təyin edilib.

    Digər əmrlə Şahəddin Məmmədov isə mühasib vəzifəsinə təyinat alıb.

  • СМИ: В Пакистане число жертв в сгоревшем ТЦ достигло 73

    Продолжавшаяся около 10 суток поисково-спасательная операция на месте пожара в торговом центре Gul Plaza в городе Карачи на юге Пакистана завершилась. Жертвами трагедии стали 73 человека.

    Как передает Median.Az, об этом сообщил телеканал Geo со ссылкой на местные власти.

    По их информации, к настоящему моменту были установлены личности 23 погибших. Правительство провинции Синд одобрило выплаты по 10 млн пакистанских рупий (около 35.7 тыс. долларов) семьям жертв пожара.

    Группа специалистов оценит состояние уцелевших частей здания. На место происшествия также прибудут эксперты-криминалисты, чтобы установить точную причину возгорания.

    Вечером 17 января на первом этаже торгового комплекса, расположенного в густонаселенном районе Карачи, произошло возгорание. Пожар удалось полностью потушить только на третьи сутки.