Month: January 2026

  • Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var

    Kolumbiyanın paytaxtı Boqota şəhərində gecə klubunda baş verən qumbara partlaması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

    Bu barədə “Noticias Caracol” telekanalı məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı klubda işləyən 72 yaşlı ofisiant ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

    “Motosikletli bir qrup şəxs Boqotanın mərkəzində cinayətkarlığın çox olduğu Santa Fe rayonunda gecə klubuna qumbara atıb”, – deyə xəbərdə bildirilir.

    Hadisənin başvermə səbəbi araşdırılır.

  • “Ağdam” şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı

    Ağdam rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Ramiz Qəzənfər oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

  • Leyla Əliyeva bacısını təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bacısı, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Leyla Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    10. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    16. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    19. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Арестован эксперт в области образования Кямран Асадов – Видео

    Арестован эксперт по образованию Кямран Асадов, обвиняемый во вмешательстве в результаты экзаменов.

    Как сообщает Report, в Гянджинском городском суде было рассмотрено уголовное дело по фактам незаконного использования технических средств на вступительных экзаменах. Обвиняемыми являются Кямран Асадов и Гюндюз Аббасов.

    На заседании были заслушаны показания потерпевших. По их свидетельствам суд отменил меру пресечения в виде полицейского надзора в отношении К.Асадова и избрал меру в виде заключения под стражу. Арест был произведён прямо в зале суда.

    Отметим, что К.Асадов и Г.Аббасов обвиняются по статьям 302.3 (незаконная продажа или приобретение технических средств, предназначенных для получения скрытой информации) и 308.1 (злоупотребление должностными полномочиями) Уголовного кодекса Азербайджана.

  • Təhsil eksperti Kamran Əsədov HƏBS EDİLDİ (Video)

    İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

    Prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Dinlənilən ifadələr əsasında məhkəmənin qərarı ilə K.Əsədov barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

  • Mərkəzi Bank 6,5 milyon manatlıq əmlakını hərraca çıxarır

    Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əmlaklar hərraca çıxarılır.

    Oxu.Az-ın məlumatına görə, əmlaklar arasında ən baha olanı 2 milyon 688 min 237 manat dəyərindəki Oğuz rayonu, Muxas kəndində yerləşən 18.3169 hektarlıq torpaq sahəsidir.

    Hərraca çıxarılan digər əmlaklar isə aşağıdakılardır:

    – Oğuz rayonu, Muxas kəndində dəyəri 146 min 762 manat olan bir hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Astanlı kəndində dəyəri 481 min 600 manat olan 56 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Aşağı Surra kəndində dəyəri 430 min manat olan 50 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində dəyəri 106 640 manat olan 12.4 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində 430 min manat dəyərində 50 hektar torpaq sahəsi;

    – Neftçala rayonu, Yeniqışlaq kəndində 538 min 360 manat dəyərində 62.60 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aşağıoba kəndində 273 min manat dəyərində 0.70 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aşağıoba kəndində 546 min manat dəyərində 1.4 hektar torpaq sahəsi;

    – Xaçmaz rayonu, Aslanoba kəndində 923 min 520 manat dəyərində 2.368 hektar torpaq sahəsi.

    Hərraca çıxarılan əmlakların ümumi dəyəri 6 milyon 564 min manat olaraq qiymətləndirilir.

  • Türkiyəli aktyor Doğukan Güngör və sosial media fenomeni Ceyda Ersoyun narkotik testinin nəticələri məlum oldu

    “Kızılcık şerbeti” serialının gənc aktyoru Doğukan Güngörün həm saç, həm də qan nümunələrində həm marixuana, həm də kokain maddələrinin olduğu təsdiqlənib.

    Median.Az “Hürriyet”ə istinadən xəbər verir ki, D.Güngör İstanbul Baş Prokurorluğu tərəfindən narkotiklərə və fahişəliyə qarşı keçirilən genişmiqyaslı əməliyyatdan sonra istintaqa cəlb olunub.

    İstintaq çərçivəsində test verən sosial media fenomeni, ictimaiyyətdə “Ciciş kardeşler” kimi tanınan Ceyda Ersoyun da Məhkəmə Tibb Qurumuna göndərilən qan və saç nümunələrində kokain aşkar edilib.

  • Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

    Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

    Median.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, rayonda fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

    Məlumat üçün deyək ki, “Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına “Adore Business” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.

    Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən “Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

    Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.

  • Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı – FOTO

    Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.

    Median.Az Unikal.az-a istinadla xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mərkəzlərindən birindəki mütəxəssis vəzifəsindən ayrılıb.

    O, 2025-ci il dekabrın 12-də öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

    Qeyd edək ki, yanvarın 22-də Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.

    Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib.