Month: January 2026

  • Azərbaycanda ən çox müavini olan icra başçısı odur – SİYAHI

    Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin nümunəvi strukturu və ştat vahidlərinə əsasən, ən az və ən çox müavini olan icra başçıları açıqlanıb.

    Median.Az xəbər verir ki, İqtisadiyyat.az bununla bağlı qısa araşdırma aparıb.

    Məlum olub ki, ölkəmizin Şuşa, Naftalan, Culfa, Kəngərli, Sədərək, Zəngilan, Cəbrayıl, Siyəzən, Xocavənd, Xocalı, Xızı və Qobustan rayonlarının icra hakimiyyətlərində birinci müavin postu mövcud deyil. Şuşada cəmi bir müavin, digərlərində isə iki müavin postu vardır.

    Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. Onlardan ilki birinci müavin, ikincisi Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, üçüncüsü isə Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən müavindir.

    Buraya Naxçıvan, Ordubad, Babək, Abşeron, Lənkəran, Şəki, Yelvax, Mingəçevir, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Zərdab, Astara, Zaqatala, Yardımlı, Balakən, Ucar, Beyləqan, Tovuz, Tərtər, Bərdə, Biləsuvar, Şəmkir, Cəlilabad, Daşkəsən, Füzuli, Şamaxı, Şirvan, Şabran, Samux, Gədəbəy, Salyan, Sabirabad, İmişli, Oğuz, Neftçala, Masallı, İsmayıllı, Lerik, Kəlbəcər, Laçın, Kürdəmir, Qusar, Qax, Qubadlı, Xaçmaz, Quba, Hacıqabul, Göygöl, Göyçay, Qəbələ, Goranboy rayonları aiddir.

    Ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində isə başçının cəmi dörd müavin postu mövcuddur.

    İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir.

    Qeyd edək ki, Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, bəzi icra hakimiyyətlərində vəzifələrin sayında dəyişiklik edilib.

  • Sağlam uzunömürlülük üçün üç əsas amili açıqlandı

    Sağlam uzunömürlülüyün əsasını fiziki aktivlik, müntəzəm tibbi müayinələr və göstəricilərə nəzarət, eləcə də ailə dəstəyi formalaşdırır.

    Bu barədə gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Piroqov Universitetinin Rusiya geriatrik elmi-klinik mərkəzinin direktoru, professor Olqa Nikolayevna Tkaçova məlumat verib.

    Birinci amil müntəzəm fiziki aktivlikdir. Tkaçovanın sözlərinə görə, hərəkət insan üçün bir öhdəlik deyil, zövq mənbəyinə çevrilməlidir:

    “Fiziki aktivliyi elə sevmək lazımdır ki, müntəzəm məşqlərə daxili ehtiyac yaransın. Çünki bədəni və ruhu möhkəmləndirən sağlam həyat tərzi yalnız o halda mümkündür ki, insana məmnunluq və sevinc bəxş etsin”.

    İkinci amil profilaktik tibbi müayinələr və sağlamlıq göstəricilərinə nəzarətdir. Müntəzəm çek-aplar problemləri erkən mərhələdə aşkar etməyə və orqanizmin sürətlənmiş köhnəlməsinin qarşısını almağa imkan verir. Sağlamlığa şüurlu və diqqətli yanaşma yaşla bağlı xəstəliklərin riskini azaldır.

    Mütəxəssis vurğulayıb ki, arterial təzyiqin, qlükoza və xolesterin səviyyələrinin nəzarətdə saxlanılması aktiv uzunömürlülük üçün vacibdir. Araşdırmalar göstərir ki, məhz bu göstəricilərin sabitliyi yaşlı dövrdə həyat keyfiyyəti ilə sıx bağlıdır.

    Üçüncü amil kimi ailə vəziyyəti göstərilir. Sosial dəstək və sabit şəxsi münasibətlər sağlamlığa və qocalma prosesinə nəzərəçarpacaq dərəcədə təsir edir.

    “Müşahidələr göstərir ki, ailəli insanlar orta hesabla özlərini daha yaxşı hiss edir və daha uzun yaşayırlar”, deyə gerontoloq fikrini yekunlaşdırıb.
    //qaynar.az

  • Искусственный интеллект из США написал новый смертельный для людей вирус

    Команда из Стэнфордского университета в Калифорнии использовала искусственный интеллект (ИИ) для создания нового генома вируса с кодовым названием Evo-Φ2147 из смертельно опасных бактерий E.coli.

    Об этом сообщает Median.Az со ссылкой на Metro.

    “Теперь вместо того, чтобы открывать виды эволюционировавшие временным образом, мы вдруг можем создавать жизнь – да, в примитивном смысле, но процесс уже начался. Это не спекуляции. Это не футуристично, это происходит”, – заявил британский молекулярный биолог и предприниматель в сфере технологий Адриан Вулфсон.

    Уточняется, что Evo-Φ2147 стал одним из 285 новых вирусов, созданных программой ИИ Evo2. Их поместили в чашки Петри, из которых 16 сумели атаковать E.coli. Смесь всех 16 штаммов даже смогла победить самые устойчивые формы смертельно опасных бактерий.

    “Evo-Φ2147 – это не совсем жизнь, потому что он не может размножаться вне хозяина и содержит 11 генов по сравнению с 20 000 у человека. Но это доказательство того, что геномы можно спроектировать целиком”, – говорится в материале.

    Вулфсон и его команда являются пионерами в этой области. Ученые изобрели новый инструмент для создания ДНК, который называется Sidewinder, он способен строить длинные генетические последовательности в 100 000 раз точнее, чем это могут сделать все технологии, разработанные ранее.

  • ABŞ-də süni intellekt insanlar üçün yeni ölümcül virus yaratdı

    ABŞ-nin Kaliforniya ştatındakı Stenford Universitetindən komanda ölümcül təhlükəli E.coli bakteriyalarından olan “Evo-Φ2147” kod adlı yeni virus genomunu yaratmaq üçün süni intellektdən (AI) istifadə edib.

    Bu barədə Oxu.Az “Metro” nəşrinə istinadən məlumat verir.

    “İndi müvəqqəti şəkildə təkamül keçirmiş növləri kəşf etmək əvəzinə, biz birdən-birə həyat yarada bilərik – bəli, primitiv mənada, amma proses artıq başlayıb. Bu, fərziyyə deyil. Bu, futuristik deyil, bu, baş verir”, – deyə Britaniya molekulyar bioloqu və texnologiyalar sahəsində sahibkar Adrian Vulfson bildirib.

    Qeyd edilir ki, “Evo-Φ2147” AI proqramı tərəfindən yaradılan 285 yeni “Evo2” virusundan biri olub. Onlar Petri qablarına yerləşdirilib və onlardan 16-sı E.coli-yə hücum edə bilib. Bütün 16 ştamın qarışığı, hətta ölümcül bakteriyaların ən davamlı formalarını belə məğlub edə bilib. Materialda qeyd edilir ki, “Evo-Φ2147” tam olaraq həyat deyil, çünki o, sahibindən kənarda çoxala bilmir və insandakı 20 000 genlə müqayisədə 11 gen ehtiva edir.

    “Lakin bu onun sübutudur ki, genomları bütünlüklə layihələndirmək olar”, – deyə yazıda vurğulanıb.

    Vulfson və onun komandası bu sahədə qabaqcıldır. Alimlər DNT yaratmaq üçün “Sidewinder” adlı yeni alət icad ediblər ki, bu alət daha əvvəl hazırlanmış istənilən texnologiyadan 100 000 dəfə daha dəqiq uzun genetik ardıcıllıqlar qura bilmək qabiliyyətinə malikdir.

  • Bəzi məktəblərdə BSQ-lərin cavabları əvvəlcədən yayılıb: BSQ yenidən təşkil edilə bilər

    Elektron qaydada keçirilən Böyük Summativ Qiymətləndirmə suallarının ictimailəşdirilməsi ilə bağlı məsələyə Agentlik tərəfindən operativ reaksiya verilib.

    Bu barədə MÜTDA-dan məlumat verilib.

    Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlərdə sualların yayıldığı iddia edilən təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılıb:

    “Məlum olub ki, bu hal lokal xarakter daşıyıb və azsaylı təhsil müəssisələrini əhatə edib. Bildiririk ki, qiymətləndirmə prosesinin obyektivliyi, şəffaflığı və məxfiliyi təhsil sisteminin əsas prinsiplərindəndir. Sualların əvvəlcədən ictimailəşdirilməsi yolverilməzdir və buna şərait yaradan şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək. Bu halın müşahidə edildiyi məktəblərdə pedaqoji şuranın qərarı ilə BSQ yenidən təşkil edilə bilər”.

    Qeyd edək ki, sosial şəbəkələrdə 6-cı sinif üzrə Riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilən böyük summativ qiymətləndirmənin (BSQ) cavablarının əvvəlcədən yayıldığı iddia olunub. Bu hal ictimai müzakirələrə səbəb olub.

  • Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah paytaxtın bəzi ərazilərin qaz təchizatında fasilələr yaranacaq.

    Median.Az
    xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Motodrom” qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə fevralın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq”, – məlumatda qeyd olunub.

  • Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək

    Ermənistan Azərbaycanın COP17-də iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək.

    Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan məlumat verib.

    Nazirin sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransının (COP17) keçirilməsi ilə bağlı bildirişlər artıq Konvensiyanın 196 üzv ölkəsinə göndərilib və növbəti mərhələdə rəsmi dəvətlər təqdim olunacaq.

    Qeyd edək ki, COP17 bu il oktyabrın 18–30-da Ermənistanda keçiriləcək.

  • Kamçatkada zəlzələ oldu

    Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında məlumat verilib.

    Yayılan məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 364 km aralıda, 23,3 km dərinlikdə yerləşib.

    Yeraltı təkanların hiss olunması barədə məlumat verilməyib.

  • ABŞ Ermənistan vətəndaşlarını deportasiya etdi

    ABŞ immiqrasiya qanunlarını pozan bir qrup vətəndaşı Ermənistana deportasiya edib.

    ABŞ-dən gələn Boeing 767-300 təyyarəsi İrəvana eniş edib. Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşlarının gəlişini təsdiqləyib, lakin onların sayını açıqlamayıb.

    Nazirlikdən bildiriblər ki, “Məcburi şəkildə geri qaytarılan şəxslər Ermənistana gətirilib. Hazırda onların hüquqi statusunun dəqiqləşdirilməsi və sənədlərin hazırlanması üzərində iş aparılır”.

    Əlavə məlumat verilməyib.

  • Samir Bağırovun yeni imici – Video

    Müğənni Samir Bağırov xarici görünüşü ilə diqqət çəkib.

    İfaçının yeni imici üzərində stilist Anar Ağakişiyev işləyib.

    Samirin yeni görüntüsü maraqla qarşılanıb.