Month: January 2026

  • İnterpolla axtarılan 82 nəfərin yeri müəyyən edilib

    Ötən il İnterpolla axtarışa verilən 82 nəfərin yeri müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

    Nazir bildirib ki, il ərzində təqsirləndirilən şəxslərin axtarışının nəticələri də yaxşılaşaraq 89.3 faiz təşkil edib:

    “İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 82 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 40 nəfərin yeri müəyyən olunub.

    Ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub”.
    //oxu.az

  • В Баку произошел пожар в доме: два человека сгорели заживо

    В доме, где произошел пожар в Сабаильском районе Баку, были обнаружены обгоревшие тела двух человек.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС).

    В одноэтажном двухкомнатном доме общей площадью 40 кв.м сгорели легковоспламеняющиеся конструкции одной комнаты на площади 20 кв.м.

    Отмечается, что при осмотре места пожара были обнаружены обгоревшие тела двух человек, которые были переданы соответствующим органам.

    Остальная часть дома была защищена от огня. Пожар потушен подразделениями пожарной охраны.

  • Bakıda DƏHŞƏTLİ HADİSƏ – İki nəfər yanaraq öldü

    Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli, ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

    Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib

    Ötən il işğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib.

    Ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1.079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

  • Dövlət orqanlarının məlumat bazalarına kiberhücum edən şəxsin cəzası azaldılıb

    Səhiyyə Nazirliyinin e-health.gov.az, Elm və Təhsil Nazirliyinin Miq.edu.az və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olmaqda təqsirləndirilən Cəlil Cəlilovun barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə reallaşan iclasda qərar qəbul olunub.

    Qərara əsasən, şikayət qismən təmin edilib, C.Cəlilovun cəzası 3 ilə endirilib.

    Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, bu iş üzrə Cavid Dünyamaliyev 5 il və Cəlil Cəlilov 4 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.

    Onlar qeyd edilən məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər. Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

    Təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 271.3-cü (İctimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə daxilolma), 272.3-cü (Kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-1.4.2-cü (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər

    Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərini müvəqqəti olaraq azaldıb. Qar yağışı zamanı süxurlara su sızması zəif olduğu üçün qış aylarında sürüşmə zonalarında nisbi sakitlik müşahidə edilir.

    Median.Az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.

    Onun sözlərinə görə, qar əridikdən sonra və ya intensiv yağışlar yağarsa, vəziyyət dəyişə bilər:

    “Atmosfer çöküntülərinin artması süxurların su ilə doymasına səbəb olur ki, bu da laylar arasında əlaqələrin zəifləməsinə və torpaq sürüşmələrinin fəallaşmasına gətirib çıxara bilər. Belə hallarda yol çökmələri və ətraf ərazilər üçün təhlükəli vəziyyətlər yarana bilər.

    Xüsusilə Böyük Qafqazın Şimal-Şərq yamacları, eləcə də Quba, Qusar, Siyəzən, Qobustan, Şamaxı və İsmayıllı rayonları sürüşmə baxımından ən riskli ərazilər hesab olunur. Qarın tədricən əriməsi ilə bu zonalarda sürüşmə ehtimalı arta bilər”.

    Mirnuh İsmayılov qeyd edib ki, hazırda ölkənin alçaq dağlıq ərazilərindən yüksək dağlıq zonalara qədər geniş ərazilərin qarla örtülməsi səbəbindən ciddi sürüşmə təhlükəsi qeydə alınmır.

  • Алёна Алиева поздравила Арзу Алиеву – ФОТО

    Невестка Президента Ильхама Алиева Алёна Алиева поздравила руководителя Baku Media Center Арзу Алиеву с днём рождения.

    Соответствующей публикацией Алёна Алиева поделилась на своей странице в Instagram.

    В публикации говорится: “Дорогая Арзу ханым, с днём рождения! Желаю вам здоровья, счастья и успехов”.

  • Alyona Əliyeva Arzu Əliyevanı təbrik etdi – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Alyona Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir: “Əziz Arzu xanım, ad gününüz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

  • Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb

    Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, gətirilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə cavab verdiyini göstərib.

    “Keyfiyyət baxımından pozuntular aşkar edilməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı biz satılan yanacağın mənşə ölkəsini müəyyən etmirik”, – Kotolyan qeyd edib.

  • Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı

    Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.

    Bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

    Qeyd edilib ki, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarı 31-i saat 23:59-da başa çatacaq. 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralı 1-i saat 00:00-dan başlayacaq.

    Bildirilib ki, müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

    Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

    TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.