Month: January 2026

  • Şənbə günü hava yağmursuz keçəcək

    Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

    Gecə və səhər bəzi yollar buz bağlayacaq.

  • Qarabağda qalan sonuncu ermənilər də Ermənistana köçürüldü

    Ermənistan tərəfi Qarabağda qalan 11 erməninin (10 erməni və Ermənistan Respublikasının Rusiya vətəndaşı olan bir nəfər – red.) Ermənistan Respublikasına köçürmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət edib.

    Bu barədə Ermənistanın əmək və sosial məsələlər Naziri Arsen Torosyan bildirib.

    Torosyan qeyd edib ki, ərizələr əsasında adı çəkilən şəxslər Ermənistan Respublikasına köçürülüblər.
    //unikal.az

  • Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər

    Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunan daha beş nəfər (ana və dörd övladı) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

    Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

    Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.

    Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirilmə aparacaqlar. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində repatriasiya olunan ailə ilə bağlı dəstək tədbirləri davam etdiriləcək.

    Xatırladaq ki, sözügedən ana və dörd övladı onlar yanvarın 16-da Suriyadan ölkəmizə repatriasiya olunublar.

    Qeyd edək ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

  • Принято решение в отношении экс-начальника финслужбы корпуса Минобороны

    Состоялся судебный процесс по апелляционной жалобе на приговор в отношении бывшего начальника финансовой службы N-cкого корпуса Министерства обороны Намига Мирзоева, обвиняемого в хищениях в особо крупном размере.

    Как сообщает АПА, на процессе в Бакинском апелляционном суде под председательством судьи Анара Ибрагимова было принято решение.

    Решением суда в связи с истечением срока привлечения к ответственности по одному эпизоду уголовного дела жалоба Намига Мирзоева была частично удовлетворена, и срок наказания сокращён на 3 месяца.

    Отметим, что Бакинский военный суд приговорил Н.Мирзоева к 11 годам и 6 месяцам лишения свободы. Н.Мирзоев возместил 343 810 манатов от причинённого государству ущерба.

    Он обвиняется в хищениях на 6 млн манатов. Обвиняемый отбывает наказание в колонии строгого режима.

    Отметим, что Н.Мирзоев был арестован в августе прошлого года на основании ходатайства Службы государственной безопасности.

    Н.Мирзоев обвиняется по статьям 179.4 (присвоение в особо крупном размере) и 308 (злоупотребление должностными полномочиями) Уголовного кодекса Азербайджанской Республики.

  • Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı

    Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin (MN) “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

    Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul olunub.

    Məhkəmənin qərarı ilə N.Mirzəyevin şikayəti qismən təmin edilib və onun cəzası üç ay azaldılıb.

    Xatırladaq ki, Namiq Mirzəyev ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs edilib.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunub.

    O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev işlədiyi dövrdə altı milyon manatlıq mənimsəmədə ittiham olunub. O, dəymiş ziyanın 343 min 810 manatını ödəyib.
    //oxu.az

  • В Азербайджане предлагается продлить мораторий на проверки предпринимателей

    В Азербайджане предлагается продлить мораторий на проверки в сфере предпринимательства до 2027 года

    Как сообщает Oxu.Az, на сегодняшнем заседании комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству обсуждался законопроект о внесении изменений в закон “О приостановлении проверок в сфере предпринимательства”.

    Согласно документу, с 1 ноября 2015 года в целях стимулирования развития предпринимательства в стране проверки бизнеса были приостановлены до 1 января 2026 года. Предлагаемый законопроект предусматривает продление этого срока еще на один год – до 1 января 2027 года.

  • Sahibkarlara ŞAD XƏBƏR: Yoxlamalar daha bir il olmayacaq

    Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddətin uzadılması təklif edilir.

    Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
    //oxu.az

  • Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var

    Bakının Nizami rayonunda restoranda keçirilən ad günü məclisində dava olub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun Ş.Mirzəyev küçəsində yerləşən restoranda baş verib.

    Zəngilan rayon sakini, 1991-ci il təvəllüdlü Vaqif Vəliyev (adı və soyadı şərtidir) ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq edib.

    O, həmçinin Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.

    İş üzrə izahat verən Vəliyev bildirib ki, restoranda dostlarının ad gününü qeyd ediblər, həmin vaxt spirtli içki içiblər:

    “Yanvarın 19-na keçən gecə, saat 02:00-da hesabı ödəyərək çıxmaq istədik. Amma hesabın artıq yazıldığını gördük və administratorla mübahisə etdik. Bu vaxt həmin yerə polislər gəldilər və dostlarımla polislərin arasında mübahisə yarandı. Mən də sonradan mübahisəyə qoşuldum. Əsəbi vəziyyətdə söyüşlər söysəm də, heç kimi təhqir etməmişəm”.

    Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham elan edilib.

    Nizami Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Лица, экстрадированные из Грузии в Азербайджан, находились в розыске по делу о контрабанде в Госкомтаможни

    Экстрадированные вчера из Грузии в Азербайджан Амаль Азизов и Абульфат Исмайылзаде находились в розыске по уголовному делу о контрабанде сигарет в Государственном таможенном комитете (ГТК).

    У следствия возникли обоснованные подозрения в том, что указанные лица, вступив в преступный сговор, незаконно ввезли на территорию Азербайджана табачные изделия общей стоимостью более 1 млн манатов без соответствующих акцизных марок. Контрабандисты использовали морской путь, доставляя товар через незарегистрированный причал, незаконно построенный на берегу Каспийского моря в поселке Алят Гарадагского района Баку.

    Оба привлечены в качестве обвиняемых по статьям 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору и должностным лицом с использованием своего служебного положения), 213-1.2.1, 213-1.2.3 (хранение с целью реализации группой лиц по предварительному сговору в крупном размере товаров, подлежащих маркировке акцизной маркой, без такой маркировки), 341.2.1 и 341.2.3 (злоупотребление должностными полномочиями группой лиц, повлекшее тяжкие последствия) Уголовного кодекса Азербайджанской Республики.

  • Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar

    Ötən gün Gürcüstandan Azərbaycana ekstradisiya olunan Amal Əzizov və Əbülfət İsmayılzadə Dövlət Gömrük Komitəsində siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə axtarışda olublar.

    Həmin şəxslər qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq,

    – 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),

    – 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),

    – 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.