Month: January 2026

  • ÜST Nipah virusunun yayılma riskini qiymətləndirib

    Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda qeydə alınan Nipah virusu ilə bağlı vəziyyəti izləyir.
     
    Sfera.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki rəsmi nümayəndəsi Tarik Jazarеviç bildirib.
     
    Onun sözlərinə görə, hazırkı mərhələdə infeksiyanın daha geniş yayılma ehtimalı aşağı qiymətləndirilir.
     
    Təşkilatın açıqlamasında qeyd olunub ki, xəstələnmə halları barədə məlumat daxil olan andan etibarən Hindistanın federal və regional səhiyyə qurumları ilə sıx əməkdaşlıq aparılır. Bu çərçivədə ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir.
     
    ÜST-nin qiymətləndirməsinə əsasən, Hindistan bu cür yoluxma ocaqlarının effektiv şəkildə qarşısını almaq və onların genişlənməsinin qarşısını almaq üçün kifayət qədər imkan və resurslara malikdir.
     
    Məlumata görə, həyat üçün təhlükəli sayılan Nipah virusunun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Bildirilib ki, hazırda beş nəfər yoluxub, təxminən yüz nəfər isə karantinə alınıb. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman preparatları və ya vaksin mövcud deyil.\milli.az

  • Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb

    Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

    Median.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.

    Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.//azxeber.com

  • Bakıda avtobusda ölüm…

    Bakıda avtobusda ölüm faktı baş verib.
     
    Median.Az xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda 53 saylı xətt avtobusunda qeydə alınıb.
     
    Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhəddin Aydəmirovun infarktdan öldüyü bildirilir.
     
    Araşdırma aparılır.//sfera.az

  • Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

    Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə şikayətinə baxıb.
     
    Median.Az yenisabah.az-a istinadla xəbər verir ki, bunu siyasi təşkilatın funksionerləri bildirib.
     
    Məhkəmə şikayəti təmin etməyib və Ə.Kərimlini həbsdə saxlayıb.
     
    Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.
     
    Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

  • Uşaqlara sosial şəbəkə qadağası – Necə tətbiq edilə bilər? – AÇIQLAMA

    Avstraliyanın ardından Fransa da 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanun layihəsini qəbul edəcək. Fransa prezidenti bununla bağlı qəti mövqe bildirib.

    Qadağanı tətbiq edən hökumətlərin mövqeyi belədir ki, sosial şəbəkələr yeniyetmələri düzgün olmayan istiqamətlərə yönəldir, onları zərərli vərdişlərlə tanış edir. 
    Sosial şəbəkələrin uşaqlar üçün əlverişli olmadığına dair fikirlər Azərbaycanda da səsləndirilir. 

    Məsələnin maraqlı olan tərəfi isə budur ki, oxşar addım ölkəmizdə atılarsa, istifadəçi hesablarını tapıb bağlamaq çətin olmazmı?

    İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov açıqlamasında bildirib ki, prinsipcə, uşaqların onlayn mühitdə qorunması mövzusunda gecikməmək lazımdır. Onun sözlərinə görə, söhbət təkcə uşağın sosial şəbəkələrdə vaxt keçirməsindən getmir:


    “Burada psixoloji təsirlər, diqqət dağınıqlığı, aqressiya, asılılıq, zorakılıq məzmunu və ən təhlükəlisi, uşaqların manipulyasiyaya açıq olması əsas risklərdir. Lakin mənim fikrimcə, qadağa tək alət kimi götürüldükdə həmişə effektli olmur. İnformasiya texnologiyaları baxımından açıq demək lazımdır ki, “qadağan edək və problem bitsin” modeli texniki cəhətdən o qədər də sadə deyil. Sosial şəbəkələrdə yaşın yoxlanılması adətən istifadəçinin öz təqdim etdiyi məlumata əsaslanır və uşaq istəsə, bir neçə dəqiqəyə yaşını dəyişərək hesab aça bilər”.

    Mütəxəssis qeyd edib ki, VPN-lər, xarici nömrələr və alternativ e-poçtlar vasitəsilə bu cür qadağalardan yayınmaq texniki baxımdan çox asandır:

    “Bu səbəbdən “hesabları tapıb bağlamaq asan olacaqmı?” sualının cavabı, xüsusilə 100 faiz effektivlik gözlənilirsə, bəli, çətindir. Ona görə də məncə ən doğru yanaşma sərt və birbaşa qadağadan çox, mərhələli və balanslı mexanizmlərin tətbiqidir. Valideyn nəzarətinin gücləndirilməsi, mobil operatorlar və platformalarla əməkdaşlıq, yaşa uyğun məzmun filtrləri, məktəblərdə rəqəmsal təhlükəsizlik savadlılığının artırılması daha real nəticə verə bilər. Uşaq sosial şəbəkələrdən uzaq qalsa belə, internetdən tam kənarda qalmır və əsas məsələ onun qarşılaşdığı məzmunun nəzarətdə saxlanılmasıdır”.//sfera.az

  • Təhqir iddiası ilə məhkəmə: Rəqsanə İsmayılovanı 6 aya qədər həbs gözləyə bilər

    Xəbər verdiyimiz kimi, aparıcı Səidə Bəkirqızı onu təhqir edən müğənni Rəqsanə İsmayılovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənnini hansı cəzanın gözlədiyi ilə bağlı  açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, aparıcı Səidə Bəkirqızı təhqir olunduğunu məhkəmədə sübuta yetirərsə, xüsusi qərarın çıxarılmasına nail ola bilər:

    “Əvvəlcə qeyd edim ki, Səidə Bəkirqızı özünü təhqir olunmuş hesab edirsə, bununla bağlı Rəqsanə İsmayılovanın qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etməlidir. Əgər aparıcı təhqir olunmasını sübuta yetirərsə, Rəqsanə İsmayılovanın barəsində xüsusi qərarın çıxarılması mümkündür”.

    Vəkil həmçinin qeyd edib ki, Rəqsanə İsmayılovanı 6 aya qədər azadlıqdan məhrumetmə cəzası da gözləyə bilər:

    “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təhqir cinayət sayılır. Təhqir faktı sübuta yetirilərsə, həmin şəxsə 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər”.//azxeber.com
     

  • Pərvanə İsmayılova vəfat etdi

    Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı dünyasını dəyişib.
     
    Median.Az oxu.az-a istinadən xəbər verir ki, mərkəzin maliyyə departamentinin regional mühasibatlıq şöbəsinin 2-ci mühasibatlıq bölməsinin mühasibi Pərvanə İsmayılova vəfat edib.
     
    Onun ağır xəstəlik səbəbindən öldüyü deyilir.

  • Yollar buz bağlayacaq

    Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
     
    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə müşahidə olunacaq.
     
    Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
     
    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Bakıda film kimi cinayət: Lombarda qoyulan “iPhone”lar saxta çıxdı

    Bakının Xəzər rayonunda fəaliyyət göstərən “ED Lombard-2” lombard şirkətinin sahibi dələduzluğa məruz qalıb. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “ED Lombard-2” şirkətinə “iPhone 14 Pro”, “iPhone 15 Pro” və “iPhone 16 Pro” markalı telefonlar təqdim edilib. Bunun müqabilində şirkətdən 13 600 manat pul götürülüb. 
    Sonradan məlum olub ki, təqdim edilən telefonlar saxtadır. Telefonların içinə yarasız batareyalar, dəmir qırıntları yerləşdirilib və orijinal formada qablaşdırılıb. “ED Lombard-2” şirkəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. 
    Hadisədə şübhəli bilinən Toğrul Mehdiyev (şərti) saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 
    Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Toğrul Mehdiyev özünü verilmiş ittihamla qismən təqsirli bilib. O, qeyd edib ki, hadisədə əsasən başqa tanışları iştirak edib. Özü isə sadəcə sürücülük edib. 
    Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Emin Rüstəmovun çıxardığı hökmlə Qabil Aslanova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür

    Ampulator dərman vasitələrinin təminatına 2026-cı il üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

    Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı” zamanı deyib.
    O bildirib ki, burada əsad məqsəd cibdən ödənişlərin azaldılması, xəstəliklərin erkən mərhələdə effektiv müalicəsi, geniş xəstə qruplarının fərqli müalicə ehtiyaclarının qarşılanması, əhalinin keyfiyyətli dərman vasitələrinə əlçatanlığının təmin edilməsidir.
     
    Zaur Əliyev çıxışında 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə də yenilikləri açıqlayıb. O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir. Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur.
    İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək.

    //azxeber.com