Month: January 2026

  • Qaz birdən kəsilir, birdən çox gəlir – Sumqayıtda təhlükəli vəziyyət

    Sumqayıt qazın verilişində problemlər yaranıb.

    Median.Az-ın məlumatına görə, bir neçə ərazidə qaz bəzən az gəlir, bəzən tamamilə kəsilir. Bəzi hallarda isə qaz birdən çox verilir ki, bu da təhlükə doğurur.

    Sakinlərdən biri bildirib ki, qaz anidən kəsilib və bundan xəbərləri olmayıb. Bir müddət sonra isə yenidən verilib və evə qaz dolub.

    Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini tələb edir.

    Məsələ ilə bağlı “Azəriqaz” İB ilə saxladıq.

    Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qazın təzyiqi ilə bağlı ciddi problem yoxdur.

    Bildirilib ki, müşahidə olunan hallar yalnız lokal xarakter daşıyır. Problemlərin səbəbi xətlərin həddindən artıq yüklənməsi və uzun illər əvvəl çəkilmiş, standartlara tam uyğun olmayan boru xətləri ola bilər. Nəticədə bəzi ərazilərdə qaz təzyiqində müəyyən qeyri-sabitlik yaranır:

    “Belə hallar həm abonentlərin müraciətləri, həm də əməkdaşların müşahidələri əsasında aşkar edilərək aradan qaldırılır və normal təzyiq təmin olunur. Eyni zamanda, lokal problemlərin olduğu ərazilərə əməkdaşlar tərəfindən xüsusi diqqət yetiriləcək”.

  • Yaponiya bayrağına bənzəyən yol nişanının mənası nədir?

    Dünya miqyasında əhalinin və nəqliyyat vasitələrinin sayının artması nəticəsində yol hərəkətinin sıxlığı getdikcə artır. Bu vəziyyət yerli hökumətləri nəqliyyat axınını azaltmaq üçün müxtəlif alternativ həll yolları axtarmağa vadar edir. Xüsusilə ABŞ-da tətbiq olunan yeni metodlar dünya üzrə digər ölkələrdə də yayılmaqdadır. Bu metodlardan biri də Yaponiyanın bayrağına bənzəyən “qırmızı nöqtəli” yol nişanıdır.

    Median.Az mövzu ilə bağlı maraqlı yazını təqdim edir:

    Qırmızı Nöqtəli Yol Nişanı Nə Deməkdir?

    Qırmızı nöqtəli yol nişanı, qarşıdakı yolda sıx hərəkətin və ya tıxacın mövcud olduğunu xəbər verir. Bu nişanı gördüyünüz zaman, yolda hərəkətin hələ də sıx olduğunu anlamalı və alternativ marşrutlar planlaşdırmaqla yanaşı, daha uzun səyahət müddətlərinə hazır olmalısınız. Bu cür nişanlar, sürücülərə hələ də marşrutlarını dəyişdirmək imkanı verdiyi qərar nöqtələrində strateji olaraq yerləşdiriləcək.

    Bu Nişanların Genişlənməsi və Faydaları

    Qlobal miqyasda yol hərəkəti ilə bağlı davamlı tədqiqatlar və təkmilləşdirmələr aparılır. Şəhər trafik sıxlığının artması ilə bu tip xüsusi nişan sistemlərindən getdikcə daha çox istifadə edilir. “Transportation Research” jurnalında dərc olunmuş bir araşdırma göstərir ki, sürücülər əvvəlcədən xəbərdar olduqda və trafikdə sıxılmaların olacağını bildikdə, marşrut dəyişdirməkdə daha çevik ola bilərlər. Bu da ümumilikdə səyahət müddətlərini qısaldır və trafik sıxlığını azaldır.

    Ağıllı Yol Hərəkəti Sistemi və Elektron Displeylər

    Qırmızı nöqtəli yol nişanlarının tətbiqi nəqliyyat sektorunda ağıllı yol hərəkəti sistemlərinə keçid prosesini göstərir. Bu işarələr çox vaxt mobil trafik tətbiqləri və elektron displeylərlə sinxron şəkildə işləyir. Beləliklə, sürücülərə real zamanlı yol vəziyyəti barədə məlumat verilir. Xüsusilə böyük şəhərlərdə, rəqəmsal displeylər və interaktiv tətbiqlər yol hərəkətinin idarə edilməsində mühüm rol oynayır. Bu cür həllər, yol hərəkətini daha effektiv idarə etmək və sürücüləri tıxaclardan əvvəl xəbərdar etmək üçün mühüm addımlardır.

    Beləliklə, qırmızı nöqtəli yol nişanları, nəqliyyatın sıx olduğu zamanlarda sürücülərə alternativ marşrutlar seçmə imkanı tanıyan və hərəkəti optimallaşdıran bir sistemin tərkib hissəsi kimi təkmilləşdirilməyə davam edir. Bu tip yeniliklər nəqliyyat sisteminin ağıllı idarə olunmasına doğru bir addım atıldığını göstərir.//sfera.az

  • 1000-dən çox taksi sürücüsü imtahandan keçdi

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib.

    DİM-dən bildirilib ki, imtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

    Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1683 namizəd qeydiyyatdan keçib. Onlardan 1593 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1074 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

    Bir namizədin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

    İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 və 27 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.//azxeber.com

  • Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

    AFFA-nın prezidenti Rövşən Nəcəfin FIFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

    AFFA-dan verilən məlumata görə, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

    Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin AFFA ilə FIFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

    Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//azxeber.com

  • Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

    Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

    Median.Az
    xəbər verir ki, Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.//azxeber.com

  • Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb – YENİLƏNİB

    ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.

    APA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

  • 131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib

    2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.

    APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə ötən ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.

    Həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

    Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.

  • Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq

    Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.

    Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?

    Median.Az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.

    “Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11-20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür”.

    C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə “yalançı bahar” və soyuq dalğaların mübarizəsi müşahidə olunur.

    “Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır”.

  • Bir ay öncə ev verilən qazi vəfat etdi – Foto

    Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.

    Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.

    Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.

    O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.

  • Maqnit qasırğası olacaq

    Yanvarın 23-də Yer kürəsində zəif G1 səviyyəli maqnit qasırğası olub.

    Median.Az xəbər verir ki, geomaqnit dalğalanması Bakı vaxtı ilə saat 10:00-da başlayıb, günortaya qədər davam edib, saat 13:00-dan sonra isə tədricən azalıb.

    Hazırda aktivlik G1 səviyyəsindən aşağıdır.