Month: January 2026

  • Rusiya Silahlı Qüvvələri Xarkovda yaşayış məntəqəsini nəzarətə götürüblər

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsini nəzarət altına alıblar.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya qoşunları son 24 saat ərzində Xarkov vilayətində Staritsa yaşayış məntəqəsini nəzarətə götürüblər.

  • 3 aya marketdən 7 minlik məhsul oğurladı

    Marketdən oğurluq edən şəxs saxlanılıb. 
     
    Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib. 
     
    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.  
     
    Fakt üzrə araşdırmalar aparılır.

  • “Qəbələ” “Şamaxı”nı məğlub edib

    Misli Premyer Liqasında 17-ci tur davam edir.

    “Şamaxı” “Qəbələ”ni qəbul edib.

    Görüş “Qəbələ”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb

    Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Əbiyev Fəzail Fariz oğlu yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • На Фазаила Агамалы подали в суд: очередной скандал, связанный с партией Ana Vətən

    Группа председателей районных организаций, исключенных из рядов партии Ana Vətən (“Родина”), обратилась в суд с иском против председателя партии Фазаила Агамалы.

    Об этом Oxu.Az сообщил сын Ф.Агамалы Эльчин Агамалы.

    По его словам, несмотря на обращение в Министерство юстиции после скандального съезда партии в прошлом году, ведомство сочло вопрос спорным и не дало положительного ответа.

    “Председатели районных организаций обратились в Наримановский районный суд с иском о незаконном исключении из партии, а также с жалобой по поводу съезда. После прошлогоднего съезда начался процесс преследования председателей районных (городских) организаций, поддержавших мою кандидатуру.

    Их исключали из рядов партии и снимали с должностей по необоснованным претензиям, а во многих случаях вообще без указания причин. Речь идет о трех четвертях существующих местных организаций партии. Решения выносились от имени нелегитимных партийных структур, что привело к принятию еще большего количества незаконных решений”, – добавил Э.Агамалы.

    Он подчеркнул, что внутри партии был проведен тайный съезд.

    Напомним, что 25 октября 2025 года на скандальном съезде партии Ana Vətən на пост председателя партии претендовали дочь Фазаила Агамалы, депутат Гюнай Агамалы, его сын Эльчин Агамалы и еще два человека.

    Ф.Агамалы, выдвинувший кандидатуру Гюнай Агамалы, заявил, что Э.Агамалы пытался сорвать работу съезда, и в сложившейся ситуации делегаты съезда поддержали его пребывание на посту председателя до следующего съезда.

    Эльчин Агамалы, в свою очередь, утверждал, что был избран председателем, получив более 100 голосов из 155 делегатов съезда.

    На фоне возникшего скандала Ф.Агамалы объявил о переносе внеочередного съезда. 3 ноября Э.Агамалы заявил, что документы, связанные с внеочередным съездом, состоявшимся 25 октября, были представлены в Минюст.

  • Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL

    Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri sədr Fəzail Ağamalını məhkəməyə veriblər.

    Bunu Oxu.Az-a açıqlamasında Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.

    O bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib:

    “Rayon təşkilatlarının sədrləri Nərimanov Rayon Məhkəməsinə partiyadan qanunsuz çıxarılmaları, eyni zamanda, qurultayla bağlı məhkəməyə müraciət ediblər. Ötən il qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının dörddəüçü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və öz ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib”.

    E.Ağamalı vurğulayıb ki, partiya daxilində gizli qurultay keçirilib.

    Xatırladaq ki, ötən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha iki nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin özünün növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiklərini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlamışdı.

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkan yerli vaxtla 11:34-də qeydə alınıb.

  • Direktorlar imtahan verdi

    Cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə imtahan keçirilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

    Nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

  • Yüksəkvəzifəli məmurun evinə gizli kamera quraşdırıb beş milyon dollar istəyən şəxs həbs olundu

    Azərbaycanda yüksəkvəzifəli şəxslərdən birinin evinə qanunsuz olaraq gizli kamera quraşdıraraq intim görüntülərini əldə edən 1987-ci il təvəllüdlü Elvin Əhmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qarşı tərəfi bu görüntülərlə şantaj edərək külli miqdarda pul ələ keçirən təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

    Məlum olub ki, Elvin tanışlarının vasitəsilə vəzifəli şəxsin evinin açarını qanunsuz olaraq ələ keçirib və mənzilə gizli kamera quraşdırmağa nail olub. O, bundan sonra həmin şəxsdən 5 milyon dollar pul tələb edib. Zərərçəkmiş şəxs isə görüntülərin yayılmasından ehtiyat edərək onu şantaj edənlərə 840 min ABŞ dolları ödəyib.

    Prosesin davamında isə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Nəticədə qanunsuz əməllərlə məşğul olan Elvin Əhmədov cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb.

  • В Хырдалане задержаны лица, совершившие кражу из магазина на 7 000 манатов за три месяца

    В городе Хырдалан Абшеронского района произошло ограбление. Потерпевший обратился в полицию и сообщил о краже товаров на сумму 7 000 манатов из магазина, где он работает.

    Об этом передает Median.Az со ссылкой на Министерство внутренних дел.

    В результате мероприятий, проведенных сотрудниками полиции, был задержан 46-летний А.Мамедов, подозреваемый в совершении преступления. В ходе расследования выяснилось, что задержанный совершал кражи из магазина частями в течение 3 месяцев.

    В результате других мероприятий, проведенных в районе, также были задержаны 25-летний К.Шихалиев и 44-летний Ю.Алиев, подозреваемые в краже строительно-ремонтных инструментов из домов.

    По данным фактам ведется расследование.