Month: January 2026

  • Pavel Durov: “WhatsApp”ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır”

    “WhatsApp” çox zəif təhlükəsizlik sisteminə malikdir, müdafiəsində çoxlu boşluqlar var və kiberhücumlara qarşı son dərəcə müdafiəsizdir”.

    Bunu “Telegram”ın rəhbəri Pavel Durov “Meta” şirkətinə qarşı istifadəçilərin qaldırdığı kollektiv iddia ilə bağlı məqaləni “X” sosial şəbəkəsində şərh edərkən bildirib.

    İddiaçıların sözlərinə görə, “WhatsApp” istifadəçilərin demək olar ki, bütün şəxsi yazışmalarını saxlaya, təhlil edə və onlara çıxış əldə edə bilər.

    “2026-cı ildə “WhatsApp”ın təhlükəsizliyinə inanmaq üçün ağılsız olmaq lazımdır. Biz “WhatsApp”ın öz “şifrələmə” sistemini necə tətbiq etdiyini təhlil edəndə çoxsaylı hücum vektorları aşkar etdik””, – Durov yazıb.

  • Прошло три года со дня теракта в посольстве Азербайджана в Иране

    Прошло три года со дня теракта в посольстве Азербайджана в столице Ирана Тегеране.

    Median.Az напоминает, что 27 января 2023 года в 8:30 по бакинскому времени на азербайджанское диппредставительство было совершено террористическое нападение. Гражданин Ирана Ясин Гусейнзаде, вооруженный автоматом Калашникова, прорвался через охранный пост и убил начальника службы охраны посольства Орхана Аскерова. В ходе предотвращения атаки сотрудники службы охраны Васиф Тагиев и Махир Иманов получили ранения.

    30 января Министерство иностранных дел Азербайджана эвакуировало сотрудников посольства из Тегерана, и деятельность дипмиссии была приостановлена. В связи с нападением Служба государственной безопасности Азербайджана возбудила уголовное дело по соответствующим статьям Уголовного кодекса АР.

    Орхан Аскеров был похоронен на II Аллее шехидов. 3 февраля 2023 года указом Президента Азербайджана Орхан Ризван оглу Аскеров был посмертно награжден медалью “За Отчизну”. Васиф Натиг оглу Тагиев был удостоен ордена “Рашадат” I степени, а Махир Кямиль оглу Иманов – медали “За Отчизну”.

    В результате переговоров между двумя государствами с 15 июля 2024 года наше посольство в Иране возобновило свою деятельность по новому адресу, и посол Азербайджана вместе с персоналом вернулся в Тегеран.

    Судебный процесс над Ясином Гусейнзаде продолжался два года. По его итогам Министерство юстиции Ирана сообщило о вынесении террористу смертного приговора. Верховный суд Ирана утвердил приговор, после чего дело было направлено в Тегеран для его исполнения. Террорист был казнен 21 мая 2025 года.

  • Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür

    Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür.

    2023-cü il yanvarın 27-də, Bakı vaxtı ilə səhər saat 08:30-da səfirliyimizə terror hücumu olub.

    Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

    Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Vasif Natiq oğlu Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

    Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Səfirliyin əməkdaşları və ailə üzvləri yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunublar.

    İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

    Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. O, 21 may 2025-ci ildə edam edilib.

  • В школах Азербайджана начались зимние каникулы

    С 27 января в школах Азербайджана начались зимние каникулы.

    Согласно постановлению Кабинета министров “Об утверждении продолжительности учебного года в общеобразовательных учреждениях”, зимние каникулы на 2025-2026 учебный год охватывают период с 27 по 31 января и продлятся 5 дней.

    Постановление распространяется также на группы дошкольной подготовки.

    Отметим, что в общеобразовательных учреждениях с пяти- и шестидневной учебной неделей первый день занятий после каникул попадает на 2 февраля 2026 года.

  • Məktəblərdə qış tətili başlayıb

    Yanvarın 27-dən etibarən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.

    Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və beş gün davam edəcək.

    Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunur.

    Qeyd edək ki, beş və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-si olacaq.

  • Спецоперация СГБ Азербайджана: предотвращена террористическая атака на посольство (Видео)

    В ходе оперативно-следственных мероприятий, проведенных Службой государственной безопасности (СГБ) Азербайджанской Республики (АР), возникли обоснованные подозрения в том, что граждане АР – Гулиев Ильгар Ильхам оглу (2000 г.р.) по прозвищу “Абу Зар аль-Мухаджир”, Пириев Амин Эльшад оглу (2005 г.р.) по прозвищу “Абдурашид” и Ализаде Эльвин Санан оглу (2005 г.р.) по прозвищу “Абдуррахман аль-Азери” на почве религиозной вражды готовились совершить террористическую атаку против посольства иностранного государства в Баку.

    Как передает Median.Az со ссылкой на СГБ, указанные лица, вступившие в преступные отношения с членами вооруженной группировки “Вилаяти-Хорасан” террористической организации ИГИЛ, которые в качестве группы лиц, заранее сговорившись, приобрели предметы используемые в качестве оружия для совершения террористической атаки против посольства иностранного государства в Азербайджанской Республике, были задержаны сотрудниками СГБ при приближении к месту расположения посольства.

    В связи с этим Ильгар Гулиев, Амин Пириев и Эльвин Ализаде были привлечены к уголовной ответственности по статьям 28, 214.2.1, 28, 214.2.3 и 28, 214.2.6 (подготовка к терроризму на почве религиозной вражды группой лиц, ранее участвовавших в заговоре, с использованием предметов, применяемых в качестве оружия) Уголовного кодекса АР, и решением суда в их отношении была принята мера пресечения в виде заключения под стражу.

    В настоящее время следственно-оперативные мероприятия по уголовному делу продолжаются.

  • DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT (Video)

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli İlqar İlham oğlu Quliyev, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Amin Elşad oğlu Piriyev və 2005-ci il təvəllüdlü, “Abdurrahman əl-Azəri” dini ləqəbli Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

    Median.Az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

    Bildirilib ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı – 3 min cərimələndi

    Zaqatala rayonunda qumar oyunlarında iştirak edən 27 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1999-cu il təvəllüdlü Telman Vəliyev (ad-soyad şərti verilib – red.) mərc saytlarından birindən özünə və anasına məxsus telefon nömrələri ilə qeydiyyatdan keçib.

    O, yaratdığı profillərdən qumar oynayıb, qazandığı qanunsuz pulları isə özünə məxsus bank kartından çıxarıb.

    Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

    Müəyyən edilib ki, o, mərc saytlarından birində hesabdan 100 manat qazanc əldə edib.

    Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəldə bu yolla 15 min manat qazanc əldə edib.

    Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib. Onun qazanc kimi əldə etdiyi 100 manat isə müsadirə edilib.

    Protokolda qeyd olunan 15 min manat qazanc isə sübuta yetirilməyib.

  • Bakının bu rayonlarında iş tapmaq asandır

    Bakı şəhərində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində (ilk 9 ayda) yeni açılmış iş yerlərinin statistikası bəlli olub.

    Median.Az Axar.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sözügedən dövrdə Bakıda ümumilikdə 58 930 yeni iş yeri yaradılıb.

    Açılmış iş yerlərinin sayına görə rayonların siyahısı belədir:

    Nərimanov rayonu 11081, Nəsimi rayonu 9709, Xətai rayonu 8626, Yasamal rayonu 7083, Binəqədi rayonu 6135, Səbail rayonu 5648, Nizami rayonu 3305, Sabunçu rayonu 3000, Suraxanı rayonu 1948, Xəzər rayonu 1535, Qaradağ rayonu 836, Pirallahı rayonu 24 iş yeri.

    Təkcə III rüb (iyul-sentyabr ayları) ərzində Bakıda 22 434 yeni iş yeri açılıb ki, bu da ilin ilk yarısı ilə müqayisədə aktivliyin artdığını göstərir.

    Qeyd edək ki, 2024-cü ilin tam yekunlarına görə Bakıda cəmi 68 965 yeni iş yeri yaradılmışdı. Cari ilin 9 aylıq tempi bu göstəriciyə yaxınlaşmaqdadır.

  • Nəhənglərin mübarizəsi: “Google Gemini”, yoxsa “Microsoft Copilot”?

    Söhbət robotları artıq yalnız suallara cavab vermir, eyni zamanda iş həyatımızı idarə edir. “Google”n tədqiqat dahisi “Gemini” ilə “Microsoft”un ofis köməkçisi “Copilot” arasındakı fərqləri, hər iki sistemin gizli zəif tərəfləri və istifadəçiləri gözləyən risklər araşdırılıb.

    Süni intüllükt dünyasında bir zamanlar yeganə seçim olan ChatGPT-nin yanına bu gün texnologiya nəhənglərinin təqdim etdiyi iki güclü rəqib gəlib: “Google” tərəfdən “Gemini” və “Microsoft” kanadından “Copilot”. Artıq yalnız sadə suallara cavab verən söhbət robotlarından danışmırıq; bu sistemlər e-poçt yazmaqdan kodlaşdırmaya, mürəkkəb araşdırmalardan verilənlərin təhlilinə qədər hər sahədə böyük köməkçi funksiyası yerinə yetirir.

    Aylıq 650 milyon istifadəçiyə çatan “Gemini” ilə 150 milyon aktiv istifadəçini arxasına alan “Copilot” arasındakı rəqabət, istifadəçilərin hansı platformaya üstünlük verəcəyi barədə qarışıqlığa səbəb olur. “Microsoft”un süni zəka bölməsinin rəhbəri belə açıq şəkildə etiraf edir ki, “Gemini 3”, “Copilot”un edə bilmədiyi işləri görə bilir, eyni zamanda hər iki nəhəngin özünəməxsus bacarıqları və zəif tərəfləri mövcuddur.

    “Gemini”: Tədqiqat və məzmun istehsalında lider

    “Gemini” xüsusilə tədqiqat və məzmun yaradılması sahəsində ilk ağla gələn adlardan biridir. Bu sistemin ən böyük üstünlüyü “Google” ekosistemi ilə mükəmməl inteqrasiyasıdır. “Gmail”, “Sənədlər» və “Drive” ilə sıx işləyən “Gemini”, uzun sənədləri xülasələşdirmək və mürəkkəb mövzularda beyin fırtınası aparmaqda çox bacarıqlıdır. 1 milyon tokenlik böyük məlumat pəncərəsi sayəsində çox uzun sənədləri bir dəfəlik təhlil edə bilir. Eyni zamanda yazı yazarkən vizual təhlilləri də daxil edə bilir və təqdim etdiyi məlumatların mənbələrini göstərərək tədqiqatçıların işini asanlaşdırır. “Google” alətlərindən intensiv istifadə edirsinizsə, “Gemini” təbii iş ortağı kimi davranır.

    “Copilot”: İş bitirici güc

    “Copilot” isə diqqəti birbaşa “iş bitiricilik” istiqamətinə yönəldir. “Microsoft 365” paketinin bir hissəsi olaraq “Word”, “Excel” və “PowerPoint” kimi tətbiqlərə inteqrasiya edilən bu sistem, bir “Word” sənədini saniyələr içində təqdimata çevirə, mürəkkəb “Excel” cədvəllərindən mənalı analizlər çıxara bilir. Proqramçılar üçün “GitHub”-“Copilot” inteqrasiyası kod yazma prosesini sürətləndirir. Lakin “Copilot”un bütün bu bacarıqları adətən ödənişli abunəliklər vasitəsilə əldə olunur. Bundan əlavə, istifadəçilər “Microsoft” ekosistemindən kənara çıxdıqda sistemin funksionallığının azaldığını və bəzən “Office” tətbiqləri ilə işləyərkən texniki problemlər yarandığını bildirirlər.

    Hər iki sistemin zəif tərəfləri

    Hər iki platformanın da qaranlıq nöqtələri mövcuddur. “Gemini” istifadəçiləri uzun iş seansları zamanı sistemin birdən “yaddaş itkisi” yaşamasından və ya əvvəlki söhbətləri qəflətən silməsindən şikayət edir. Məxfilik məsələsi də vacibdir və “Google” istifadəçiləri həssas məlumatları sistemlə paylaşmamağa açıq şəkildə xəbərdar edir. Digər tərəfdən, “Copilot” da mükəmməl deyil. “Excel”də səhv formulalar təklif etməsi və texniki problemlər qarşısında yanlış həll yolları göstərməsi istifadəçiləri çətin vəziyyətə sala bilər.

    Nəticə

    Seçim tamamilə sizin hansı rəqəmsal dünyada daha çox vaxt keçirməyinizdən asılıdır: “Google”un geniş məlumat okeanı, yoxsa “Microsoft”un ofis yönümlü məhsuldarlıq düqnyası?
    //valyuta.az