Misli Premyer Liqasında 17-ci tur davam edir.
Son Azərbaycan çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb.
Matç “Kəpəz”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ötən gün itkin düşən 5 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib.
Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Qeyd olunub ki, 74 yaşlı M.Babayeva bu dəqiqələrdə vəfat edib.
Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.
//oxu.az
Власти КНР начали антикоррупционное расследование в отношении двух высокопоставленных военных.
Об этом сообщает Центральное телевидение Китая (CCTV) со ссылкой на Минобороны страны.
Уточняется, что речь идет о заместителе председателя Центрального военного совета (ЦВС) Чжан Юсе и начальнике Объединенного штаба ЦВС генерале Лю Чжэньли, которых подозревают в “серьезных нарушениях дисциплины и закона”.
В августе прошлого агентство Bloomberg сообщало, что председатель КНР Си Цзиньпин начал крупнейшие со времен первого председателя республики Мао Цзэдуна кадровые чистки среди военных элит. В частности, утверждалось, что глава государства мог уволить уже около 20 процентов всех генералов.
Çin hakimiyyəti iki yüksək rütbəli hərbi məmura qarşı antikorrupsiya istintaqına başlayıb.
Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, söhbət ciddi intizam və qanun pozuntularında şübhəli bilinən Mərkəzi Hərbi Şuranın sədr müavini Çjan Yus və Mərkəzi Hərbi Şuranın Birgə Qərargahının rəisi general Lyu Çjenlidən gedir.
Ötən ilin avqust ayında “Bloomberg” agentliyi bildirmişdi ki, Çin sədri Si Cinpin Çin Respublikasının ilk sədri Mao Tszedunun dövründən bəri hərbi elitalar arasında ən böyük kadr təmizləmə prosesinə başlayıb. Xüsusilə iddia edilirdi ki, dövlət başçısı artıq ölkədəki bütün generalların təxminən 20 faizini vəzifəsindən kənarlaşdıra bilər.
“TikTok” sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub.
Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs “TikTok”da “TeymurSalahov023” istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazıb.
Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Görüş qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.
* * * * *
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb.
Görüş qapalı qapılar arxasında keçirilir.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edirlər.
Danışıqlar təhlükəsizlik məsələlərinə, o cümlədən bufer zonalarının yaradılması, onlara nəzarət və monitorinq mexanizmləri, eləcə də nizamlanmanın ərazi aspektlərinə yönəlib.
Bakıda kişi restoranın tualetində qadını döyüb.
Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən “Era” restoranının sanitar qovşağında qeydə alınıb.
Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb, və qadın onunla birgə tualetə girmək istəyib. Lakin Cavad buna etiraz edərək, “məni orada cinsi əlaqədə olmağa çağırırsan?” deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.
Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib. Etiraz edəndə isə onu döyüb, müxtəlif bədən xəsarətləri yetirib.
Bu əməlinə görə Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, məhkəmədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyaya düşməsini xahiş edib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.

Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı baş tutacaq.
3-7 fevralda yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı Gəncə İdman Sarayında keçiriləcək.
11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U-20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral 17:00-da, U-17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə 9 fevral 17:00-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.