Month: January 2026

  • Qəbələdəki qəzada həlak olan 28 yaşlı Mətinin FOTOSU

    Yanvarın 26-na keçən gecə Qəbələdə “Nissan Navara” markalı avtomobilin qəzaya uğraması səbəbindən ölən 28 yaşlı Mətin İbrahimov şirkət əməkdaşı olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini M.İbrahimov Oğuzun Mollalı kəndində yerləşən balıqartırma şirkətində çalışıb.

    Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində baş verib. Hadisə zamanı avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə müxtəlif dərəcəli xəsarətlər alıb. Onun da balıqçılıq təsərrüfatında işlədiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstan 87 əcnəbini deportasiya etdi: Aralarında Azərbaycan vətəndaşları da var

    Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkədən çıxarıblar.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriyadan olan 87 vətəndaş ölkədən çıxarılıb.

    Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

  • İrandan Azərbaycana 88 kiloqram narkotik keçirdi, məhkəmə bəraət verdi

    İrandan Azərbaycana 88 kiloqram narkotik vasitə keçirən TIR sürücüsünə bəraət verilib.

    Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Məmməd Ağayev (ad və soyad şərtidir) özünə məxsus DAF markalı yük maşını ilə beynəlxalq yükdaşıma həyata keçirməklə məşğul olub. O, bir müddət əvvəl İrana yük aparsa da, geri qayıdanda daşımaq üçün yük tapmayıb. M.Ağayev Lənkəranda olan Elman adlı digər TIR sürücüsü ilə əlaqə saxlayaraq, İrandan Azərbaycana sifarişlə yük daşımaq istədiyini bildirib. Elman ona Nəvid adlı İran vətəndaşının əlaqə nömrəsini verib. Bildirib ki, Nəvid İranda yükdaşıma sahəsində maklerlik edir. Məmməd Nəvidlə əlaqə saxlayıb və müştəri tapacağı təqdirdə ona 290 min rus rublu ödəyəcəyinə söz verib. Nəvid həmin məbləğlə razılaşıb və onu İranda anbarlardan birinə apararaq, orada Bakıya göndəriləcək bir maşın bibər yükü olduğunu deyib. Məmməd idarə etdiyi yük maşınını həmin anbara daxil edib və yük maşına yüklənilib.

    Məmməd Azərbaycana qayıdarkən Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda saxlanılıb və yüklər yoxlanılıb. Yoxlama zamanı bibər yeşiklərinin arasında 154 bağlamadan ibarət ümumi çəkisi 87 kiloqram 930 qram olan narkotik vasitə olan marixuana aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs yükün içərisinə baxmayıb və orada nə olduğunu bilməyib. Araşdırmalardan sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə M.Ağayevin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.
    //oxu.az

  • ЦБА оштрафовал две небанковские кредитные организации

    Центральный банк Азербайджана (ЦБА) применил штрафные санкции к должностным лицам небанковских кредитных организаций (НБКО) ООО Finans Kredit и ООО SF Azerbaijan.

    Как передает Median.Az со ссылкой на ЦБА, в рамках текущих процессов контроля были выявлены нарушения требований статьи 22.1 закона Азербайджанской Республики “О небанковских кредитных организациях” и пункта 3.3 “Правил предоставления информации о заемщиках кредитных организаций в Централизованный кредитный реестр”.

    В соответствии со статьей 440.1 (непредставление, либо неполное, неправильное или несвоевременное представление банком или небанковской кредитной организацией (за исключением кредитного союза) сведений, предусмотренных законами Азербайджанской Республики “О банках”, “О небанковских кредитных организациях” и “О кредитных бюро”, в централизованный кредитный реестр и (или) кредитное бюро в порядке, предусмотренном указанными законами) Кодекса об административных проступках, должностное лицо ООО Finans Kredit оштрафовано на сумму 1 500 манатов, а должностное лицо ООО SF Azerbaijan – на 2 000 манатов.

  • İki kredit təşkilatının vəzifəli şəxsləri cərimələndilər

    Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatı olan (BOKT) “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” MMC-nin vəzifəli şəxslərini cərimələyib.

    Median.Az AMB-yə istinadən xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə ediliblər.

  • Mindən çox tələbə Azərbaycan universitetlərindən XARİC edildi

    Ali təhsil müəssisələrində tələbələr bəzi hallarda universitetdən xaric edilə bilirlər. Bu, həm onların öz istəklərindən, həm də müvafiq qaydalara əməl etmədiklərindən baş verə bilər.

    Median.Az xəbər verir ki, Bizim.media bəzi universitetlərdə ötən tədris ilində xaric olunan tələbələrin sayını və səbəblərini öyrənib.

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 144 nəfər universitetdən xaric edilib:

    Bəs səbəb nə olub?

    “139 nəfər öz istəyi ilə, bir nəfər nizam-intizamı pozduğuna, dörd nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib”.

    Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb.

    Bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib:

    “Tələbənin universitetdən uzaqlaşdırılması “Təhsil haqqında” Qanuna əsasən tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsil haqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə, tələbə ilə universitetin münasibəti kəsilir, ancaq bu, bərpa oluna bilər.

    Digər bir səbəb isə tələbənin şəxsi istəyinə görə universitetdən xaric olunmaq üçün ərizə yazmasıdır. Həmçinin o, əgər cinayət məsuliyyətinə cəlb olunarsa, təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunarsa, universitetdən xaric edilir. Sevindirici haldır ki, 2024-2025-ci tədris ilində AZMİU-da cinayət məsuliyyətinə cəlb olunan tələbə olmayıb. Ancaq digər hallarda, 173 tələbə öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb”.

    Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız xarici tələbələr olublar.

    “Onların hər biri isə öz istəyi ilə uzaqlaşdırılıb”, – deyə Günel Aslanova bildirib.

    2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib.

    Universitetin Mətbuat Xidmətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, onlardan 27-si bakalavr, 18-i isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib.

    Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, 2024-cü ildə 913, 2025-ci ildə 723 tələbənin xaric olunması barədə əmr verilib.

    Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə isə, ötən semestr AZTU-dan heç bir tələbə xaric olunmayıb.

  • İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

    Bildirilib ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1.74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

    Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

    Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6.7 milyard manat, faktiki investisiya həcmi isə 5.5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15.4 milyard manata çatıb ki, bunun da 5.7 milyard manatı ixracın payına düşür.

    “Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verib. Bildirilib ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. “Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6.13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1.5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan “Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.

    Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.




















  • В Балашихе при пожаре в хостеле погибли четыре человека

    В городе Балашиха Московской области России сгорел хостел. Погибли четыре человека, еще шестеро пострадали.

    Об этом сообщили 27 января в оперативных службах.

    Пожар случился в квартале Зворыкино. Тела погибших обнаружили во время тушения.

    Среди пострадавших двое детей.

    Хостел располагался в частном трехэтажном доме. Очаг пожара находился на втором этаже, там же были найдены погибшие. Площадь возгорания составила 35 кв.м, ему был присвоен третий ранг сложности, в настоящее время он ликвидирован.

    Подробности случившегося устанавливаются.

  • Rusiyada hosteldə baş verən yanğında dörd nəfər öldü

    Moskva ətrafında yerləşən Balaşixa şəhərində hosteldə baş verən yanğında dörd nəfər ölüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

    “Balaşixa şəhərinin Zvorıkino məhəlləsində yerləşən hosteldə yanğın olub. Xilasetmə işləri zamanı dörd nəfərin cəsədi aşkar edilib. Daha altı nəfər yaralanıb” – deyə, agentlikdən bildirilib.

  • Стоимость фьючерсов на драгметаллы снижается

    Стоимость фьючерсов на драгоценные металлы – платину, палладий, золото и серебро – на Нью-Йоркской товарной бирже (NYMEX) и бирже Comex (подразделение NYMEX) демонстрирует снижение на 0.5-10%.

    Это следует из данных торговых площадок.

    По состоянию на 09:18 по Баку цена фьючерса на палладий с поставкой в марте 2026 года на NYMEX находилась на уровне 1 968 долларов за тройскую унцию (-10.11%), а фьючерс на платину с поставкой в апреле 2026 года снижался на 8.44%, до 2 635.3 доллара за тройскую унцию.

    В то же время стоимость золота с поставкой в феврале 2026 года на бирже Comex составляла 5 056.3 доллара за тройскую унцию (-0.52%), а фьючерс на серебро с поставкой в марте 2026 года находился на уровне 107.715 доллара за тройскую унцию (-6.74%).

    Днем ранее фьючерсы на золото, серебро и платину обновляли исторические максимумы, поднимаясь до 5 107 долларов, 117.7 доллара и 2 925 долларов за тройскую унцию соответственно. Фьючерс на палладий превышал 2 195 долларов за тройскую унцию впервые с 12 октября 2022 года.