Həyat yoldaşı tərəfindən bıçaqlanan 27 yaşlı Şəfiqə Ələkbərovanın vəziyyəti hazırda ağırdır.
Month: January 2026
-
Hakimin bıçaqlanan gəlininin vəziyyəti – Açıqlandı
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.Bildirilib ki, yanvarın 25-i saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadın bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir”.Qeyd edək ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu 34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub. -
Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Səbinə Mansur qızı Rzayevanın Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1 008 kiloqram qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kiloqram halva məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
-
Gəncə və Şəmkirdə torpaq sahələrinin kateqoriyası dəyişdirilib
Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyası dəyişdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Qərb Sənaye Parkının yaradılması haqqında” Prezidentin 2026-cı il 15 yanvar tarixli 577 nömrəli Fərmanının icrasının təmin edilməsinə dair Sərəncam imzalayıb.Sənədə əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edəcək və bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.
Həmçinin Prezidentin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 100 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayonu Könüllü Bələdiyyəsi aidiyyəti üzrə rəylərini və zəruri sənədləri bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edəcək.
//oxu.az -
В Нахчыване замерзло Арпачайское водохранилище
В Нахчыванской Автономной Республике Азербайджана замерзло Арпачайское водохранилище, общая емкость которого составляет 150 млн кубометров.
Как сообщает Report, расположенное на территории села Гюмюшлю Шарурского района водохранилище играет важную роль в снабжении хозяйственной и питьевой водой Шарурского, Кенгерлинского и Садаракского районов НАР.
Арпачайское водохранилище имеет стратегическое значение в управлении водными ресурсами региона.
-
Arpaçay su anbarı donub
Ümumi tutumu 150 milyon kubmetr olan Arpaçay su anbarı donub.
Median.Az “Report”a istinadla xəbər verir ki, Şərur rayonunun Gümüşlü kəndi ərazisində yerləşən Arpaçay su anbarı Şərur, Kəngərli və Sədərək rayonlarının təsərrüfat və içməli su təminatında mühüm rol oynayır.
Eyni zamanda, Arpaçay su anbarı regionun su ehtiyatlarının idarə olunmasında strateji əhəmiyyətə malikdir.
-
Sabunçuda moped oğurlayanlar saxlanıldı
Sabunçu rayonunda oğurluq hadisəsi olub.
Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
-
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.
Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
-
Narkotikin təsirində qayda pozan “Shacman” sürücüsü həbs edildi – Video
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı–Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan “Shacman” markalı yük avtomobilinə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
O, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.Araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyən edilib. Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi, eyni zamanda sürücülük hüququ olmadan, həmçinin kütlə parametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yol verdiyi məlum olub.
Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaq cəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınaraq həmin cəhdlərin qarşısı vaxtında alınıb.
G.Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür.
-
Tanınmış cərrah vəfat etdi

Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
-
Uzun müddət sonra “Nikosayağı”dan ilk paylaşım – Video

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli uzun müddətdən sonra sosial media hesabında paylaşım edib.
Nicat Şakirli bundan əvvəlki bütün paylaşımlarını silib.Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.






