Month: January 2026

  • Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

    “Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz üzrə yükdaşımalar üçün əlavə imkanlar açacaq”.

    Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

    Nazir Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinin davam etdiyini diqqətə çatdırıb:

    “Zəngəzur dəhlizinin bütün hissələrinin, o cümlədən Azərbaycanda və Ermənistanda yerləşən seqmentlərin açılması ilə dəhlizin buraxılış qabiliyyəti artacaq. Alternativ imkanlar Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini yüksəldəcək”.

  • Dələduzluğa görə axtarılan 10 nəfər saxlanıldı

    Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının yanvarın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

  • “BakuBus” avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib

    “BakuBus” şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.

    Məlum olub ki, “BakuBus”ın Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı “Iveco” markalı avtobusların katalizatorları oğurlanıb.

    Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində “BakuBus”a xeyli miqdarda ziyan dəyib.

    Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.

    Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq “BakuBus” tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.

    Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.

    Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib.

  • Milli Qəhrəmanın nəvəsi doğuldu

    Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi dünyaya gəlib.

    Bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.

    Qeyd edək ki, Milli Qəhrəmanın oğlu Elvin Mirzəyev 2024-cü ilin dekabr ayında Ülkər xanımla ailə həyatı qurmuşdu.

  • Lerikdə polis faziləsiz rejimdə fəaliyyətini davam etdirir

    Yağan güclü qardan sonra hava şəraiti ilə əlaqədar olaraq Lerikdə şəhər mərkəzi, dağlıq ərazilərdə, yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də Lerik-Lənkəran avtomobil yolunda polis əməkdaşlarının fasiləsiz xidməti təşkil olunub.

    Nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib.

    Digər dövlət orqanları ilə birgə yollar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.

    Hazırda xidmət fasiləsiz davam etdirilir.

  • Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb

    Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Pakistanda hoteldə yanğın zamanı iki nəfər ölüb

    Pakistanın Lahor şəhərində hoteldə yanğın baş verib.

    Yanğın nəticəsində 2 nəfər həlak olub.

    Hadisə zamanı ümumilikdə 280 nəfər xilas edilib.

  • Что обсуждали на переговорах по Украине в Абу-Даби?

    Российская и украинская делегации контактировали напрямую в ходе трехсторонней встречи по Украине в Абу-Даби.

    Как передает Median.Az со ссылкой на “РИА Новости”, об этом сообщил МИД ОАЭ.

    В пятницу и субботу в Абу-Даби прошло первое заседание трехсторонней рабочей группы России, США и Украины по вопросам безопасности.

    “В течение двух дней в Абу-Даби состоялись беспрецедентные трехсторонние консультации между представителями США, РФ и Украины в рамках продолжающейся усилий по продвижению мирного решения украинского конфликта. Дискуссии прошли в конструктивной и позитивной атмосфере и включали прямой контакт представителей РФ и Украины касательно нерешенных элементов предложенных США рамок мирного урегулирования, а также по мерам укрепления доверия, направленным на поддержку прогресса в достижении всеобъемлющего соглашения”, – говорится в заявлении.

    Также из заявления МИД ОАЭ следует, что делегации России и Украины в ходе двухдневных переговоров в Абу-Даби обсуждали нерешенные вопросы мирного плана США.

    “Обсуждения проходили в конструктивной и позитивной атмосфере и включали прямое взаимодействие российских и украинских представителей по нерешенным вопросам предложенного США мирного соглашения, а также меры по укреплению доверия, направленные на содействие прогрессу в достижении всеобъемлющего соглашения”, – рассказали в ведомстве.

    В субботу в Абу-Даби завершились двухдневные переговоры делегаций Москвы, Вашингтона и Киева по вопросам безопасности. Они проходили в закрытом формате.

    Ожидается, что о результатах встречи объявят уполномоченные лица в России, США и Украине. Новый раунд может состояться на следующей неделе в ОАЭ, утверждает Axios.

  • Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı

    ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə üçtərəfli görüş zamanı birbaşa əlaqə saxlayıblar.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat verib.

    Məlumata görə, müzakirələr konstruktiv və müsbət atmosferdə keçib. İkigünlük danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ sülh planındakı mühüm məsələləri müzakirə ediblər.

    Qeyd olunub ki, danışıqlar hərtərəfli razılaşmaya doğru irəliləyişi asanlaşdırmağa yönəlmiş etimad tədbirlərini də əhatə edib.

  • Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq

    Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
    Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
     
    Median.Az Konkret.az-a istinadən xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
     
    “Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11-20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür”.
     
    C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə “yalançı bahar” və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
     
    “Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır”.