Month: January 2026

  • Qiymətli metallar ucuzlaşdı

    Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex”də (NYMEX-in bir bölməsi) qiymətli metalların – platin, palladium, qızıl və gümüşün qiyməti təxminən 0.5-10% düşüb.

    Bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

    Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, 2026-cı ilin mart ayında NYMEX-də çatdırılma üçün palladium füçerslərinin qiyməti trua unsiyası üçün 1 968 dollar (-10.11%) təşkil edib.

    2026-cı ilin aprel ayında çatdırılma üçün platin füçerslərin qiyməti isə 8.44% azalaraq, trua unsiyası üçün 2 635.3 dollara düşüb.

    Eyni zamanda, 2026-cı ilin fevral ayında “Comex” birjasında çatdırılma üçün qızılın qiyməti trua unsiyası üçün 5 056.3 dollar (-0.52%) olub.

    2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti isə trua unsiyası üçün 107.715 dollar (-6.74%) təşkil edib.

    Xatırladaq ki, bir gün əvvəl qızıl, gümüş və platin füçersləri müvafiq olaraq trua unsiyası üçün 5 107 dollar, 117.70 dollar və 2 925 dollara yüksələrək, bütün zamanların ən yüksək həddini keçmişdi. Palladium füçersləri 2022-ci il oktyabrın 12-dən bəri ilk dəfə trua unsiyası üçün 2 195 dollar həddini aşmışdı.

  • Сколько бакалавров подали документы для поступления в магистратуру?

    22 777 бакалавров подали документы для участия во вступительных экзаменах в магистратуру.

    Как передает Median.Az со ссылкой на Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана, 20 786 человек зарегистрировались для обучения в азербайджанском секторе, 1 991 – в русском.

  • Magistraturaya qəbul imtahanına sənəd verənlərin sayı açıqlanıb

    Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 22 777 bakalavr sənəd verib.

    Median.Az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, Azərbaycan bölməsi üzrə 20 786 nəfər qeydiyyatdan keçib.

    Rus bölməsi üzrə qeydiyyatdan keçənlərin sayı isə 1 991 nəfərdir.

  • Montyorun ölümünə görə ADY-nin əməkdaşına hökm oxundu

    Ağsu Rayon Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən İsrafil Bədəlovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İsrafil Bədəlova şərti cəza verilib.

    İttiham aktına əsasən, İsrafil Bədəlov 9 iyun 2021-ci il tarixli əmək müqaviləsi və eyni tarixli əmrlə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İnfrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsində elektrik-montyor vəzifəsində çalışıb.

    Müəyyən edilib ki, 2025-ci il sentyabrın 8-də saat 9 radələrində inzibati binada tərtib edilmiş naryad vərəqinə əsasən, Sığırlı və Sığırlı-Padar mənzili üzrə tək yolda 10 kilovatlıq yan xətdə gərginlik çıxarılaraq torpaqlama qoyulmalı, bundan sonra transformatorların sökülməsi işləri aparılmalı idi. Təqsirləndirilən şəxs həmin işlər üzrə iş rəhbəri və müşahidəçi təyin olunmuşdu.

    İttihama görə, İsrafil Bədəlov həmin gün saat 14:40-da Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən dəmiryol stansiyasına gəlsə də, işçi qrupla birlikdə Padar stansiyasına getməyib, stansiyada qalıb. Halbuki o, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq torpaqlamanın qoyulmasını, ayırıcının açılmasını və işə təhlükəsiz başlanmasını təmin etməli idi. Bu hərəkətsizliyi ilə təqsirləndirilən şəxs müvafiq qaydaların tələblərini pozub. Belə ki, yüksəktəhlükəli sahələrin mühafizə olunmasını, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını və gərginliyin səhvən iş yerinə verilməsinin qarşısının alınmasını təmin etməyib.

    Nəticədə həmin gün saat 16 radələrində ADY-nin eyni sahədə çalışan digər elektrik-montyoru, Kürdəmir rayonu Qarasu kənd sakini, 1989-cu il təvəllüdlü Məhəbbət Bağırov Padarqışlaq kəndi ərazisində yerləşən ayırıcını torpaqlama qoymadan açdıqdan sonra, işin ləğv edilməsi səbəbindən torpaqlama aparılmadan yenidən bağlamağa cəhd edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.

    Məhkəmə-tibbi sənədlərə əsasən, mərhumun bədənində elektrik nişanələri, sıyrıqlar və müxtəlif nahiyələrdə xəsarətlər aşkarlanıb. Ölümün səbəbi isə elektrik cərəyanının təsirindən yaranmış kəskin ürək-ağciyər çatışmazlığı kimi qiymətləndirilib.

    Beləliklə, İsrafil Bədəlova Cinayət Məcəlləsinin 162.2-ci (əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində insan ölümü) maddəsi ilə ittiham irəli sürülüb.

    Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, ailəsinin yeganə qazanc gətirəni olduğunu, ürək əməliyyatı keçirdiyini və daimi həkim nəzarətində olduğunu söyləyib. Həmçinin zərərçəkmiş tərəflə barışdığını və dəymiş ziyanı tam ödədiyini qeyd edərək cəzadan azad olunmasını məhkəmədən xahiş edib.

  • ДТП в Шамкирском районе: погиб водитель, пострадал его малолетний сын

    В Шамкирском районе произошло дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как сообщает APA, автомобиль ВАЗ-2110, которым управлял житель села Ирмашлы Вюсал Рустамли (1992 г.р.), столкнулся с Mitsubishi, за рулем которого находился житель села Шиштепе Орхан Гусейнов (1991 г.р.).

    В результате ДТП водитель ВАЗа погиб, а его сын, Адем Рустамли (2020 г.р.), получил травмы.

    По данному факту ведется расследование.

  • Şəmkirdə QƏZA: Ata öldü, azyaşlı oğlu xəsarət aldı

    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi VAZ-2110 və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

    Nəticədə VAZ-ın sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • К женщине, избившей жену своего покойного сына, применили амнистию

    В селе Гараджамирли Шамкирского района 60-летняя женщина избила супругу своего покойного сына.

    Как сообщает Oxu.Az, местная жительница Афаят Гасанова (1966 г.р.) потеряла сына Шахрияра, который скоропостижно скончался от сердечного приступа в 2024 году. После его смерти между свекровью и невесткой начались разногласия. А.Гасанова хотела продать автомобиль, принадлежавший сыну, но невестка не позволила этого сделать. Поскольку после смерти Шахрияра машина перешла в собственность его супруги, невестка не дала согласия на ее продажу. В итоге А.Гасанова, призвав на помощь свою дочь, начала избивать невестку.

    На место происшествия прибыли сотрудники полиции, по данному факту было возбуждено уголовное дело и направлено в суд.

    Шамкирский районный суд провел расследование уголовного дела и вынес решение, согласно которому к А.Гасановой был применен акт амнистии, объявленный по случаю Года Конституции и суверенитета, и дело было прекращено.

  • Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu

    Şəmkirdə 60 yaşlı qadın vəfat edən oğlunun həyat yoldaşını döyüb.

    Hadisə rayonun Qaracəmirli kəndində baş verib.

    Kənd sakini, 1966-cı il təvəllüdlü Əfayət Həsənovanın oğlu Şəhriyar 2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat edib. Onun ölümündən sonra qayınana ilə gəlin arasında mübahisələr başlayıb. Əfayət Həsənova oğluna məxsus avtomobili satmaq istəsə də, gəlini buna imkan verməyib. Şəhriyarın ölümündən sonra ona məxsus olan avtomobil həyat yoldaşının adına keçdiyi üçün gəlin avtomobilin satılmasına razılıq verməyib. Nəticədə Əfayət Həsənova qızını da köməyə çağıraraq, gəlini döyməyə başlayıblar.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

    Şəmkir Rayon Məhkəməsində cinayət işi araşdırılaraq qərar verilib. Məhkəmənin qərarı ilə Ə.Həsənovaya “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cinayət işinə xitam verilib.
    //oxu.az

  • В Азербайджане в 2025 году органы 10 посмертных доноров были использованы для трансплантации

    В Азербайджане в 2025 году органы, полученные примерно от 10 посмертных доноров, были использованы при проведении трансплантаций.

    Об этом Report сообщили в Координационном центре донорства и трансплантации органов.

    По информации центра, от указанных доноров было выполнено свыше 50 операций по трансплантации. В их числе – несколько трансплантаций почек, порядка 10 операций по пересадке печени, трансплантации роговицы и две трансплантации сердца.

    Отмечается, что большинство проведенных операций завершились успешно.

  • Ötən il Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox transplantasiya həyata keçirilib

    Azərbaycanda 2025-ci ildə 10-a yaxın meyit donordan alınan orqanlar transplantasiya məqsədilə istifadə olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, sözügedən meyit donorlardan 50-dən artıq transplantasiya əməliyyatı icra olunub. Bunlardan birdən çoxu böyrək transplantasiyası, 10-a yaxın qaraciyər, ikidən çox buynuz qişa və iki ürək transplantasiyası həyata keçirilib.

    Əməliyyatların əksəriyyəti uğurla başa çatıb.