Month: January 2026

  • Rusiyada əmək miqrantlarına iş yerlərini dəyişdirmək qadağan ediləcək

    Rusiyada patenti olan əmək miqrantlarına birinci il ərzində iş yerlərini dəyişdirmək və ya başqa bir işlə birləşdirmək qadağan ediləcək.

    Median.Az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

    Liberal Demokrat Partiyası fraksiyası tərəfindən hazırlanan qanun layihəsinə görə, əgər əcnəbi 12 ayın sonuna qədər üzrlü səbəb olmadan (şirkətin ləğvi və ya əmək haqqının ödənilməməsi) müqaviləsini ləğv edərsə, patenti ləğv ediləcək və ondan ölkəni tərk etmələri tələb olunacaq.

    Əgər işdən çıxarma üçün əsaslı səbəblər varsa, miqrantlara başqa bir iş tapmaq üçün bir ay vaxt veriləcək.

    Qanun müəlliflərinin fikrincə, bu təşəbbüs Rusiyaya miqrant axınını azaldacaq, miqrantlar və işəgötürənlər üçün məsuliyyəti artıracaq və nəzarəti yaxşılaşdıracaq.

  • Azərbaycanda ölmək neçəyə başa gəlir? – Gizli biznes

    Yaşamaq kimi ölmək də günü-gündən bahalaşır. Dünyadan köçən bir insanın dəfn xərci ciddi sosial problemə çevrilməkdədir.

    Qeyd edək ki, ötən gün millət vəkili Siyavuş Novruzov da bu barədə danışıb. Parlamentari dəfn pullarının artırılmasını təklif edib. Bildirib ki, hazırda verilən dəfn pulu ilə hətta qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil.

    Yenisabah.az məsələni araşdırıb.

    Məlum olub ki, Bakıda ev qiymətləri əraziyə uyğun olaraq dəyişdiyi kimi, məzar yerinin də qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi rol oynayır. Biləcəri qəbiristanlığında yer – 400-500 AZN, Xırdalan qəbiristanlığı – 800-1500 AZN, Badamdar qəbiristanlığı – 800-2000 AZN, Günəşli qəbiristanlığı – 600-1500 AZN, Qaraçuxur qəbiristanlığı – 200-1000 AZN, Qurd qapısı qəbiristanlığı – 2000-3000 AZN, Hövsan qəbiristanlığı – 150-300 AZN, Zabrat qəbiristanlığında 500-1000 AZN civarındadır. Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir.

    Əlavə olaraq, ölünün yuyulması üçün 70-80 AZN arası məbləğ ödənilir. Qəbir daşının isə ən ucuzu 1000 AZN-dan başlayır. Bu məbləğ 3-5, bəzən isə 10-15 min manata qədər arta bilir.

    Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, burada əsas məsələ dəfn pullarını artırmaq deyil:

    “Dəfn üçün verilən pul ən çox nə qədər artırıla bilər ki, bütün xərcləri ödəsin? Bunun üçün dəqiq rəqəm demək mümkün deyil. Məncə, sözügedən problemin həlli dəfn pullarının məbləğindəki artımla bağlı deyil. 5-10 manat artırılmaqla bütün xərcləri qarşılamaq olmur.

    Əgər dövlət vətəndaşını düşünürsə, dəfn üçün verilən məbləği artırmaq əvəzinə məzar yerlərinin şəffaf şəkildə seçilməsini və daha əlçatan olmasını təmin etməlidir. Şəhər ərazisində olan qəbiristanlıqlarda dəfn yerləri ya mollalar, ya da məzarlığın qeyri-qanuni sahibləri tərəfindən satışa çıxarılır. Belə olduqda isə qiymətlər od tutub yanır”.

    İqtisadçı təklif edir ki, məzar yerlərinin satışına dövlət nəzarəti olsun:

    “Məhz bu səbəbdən alış şərtləri normallaşdırılmalıdır. Dəfn yerlərinin satışında qeyri-şəffaflıq hökm sürür. Məsələnin öz həllini tapması üçün, bu yöndə tədbirlər görülməlidir. Təklif edirəm ki, məzar yeri almaq üçün elektron portal yaradılsın. Həmin portala dövlət nəzarət etsin ki, dəfn yerləri qanunsuz şəkildə satışa çıxarılmasın. Əhali arasında ədalətli bölgü aparılsın. Şəffaf aparılan proses nəticəsində hər kəs üçün normal qiymət müəyyənləşdirilsin”.

  • Sənədsiz evlərlə bağlı AÇIQLAMA

    Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur və bu istiqamətdə aparılan müzakirələrin uğurla nəticələnəcəyi gözlənilir. Bu proses maliyyə-bank sektoru, xüsusilə də sığorta sahəsi üçün ciddi imkanlar yarada bilər.

    Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, 500 min sənədsiz evin ümumi bazar dəyəri təxminən 50 milyard manat təşkil edir:

    “Hesab edirəm ki, real rəqəmlər bundan da böyükdür. Təsəvvür edin ki, bu qədər məbləğ maliyyə-bank sektoru, xüsusən də sığorta sahəsi üçün nə qədər geniş imkanlar açır”.

    Qeyd edək ki, “InsurTech” adlı dərs vəsaiti İİTKM, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və sığorta sahəsində innovativ yanaşmaların təşviqini hədəfləyir. (banker.az)

  • Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir

    Şəmkir rayonunda dərədən kişi meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun qətlə yetirildiyi müəyyən edilib.

    Qeyd olunub ki, 1970-ci il təvəllüdlü A.Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

    İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı

    Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

    Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

    Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb

  • Küçədə yaşayan ana və oğlu ilə bağlı qurumlar nəyi açıqladılar? (Video)

    Sosial şəbəkələrdə Tovuz rayonunda 42 yaşlı qadının azyaşlı övladı ilə birlikdə parklarda gecələdiyini əks etdirən foto yayılıb. Rayon sakinlərinin sözlərinə görə, Aybəniz Qasımovanın psixoloji problemləri var.

    O, hətta 2021-ci ildə Qazax Rayon Psixiatriya Xəstəxanasında müalicə də alıb. Sakinlər qeyd edirlər ki, ana və uşaq bəzən park ərazilərində, bəzən isə şəhərin müxtəlif yerlərində gecələyirlər. Qadın ailəsi ilə münasibətlərinin pozulduğunu və evə buraxılmadığını deyib.

    “Bəzən yollarda, bəzən də şəhərin ortasında yatır. Deyir ki, evimə qoymurlar, ailəm sahib çıxmır”, – deyə sakinlərdən biri bildirib.

    Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətində (RİH) xüsusi komissiya yaradılıb. Ana və azyaşlı övladı tapılaraq müvafiq qurumlara təhvil veriliblər.

    Məlumata görə, Aybəniz Arif qızı Qasımova və oğlu Ömər Cavid oğlu Qasımov RİH-in nümayəndələri və polis əməkdaşları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

    Müayinə zamanı onların uzun müddət parklarda gecələdiklərinin orqanizmə təsirləri müəyyən edilib. Müayinələrin nəticələrinə əsasən, ana Qazax Rayon Psixiatriya Xəstəxanasına, uşaq isə Pediatriya şöbəsinə yerləşdirilib. Uşağa kəskin bronxit diaqnozu qoyulub, müalicəsi davam etdirilir. Sosial Xidmətlər Agentliyindən bildirilib ki, uşağın gələcəkdə daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun tədbirlər görüləcək.

  • Nipah virusu pandemiyaya səbəb ola bilər?

    Nipah virusu epidemiya və ya pandemiyaya səbəb ola bilməz, lakin onun Rusiyaya tək-tək hallarda gətirilməsi nəzəri baxımdan istisna edilmir.

    Bunu tibb elmləri doktoru Vladimir Nikiforov söyləyib. O qeyd edib ki, infeksiyanın təbii mənbəyi Hindistanda meyvə ilə qidalanan yarasalardır və yoluxma yalnız heyvanlarla və ya onların ifrazatı ilə təmas zamanı mümkündür. Virus insandan insana ötürülmür.

    Nipah virusu zoonoz infeksiyalara aiddir və insana heyvanlardan keçir. O, ağır ensefalit və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər, bəzi hallarda isə ölüm göstəricisi 80 faizə çata bilər.

    Əsas profilaktik tədbirlər olaraq mütəxəssislər xəstə heyvanlarla təmasdan çəkinməyi, əlləri sabun və antiseptik vasitələrlə mütəmadi yumağı, tərəvəz və meyvələri istifadədən əvvəl yaxşıca yumağı, həmçinin yoxlanılmamış mənbələrdən su içməməyi tövsiyə edirlər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, öskürək və güclü başağrısıdır. Rospotrebnadzor bildirir ki, Nipah virusu ilə bağlı xəstəliyin Rusiyaya gətirilmə halları qeydə alınmayıb. Ölkədə vaxtında laborator diaqnostika aparmaq üçün kifayət qədər test-sistem mövcuddur.

    Medianın məlumatına görə, Hindistanda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür, xəstələrlə təmasda olmuş 100 nəfər karantinə alınıb.

  • Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir – SİYAHI

    Azərbaycanda bir sıra şəxslərə kommunal ödənişlərdə və nəqliyyatda gedişhaqqına görə güzəştlər tətbiq edilir. Bu, müvafiq qanunvericilklə tənzimlənir.

    Median.Az xəbər verir ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunmasına dair Prezidentin Fərmanı mövcuddur.

    Belə ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara – 26 manat,

    Böyük Vətən müharibəsi iştirakçılarına – 25 manat,

    həlak olmuş döyüşçülərin dul arvadlarına – 18 manat,

    Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə – 12 manat,

    Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına – 12 manat,

    Çernobıl qəzası nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə (həqiqi hərbi xidmət dövründə Çernobıl qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla), orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara – 6 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinət verilir. /Bizim.Media

  • Velosiped zolaqları ləğv oluna bilərmi? – AYNA-dan AÇIQLAMA

    Mikromobillik zolaqları yetərincə istifadə olunur və ümumi yol infrastrukturunun ayrılmaz hissəsidir. Statistikaya əsasən, bu tip zolaqlar salındıqca insanların mikromobillik vasitələrinə olan marağı da artır.

    Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib.

    “İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 2024-cü illə müqayisədə ümumi istifadə aylar üzrə 80%-ə yaxın artıb. Bu zolaqlarda mikromobillik vasitələri tıxacda qalmadığından və ümumi yolun çox cüzi bir hissəsini tutduğudan zolaqlar boş görünə bilir”, – o bildirib.

    Mətbuat katibinin sözlərinə görə, Bakı şəhərində mikromobillik infrastrukturu qurulmağa başlayandan bugünədək bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olub:

    “Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon km məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir. Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır”.

    T.Orucov vurğulayıb ki, bu zolaqlar salındıqda avtomobillər üçün ayrılmış zolaqların sayı və yolun buraxılıcılıq qabiliyyəti azaldılmır.

    Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu yeni velosiped zolaqlarının salınması ilə yolların daraldığını və bu zolaqların mütəmadi istifadə olunmadığını iddia etmişdi.

  • Азербайджанский психолог: Давление родителей травмирует психику ребенка

    В последнее время возросло внимание к оказанию психологической помощи детям, и это, безусловно, положительная тенденция.

    Об этом заявила психолог Гюльнар Оруджева.

    По её словам, в условиях цифрового мира дети видят, слышат и переживают гораздо больше, чем это необходимо для их возраста, что негативно отражается на их психологическом состоянии. В связи с этим особенно важно, чтобы дети своевременно получали психологическую поддержку.

    В то же время психолог с сожалением отметила, что сегодня некоторым родителям психологическая помощь требуется даже больше, чем их детям.

    «Это горькая реальность. Ежедневно к нам обращаются разные родители, и в ходе беседы иногда становится непонятно, чего именно они хотят. Некоторые прямо заявляют: «Я хочу, чтобы мой ребенок был таким, каким я его вижу, но он меня не слушается». По сути, они хотят получить модель послушного, беспрекословного ребенка», – отметила Г. Оруджева.

    По её словам, часть родителей стремится к тому, чтобы ребенок учился, действовал и выбирал жизненный путь исключительно по их воле. Другие жалуются на то, что ребенок якобы ничего им не рассказывает и всё скрывает, ожидая от него роли постоянного «информатора».

    «Такой подход категорически недопустим. Это нездоровое отношение к ребенку», – подчеркнула она.

    Специалист отметила, что времена изменились, и современные дети стремятся к большей самостоятельности и свободе выбора. Однако многие родители не готовы принять это, оказывая давление на ребенка. В результате проблема зачастую заключается не в самом ребенке, а в родителях.

    «Некоторые родители воспринимают психолога как «укротителя» ребенка, полагая, что за один-два сеанса можно придать ему желаемую форму. Во-первых, это невозможно. Во-вторых, даже если родители приводят ребенка к психологу, но при этом дома продолжают вести себя так же, никаких изменений не произойдет – пояснила Г. Оруджева.

    Психолог также подчеркнула, что постоянный контроль, допросы и требование отчитываться о каждом шаге подрывают внутреннее чувство безопасности ребенка.

    «Такое поведение отдаляет ребенка от честности, формирует страх и тревожность, мешает свободно выражать свое мнение. Для полноценного психологического развития необходимы не контроль и давление, а доверие и понимание», – сказала она.

    По словам специалиста, если родители действительно хотят, чтобы ребенку стало лучше, они должны быть готовы начать изменения с себя.

    «Идея «исправить ребенка» должна начинаться с коррекции поведения родителей. Например, если ребенок боится ходить в школу, зачастую это связано с неуверенностью в себе, корни которой уходят в семейную среду: конфликты между родителями, напряженную атмосферу в доме. Именно с этого начинаются детские травмы», – отметила психолог.

    Она добавила, что неправильные решения родителей также наносят серьезный ущерб психике ребенка. Многие взрослые уверены, что знают, как «правильно», и заставляют детей следовать этим убеждениям, что приводит к психологическим травмам.

    «На фоне постоянного давления ожидания от психолога становятся бессмысленными. Поэтому в первую очередь помощь должны получать родители. Им необходимо научиться правильно взаимодействовать с ребенком. И только после этого, при необходимости, можно обращаться за психологической помощью для детей», – заключила Гюльнар Оруджева.
    //media.az