Month: January 2026

  • Разыскиваемый туркменский боец MMA задержан в Азербайджане

    В рамках операций против преступной группировки, известной как “Далтоны”, был задержан еще один участник организации.

    Как сообщает Median.Az со ссылкой на агентство İHA, боец MMA Интизар Бабаниязов, известный под прозвищем “Далтон Интизар”, был задержан на территории Азербайджана и впоследствии доставлен в Турцию.

    По имеющейся информации, гражданин Туркменистана И.Бабаниязов, используя различные иностранные GSM-номера, звонил гражданам с требованием передачи денежных средств. В случаях отказа, как утверждается, он организовывал вооруженные нападения на их места работы.

    В ходе допроса в одном из полицейских отделов Стамбула было установлено, что И.Бабаниязов причастен к шести различным преступлениям, в том числе к двум эпизодам угроз и четырем вооруженным нападениям. Кроме того, его имя упоминается в связи с убийством Сердара Октема.

    После завершения процедур в полиции подозреваемый был доставлен в прокуратуру, а затем предстал перед судом. В его отношении избрана мера пресечения в виде ареста, после чего он был направлен в тюрьму.

  • Axtarışda olan türkmənistanlı MMA döyüşçüsü Azərbaycanda ələ keçdi

    İctimaiyyət arasında “Daltonlar” kimi tanınan cinayət qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində təşkilatın tanınmış simalarından daha biri ələ keçirilib.

    Median.Az İHA agentliyinə istinadən xəbər verir ki, “Dalton İntizar” ləqəbi ilə tanınan MMA döyüşçüsü İntizar Babaniyazov Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb.

    Türkmənistan vətəndaşı olan Babaniyazovun müxtəlif xarici GSM nömrələri vasitəsilə vətəndaşlara zəng edərək pul tələb etdiyi, tələbləri yerinə yetirilmədikdə isə iş yerlərinə silahlı hücumlar təşkil etdiyi iddia olunur.

    İstanbula gətirilən Babaniyazovun polis bölməsindəki dindirilməsi zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın olmaqla, ümumilikdə 6 ayrı cinayət əməlində iştirak etdiyi müəyyən edilib. Şübhəlinin adının Serdar Öktem qətlində də hallandığı iddia edilir.

    Polis bölməsindəki prosedurları başa çatan Babaniyazov prokurorluq tərəfindən dindirildikdən sonra hakim qarşısına çıxarılıb. Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

  • СМИ: Данные более 149 млн людей по всему миру утекли в сеть

    Логины и пароли от учетных записей более 149 млн человек по всему миру утекли в сеть.

    Об этом сообщил портал Wired.

    По его информации, в свободном доступе оказались в том числе данные 48 млн аккаунтов почтового сервиса Google Gmail, 17 млн аккаунтов соцсети Facebook и 420 000 учетных записей площадки для торговли криптовалютой Binance.

    Помимо этого, были найдены данные банковских карт и ключи доступа к цифровым системам правительств разных стран и стриминговым сервисам.

    Как сообщает Wired, выяснить, кто был владельцем слитой в сеть базы данных, не удалось. Предполагается, что для сбора информации было использовано вредоносное программное обеспечение.

  • 149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

    Dünya miqyasında 149 milyondan çox insanın istifadəçi hesablarına aid login və parollar internetə sızdırılıb.

    Median.Az bu barədə “Wired” portalına istinadən xəbər verir.

    Məlumata əsasən, “Google Gmail” poçt xidmətinin 48 milyon, “Facebook” sosial şəbəkəsinin 17 milyon və “Binance” kriptovalyuta ticarət platformasının 420 min hesabına aid məlumatlar açıq internetdə peyda olub.

    Bundan əlavə, bank kartlarının məlumatları, müxtəlif ölkələrin hökumətlərinin rəqəmsal sistemlərinə giriş açarları və striminq xidmətlərinə aid daxilolma məlumatları tapılıb.

    Məlumata görə, şəbəkəyə sızdırılan məlumat bazasının sahibinin kim olduğunu müəyyən etmək mümkün olmayıb.

  • Narkotikin təsiri altında avtomobil idarə edən sürücü eyni əmələ görə YENİDƏN SAXLANILDI

    Paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.

    Eyni qanunazid əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə iki il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

    “BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir”, – məlumatda bildirilib.

  • Ветеран Отечественной войны погиб в Украине – ФОТО

    Житель Агдашского района Фарид Эфендизаде погиб в зоне российско-украинского конфликта.

    Он был похоронен сегодня.

    Ф.Эфендизаде был ветераном 44-дневной Отечественной войны.

  • Vətən müharibəsi qazisi Ukraynada öldürüldü – FOTO

    Ağdaş rayon sakini Fərid Əfəndizadə Rusiya-Ukrayna müharibəsində həlak olub.

    O, bu gün dəfn edilib.

    F.Əfəndizadənin 44 günlük Vətən müharibəsi qazisi olduğu bildirilir.

  • Дорожная полиция обратилась к водителям

    Несмотря на то, что неблагоприятные погодные условия, продолжавшиеся несколько дней, относительно стабилизировались, последствия выпавшего снега всё ещё сохраняются. Особенно в горных и предгорных районах, а также утром и вечером на подверженных ветру открытых участках, на дорогах с подъёмами и спусками, на мостах вероятность обледенения дорог многократно повышает риск скольжения.

    Об этом говорится в обращении Главного управления Государственной дорожной полиции (ГУГДП).

    “ГУДП, принимая во внимание увеличение интенсивности движения на автомагистралях в выходные дни, просит водителей не забывать о возможности обледенения дорог, не выезжать на технически неисправных, не оборудованных по сезону автомобилях, планировать поездки по возможности на светлое время суток, а физических и юридических лиц, осуществляющих пассажирские перевозки, отдавать предпочтение движению по более безопасным маршрутам”, – отмечается в информации.

  • Sürücülərə XƏBƏRDARLIQ: Yollar buz bağlaya bilər

    Bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

    “BDYPİ həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”, – məlumatda qeyd edilib.

  • Bakıda özünü QAZ İDARƏSİNİN ƏMƏKDAŞI kimi təqdim edən şəxs saxlanıldı

    Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işlədiyi və s. səbəblər irəli sürməklə, onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Yusif Mərdan oğlu Ağayev saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.