Month: January 2026

  • Армения и Болгария обсудили реализацию проекта TRIPP

    Замминистра иностранных дел Армении Ваан Костанян и делегация Болгарии во главе с заместителем председателя группы дружбы Болгария-Армения болгарского парламента Маноилом Маневым обсудили ход реализации проекта TRIPP (“Маршрут Трампа”).

    Как передает Median.Az со ссылкой на армянские СМИ, стороны рассмотрели возможности вывода двусторонних отношений на новый уровень.

    Костанян представил ход работы по реализации проекта TRIPP, отметив, что он открывает новые возможности для сотрудничества Армении и Болгарии в сфере транспорта и коммуникаций.

    Кроме того, стороны обменялись мнениями о перспективах партнерства в области информационных технологий, энергетики и др.

  • Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər

    Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Bolqarıstan parlamentinin Bolqarıstan-Ermənistan dostluq qrupunun sədr müavini Manoil Manevin rəhbərlik etdiyi nümayəndə heyəti Tramp Marşrutu (TRIPP) layihəsinin icrası prosesini müzakirə ediblər.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək imkanlarını nəzərdən keçiriblər.

    Kostanyan TRIPP layihəsinin icrası üzrə görülən işlərin gedişatı barədə məlumat verərək qeyd edib ki, bu layihə Ermənistan və Bolqarıstan üçün nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

    Bundan əlavə, tərəflər informasiya texnologiyaları, energetika və digər sahələrdə tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, həmçinin hibrid təhdidlərlə mübarizə və demokratik inkişafın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

  • Maştağada öldürülən qadının qonşusu: “Emil namaz əhli idi, heç kim bu qətlə inana bilmir”

    [spoiler][/spoiler]Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

    O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.
    “Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan narazılığı olmayıb”, – qonşu hadisə barədə danışarkən deyib.
    Başqa bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu bildirib.

  • “Əhmədin əlində “Vinçester”, məndə isə 30 kq narkotik var idi” – Sərhəddəki atışmanın TƏFƏRRÜATI

    Qaçaq yolla Azərbaycana külli miqdarda narkotik keçirmək istəyərkən yaxalanan İran vətəndaşının məhkəməsi yekunlaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən Shokat Ali Hosseinin 72 yaşı var.

    İttiham aktında qeyd olunub ki, o, hadisə vaxtı birlikdə olduğu həmyerliləri Əhməd və Həmid Salmani ilə cinayət əlaqəsinə girərək, həmin şəxslərlə birlikdə İranın Parsabad şəhərinə gəlib.

    Əvvəlcədən razılaşdıqları kimi oradan 30 kiloqram marixuana və ov silahı götürərək ötən il aprelin 8-də gecə saatlarında Azərbaycan sərhədini Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsi istiqamətində qanunsuz keçiblər. Onlar həmin vaxt sərhədçilərin “dayan” çağırışı verməsinə, bir neçə dəfə havaya xəbərdarlıq atəşi açmalarına da məhəl qoymayıblar. Ə.Bəşiri odlu silahdan sərhəd naryadının üzvlərinə üç dəfə atəş açıb, onları öldürməyə cəhd edib.

    Sərhəd naryad üzvlərinin xidmətinin zərurətdən irəli gələrək, odlu silahlardan açdıqları atəş nəticəsində Əhməd Bəşiri zərərsizləşdirilib. Ali Hossein saxlanılıb, qrupun digər üzvü Həmid Salmani isə hadisə yerindən qaçıb.

    Təqsirləndirilən Shokat Ali Hossein məhkəmədə ziddiyyətli ifadə verərək özünü yalnız dövlət sərhədini qanunsuz keçdiyinə görə günahkar bilib. Deyib ki, həmin vaxt sərxoş olub, hara getdiyini bilməyib.

    Amma Shokat Ali Hossein həbs ediləndən sonrakı günlərdə istintaqa verdiyi ifadədə hər şeyi danışıb. İranlı müstəntiqə etiraf edib ki, həmkəndlisi Həmid Səlmani Əhməd Bəşiri ilə birgə onun yaşadığı evə gəlib, içərisində 30 kilo narkotik olan üç ədəd bağlamanı sərhəddən keçirmək üçün ondan kömək istəyiblər. Söz veriblər ki, bu işi həll edə biləcəyi halda ona 200 dollar verəcəklər:

    “Pula ehtiyacım olduğu üçün razılaşdım. Ertəsi gün onlarla görüşmək üçün Parsabad şəhərində yerləşən Təzəkənd kəndinə yollandım. Çöllük ərazidə Həmidin və Əhmədin üç ədəd qara rəngli bağlama ilə məni gözlədiklərini gördüm. Əhmədin əlində “Vinçester” tipli silah və bir gecəgörmə cihazı vardı. Bağlamaları götürüb sərhədə doğru getdik. Sərhədi buraxılış məntəqəsindən kənar ərazidə keçdik. Lazım olan yerə çatmağa 1 km qalmış Azərbaycan dilində bizə komanda verilərək dayanmağımız tələb olundu. Milliyyətcə azərbaycanlı olduğum üçün komandanı başa düşdüm. Lakin Əhməd və Həmid fərqli istiqamətlərdə qaçmağa başladılar. Əhmədin odlu silahla hərbi qulluqçulara atəş açdığını, atışma baş verdiyini, nəticədə Əhmədin vurulduğunu gördüm. Həmid isə qaçaraq İran tərəfə keçməyə nail oldu. Mən də qaçmağa çalışsam da, hərbi qulluqçular tərəfindən saxlanıldım”.

    Məhkəmədə zərərçəkmiş qismində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu da ifadə verib. Sərhədçinin sözlərinə görə, həmin şəxslər aydın müşahidə edilməsələr də, termal kamera vasitəsilə görünüblər:

    “Hadisə yerinə 15 metr qalmış havaya xəbərdarlıq atəşi açdım. Həmin şəxslərə dayan əmri verərkən onlar əkin sahəsində olan su arxının içində idilər. Onlardan biri bizə tərəf üç dəfə atəş açdı. Biz də atəş aça-aça həmin şəxslərin üzərinə getdik. İki nəfərdən biri öldürüldü, digəri isə qaçmağa cəhd etsə də, onu tuta bildik. Onların yanında böyük qara bağlamalar var idi”.

    Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olan digər zərərçəkmiş də eyni məzmunlu ifadə verib. Onların hər ikisi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.

    Lənkəran Rayon Məhkəməsində hakim yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamların kifayət qədər dəlil-sübutlar, həmçinin zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiqini tapdığını bəyan edib.

    Hökmə əsasən, Shokat Ali Hossein qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi rayonlarda yollar buz bağlaya bilər

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

  • Брат генерала покинул должность в Министерстве по чрезвычайным ситуациям

    Заместитель начальника Главного управления кадровой политики Министерства по чрезвычайным ситуациям (МЧС) освобожден от занимаемой должности.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, соответствующий приказ подписал глава ведомства генерал-полковник Кямаледдин Гейдаров.

    Согласно приказу, Мубариз Абдуев освобожден от должности по собственному заявлению и отправлен на пенсию в связи с достижением предельного возраста нахождения на государственной службе.

    Отметим, что М.Абдуев является братом экс-начальника Главного таможенного управления на воздушном транспорте Государственного таможенного комитета генерал-майора таможенной службы Садига Абдуева. Последний был уволен в 2018 году в ходе операции правоохранительных органов против так называемой фармацевтической мафии, действовавшей на таможне.

  • Generalın qardaşı FHN-dəki vəzifəsindən getdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

    Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifədən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.

  • 7 restoranda “Qırmızı kitab”a düşən heyvanların əti satılıb

    Ötən il 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.

    Bunu AQTA-nın sədr müavini Əziz Şərifov deyib.

    Onun sözlərinə görə, parılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib:

    “İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb.

    Eyni zamanda bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib”.

  • Gürcüstanda DTX əməkdaşı avtomobilində intihar etdi

    Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşının meyiti tapılıb.

    “Unikal” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, onun meyiti agentliyin binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.

    İlkin ehtimallara görə, DTX əməkdaşı intihar edib, avtomobilinin yan oturacaqında tapança və məktub tapılıb. Hazırda araşdırma aparılır.

  • Bakıda kirayə götürdüyü mənzili başqasına satdı – Məhkəmə

    Külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Çıxış üçün söz prokurora verilib.

    Dövlət ittihamçısı Maya Mustafayevanın 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Fevralın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə vəkillərin çıxışları gözlənilir.

    Qeyd edək ki, ittihama görə, Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu “ev satışı” adı ilə aldadıb və 17 min 500 manat pulunu alaraq onu Yasamal rayonu, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib. Daha sonra M. Mustafayeva onu iş yoldaşı Qələndərli Həzrət ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya Mustafayeva evə görə 17 min manat ilkin ödəniş tələb edərək alıb

    Həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyinə vəd verib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edərək verilməyəcəti təqdirdə həmin məbləğin də batacağını bildirib. Bundan sonra Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata sataraq pulu Mayaya verib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb. Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcud olub. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.

    DİN əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o, tutularaq istintaqa təhvil verilib. Maya Mustafayevaya Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.