“İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirməyə hazırlaşır”.
Median.Az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” telekanalı məlumat yayıb.
Month: February 2026
-
Polis Sabunçudakı tikinti qalmaqalı ilə bağlı araşdırmalara başladı
Paytaxtın Sabunçu rayonunun Əmir Bağırov küçəsində yerləşən həyətin qanunsuz satılması, sənədsiz tikinti işlərinin aparılması və ağacların kəsilməsinə dair sakinlərin şikayətləri ilə bağlı polis hərəkətə keçib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ünvanda yaşayan sakinlərin iddiaları üzrə polis əməkdaşları tərəfindən prosessual araşdırmalar aparılır.Məlumatda qeyd olunub ki, araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi tədbirlər görüləcək.
***
Paytaxtın Sabunçu rayonu, Əmir Bağırov küçəsində yaşayan sakinlər Baku TV-yə iddia ediblər ki, əvvəllər ukraynalı bir qadına məxsus olan həyət qanunsuz şəkildə satılıb və ərazidə ardıcıl olaraq sənədsiz evlər tikilib.
Onların sözlərinə görə, ərazidəki ağaclar da icazəsiz kəsilib. Bildirilib ki, tikinti işlərinə dəfələrlə müdaxilə olunsa da, proses sonradan yenidən davam etdirilib.“Mərhumun qızının dediklərinə görə, ərazi ondan icazəsiz satılıb, yəni vərəsə odur. Maklerlər ərazini qanunsuz ələ keçirərək tikinti aparırlar. Aidiyyəti qurumlar dəfələrlə söküntü işləri həyata keçirsə də, yenə də tikintini davam etdirirlər. Bir neçə gün əvvəl gəlib qapımızı sındırmağa çalışır, bizi təhqir edirdilər. Hədə-qorxu gələrək “sizi burada yaşatmayacağıq” deyirdilər”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib: “10 gün əvvəl qadın bir makler gəlib qapımı döydü, hədə-qorxu gəldi, söyüş söydü. Qapını açmadım. Biz deyirik ki, tiksinlər, amma bunu qanuni yolla etsinlər, həyətimizi daraltmasınlar”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Əmir Bağırov küçəsində aparılan tikinti işləri ilə bağlı fevralın 6-da vətəndaş müraciəti əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qeyd olunan ərazidə yolu məhdudlaşdıracaq tikinti işlərinin aparılmaması üçün müvafiq nəzarətin təmin edilməsi məqsədilə yerli icra hakimiyyətinə rəsmi məktub ünvanlanıb.
Ərazidəki ağacların qanunsuz kəsilməsi iddiası ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda daş və dəmir lövhələrlə hasarlanmış ərazidə ağac və kol bitkilərinin kəsildiyi müəyyən edilib. Təqsirkar şəxslərin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.
-
Трамп: ВС США начали военную операцию против Ирана – ВИДЕООБРАЩЕНИЕ
Вооруженные силы США начали военную операцию против Ирана.
Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил президент США Дональд Трамп.Американский лидер заявил, что операция против Ирана направлена на его ядерную и ракетную программы. Он также заверил, что Иран никогда не получит ядерное оружие. “Баллистические ракеты Ирана угрожают американским базам в регионе, союзникам в Европе и вскоре смогут достичь США”, – добавил он.
Кроме того, Трамп приказал Корпусу стражей исламской революции (КСИР) сложить оружие. Он пообещал, что “с ними будут обращаться справедливо и предоставят полную неприкосновенность”, или же им грозит верная смерть.
Президент США также призвал иранцев оставаться в укрытии, потому что “бомбы будут падать везде”.
По словам Трампа, США “сравняют с землей ракетную промышленность” Ирана, а также уничтожат морские силы Исламской Республики.
“США могут понести потери в ходе операции против Ирана, но делают все, чтобы их минимизировать”, – отметил он.
Американский лидер считает, что операция США против Ирана – шанс, который выпадает раз в несколько поколений.
Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство.
-
Tramp: “ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb” – VİDEO
“ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb”.
Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “X” hesabında videomüraciət paylaşıb.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır. İranın hərəkətləri ABŞ qoşunlarına və ölkəmizin xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Biz onların donanmasını tamamilə məhv edəcəyik”, – deyə ABŞ lideri bildirib.
Amerika lideri bəyan edib ki, İrana qarşı əməliyyat onun nüvə və raket proqramlarına yönəlib. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağına əmin edib.
Bundan əlavə, Tramp İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) silahı yerə qoymağı əmr edib. O söz verib ki, “onlarla ədalətli rəftar olunacaq və tam toxunulmazlıq veriləcək, əks halda onları qaçılmaz ölüm gözləyir”.
ABŞ prezidenti, həmçinin iranlıları sığınacaqda qalmağa çağırıb, çünki “bombalar hər yerə düşəcək”.
-
Израиль наносит удары по Ирану: под прицелом АЭС в Бушере – ВИДЕО
Израильские и американские силы продолжают наносить удары по территории Ирана.
Как передает Median.Az, иранские СМИ сообщают о воздушных ударах в портовом городе на юге страны Бендер-Аббасе, возможно, направленных против Военно-морских сил ИРИ.Также есть информация о том, что Военно-воздушные силы Израиля и США атакуют Бушер, где расположена иранская АЭС.
**
Израильские силы продолжают наносить удары по территории Ирана.
Как передает Median.Az, иранские СМИ сообщают о взрывах, помимо Тегерана, в городах Керманшах, Тебриз, Исфахан, Кум и Кередж, а также в провинции Лурестан.***
В Тегеране началась вторая волна израильских авиаударов – в иранской столице вновь слышны взрывы.
Об этом передает Median.Az со ссылкой на зарубежные СМИ.По данным иранских агентств, израильские ракеты попали по проспекту Данешгах и в районе Джомхури в Тегеране, дым от взрыва поднимается в районе Пастур.
В соцсетях уже публикуют видео, предположительно, последствий ударов.
Также поступила информация о том, что на территории Тегерана ударам подверглись порядка 30 различных объектов. Отмечается, что в список пораженных целей вошли резиденция иранского президента, а также штаб-квартира разведывательной службы.
По данным иранских СМИ, после нескольких взрывов в Тегеране торги на тегеранской фондовой бирже были приостановлены.
Также стало известно, что операция Израиля получила название “Рычание льва” (до этого Израиль говорил о названии “Щит Иегуды”).
***
Израиль нанес превентивный удар по Ирану.
Как передает Median.Az со ссылкой на Reuters, об этом заявил министр обороны Израиля Исраэль Кац.“Государство Израиль нанесло превентивный удар по Ирану, в результате чего в ближайшем будущем ожидается ракетный и беспилотный удар по Государству Израиль”, – заявил он.
В Иерусалиме, а также по всей территории Израиля, прозвучала воздушная тревога. ЦАХАЛ подчеркивает, что возможен ракетный обстрел Израиля.
***
“По всему Израилю прозвучали сирены, а на мобильные телефоны было отправлено предварительное предупреждение о необходимости оставаться вблизи убежищ и охраняемых территорий. Это – упреждающее предупреждение, призванное подготовить население к возможности запуска ракет по территории Государства Израиль”, – говорится в заявлении.
Министр обороны Израиля объявил чрезвычайное положение в стране и призвал население следовать инструкциям Командования гражданской обороны и оставаться в защищённых зонах.
-
İsrail-İran MÜNAQİŞƏSİ – Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR – VİDEO
İsrail və ABŞ qüvvələri İran ərazilərinə zərbələr endirməyə davam edir.
Median.Az xəbər verir ki, İran mediası cənubdakı Bəndər Abbas liman şəhərinə hava hücumlarının edildiyini və bunun İran Hərbi Dəniz Qüvvələrini hədəfə aldığı ehtimalını bildirir.
Həmçinin İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran nüvə elektrik stansiyasının yerləşdiyi Buşehrə hücum etdiyi barədə məlumatlar da var.
***
İsrail İrana qarşı xüsusi hərbi əməliyyatını “Aslanın nərəsi” adlandırıb.
Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, partlayışlar İranda Lurestan əyalətində və Təbriz şəhərində eşidilib.
“Fars” agentliyinin xəbərinə görə, partlayış səsləri həmçinin İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də duyulub.
***
Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir.Median.Az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
***
İsrail ordusu İrana qarşı qabaqlayıcı tədbirlər məqsədilə əməliyyatlara başlayıb.Median.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.
Məlumata görə, İsrail dövləti İranın təhdidlərini aradan qaldırmaq üçün Tehrana qabaqlayıcı zərbə endirib.
Məlumatlara görə, Tehranda partlayış səsləri eşidilir. Baş verənlərin təfərrüatı və mümkün nəticələr barədə məlumatlar hələ dəqiqləşdirilir.
İsraildə hava həyəcan siqnalı sirenlərinin işə düşdüyü bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.
-
Депутат: Прискорбно, что лекарства и лечение доступны не всем больным
Прискорбно, что лекарства и лечение доступны не всем больным. Ежегодно описываются тысячи новых патологий, связанных с редкими заболеваниями. В настоящее время в мире проводится их классификация, и существуют определенные критерии для их распознавания. Среди основных причин этих заболеваний особое место занимают генетические изменения.
Как сообщает Median.Az, об этом заявила депутат и член комитета здравоохранения Милли Меджлиса Парвана Велиева на I Республиканском форуме по редким заболеваниям, посвященном Международному дню редких заболеваний.По ее словам, согласно европейскому опыту, редким считается заболевание, встречающееся у одного из 2 000 человек.
“В Азербайджане же в некоторых случаях редкими считаются заболевания, встречающиеся у одного из 50 тысяч человек. Редкие заболевания поражают примерно 5% населения мира.
Последние исследования показывают, что в их выявлении, диагностике и лечении все еще существуют серьезные трудности. Лечение многих редких заболеваний до сих пор неясно, а уровень диагностики в разных странах мира не одинаков. Ключевой проблемой в этой сфере является диагностика. Заболевание должно быть точно определено, чтобы можно было принять меры по его лечению”, – сказала парламентарий.
Велиева добавила, что за последние 25 лет было разработано более 540 препаратов для лечения редких заболеваний.
“Однако вопрос применения и доступности этих лекарств по-прежнему остается актуальным. Особое значение имеют финансирование исследований, медицинская специализация и поддержка научных исследований в этой области. Недостаток финансирования и бюрократические препятствия часто замедляют разработку и применение новых методов лечения”, – отметила она.
Депутат также отметила, что в мире и в нашей стране существуют как финансовые, так и административные трудности, связанные с редкими заболеваниями.
“В связи с этим считаю, что люди, страдающие редкими заболеваниями, медицинские работники, трудящиеся в этой сфере, и ученые должны объединить свои голоса, чтобы на исследования и глобальное здравоохранение выделялось больше средств.
Если есть какое-то лекарство или метод лечения, но мы не можем сделать его доступным для всех пациентов, это очень удручающая ситуация”, – подчеркнула Парвана Велиева.//oxu.az
-
Deputat: “Mövcud dərman və müalicələr bütün xəstələrə çatmırsa, bu, acınacaqlı haldır”
“Nadir xəstəliklərlə bağlı hər il minlərlə yeni patologiya təsvir olunur. Hazırda dünyada onların təsnifatı aparılır və tanınması ilə bağlı müəyyən meyarlar mövcuddur. Bu xəstəliklərin əsas səbəbləri sırasında genetik dəyişikliklər xüsusi yer tutur”.
Median.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş I Respublika Nadir Xəstəliklər Forumunda deputat, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Avropa 2 min insanda 1 dəfə görülən xəstəliyi nadir xəstəlik adlandırır. 50 min nəfərdən 1-də görülən xəstəliklər isə ultra-nadir xəstəlik hesab olunur.
Nadir xəstəliklər dünya əhalisinin təxminən 5 faizini əhatə edir:
“Bir çox nadir xəstəliklərin dəqiq səbəbi hələ də məlum deyil. Bununla belə, onların bir çoxunda problem tək bir genin mutasiyası ilə əlaqələndirilə bilər. Belə xəstəliklər nadir, genetik xəstəliklər adlanır.
Genetika bu məsələnin yalnız bir hissəsidir. Qidalanma və ətraf mühit amilləri də nadir xəstəliklərdə rol oynayır. Bu amillər xəstəliyə birbaşa səbəb ola və ya genetik amillərlə qarşılıqlı təsirə girərək xəstəliyin yaranmasına və ya onun şiddətinin artmasına səbəb ola bilər. Tək bir genin mutasiyaları nəticəsində kistik fibroz, Hantinqton xəstəliyi kimi problemlər yaranır.
Son illərdə müxtəlif nadir xəstəliklərin diaqnostikası, müalicəsi və hətta qarşısının alınması yollarının müəyyənləşdirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Bununla belə, nadir xəstəliklərin böyük əksəriyyəti üçün hələ də müalicə üsulları mövcud deyil”.
Çıxışçı deyib ki, axır 25 il ərzində ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) nadir xəstəliklər üçün 340-dan çox müalicə vasitəsini təsdiqləyib:
“Lakin bu dərmanların tətbiqi və əlçatanlığı məsələsi hələ də aktual olaraq qalır.
Bu sahədə tədqiqatların maliyyələşdirilməsi, tibbi ixtisaslaşma və elmi araşdırmalara dəstək xüsusi əhəmiyyət daşıyır. Maliyyə çatışmazlığı və bürokratik əngəllər bir çox hallarda yeni müalicə üsullarının inkişafını və tətbiqini ləngidir”.
O qeyd edib ki, dünyada və ölkəmizdə nadir xəstəliklərlə bağlı həm maliyyə, həm də inzibati çətinliklər var:
“Bu baxımdan düşünürəm ki, nadir xəstəliklərdən əziyyət çəkən insanlar, bu sahədə çalışan tibb işçiləri və alimlər birgə səs qaldırmalıdırlar ki, tədqiqatlara və qlobal səhiyyəyə daha çox maliyyə ayrılsın.
Əgər müəyyən dərman və ya müalicə metodu mövcuddursa, lakin biz onu bütün xəstələrə çatdıra bilmiriksə, bu, çox acınacaqlı haldır”.//oxu.az
-
“Nadir xəstəliklər təkcə tibbi deyil, həm də sosial məsələdir” – Problem üzrə vahid baza yaradıla bilər
“Nadir xəstəliklərə əhali arasında çox az rast gəlinir. Adətən onların səbəbi kimi genetik amillər göstərilir. Hazırda dünyada təxminən 300 milyon insan bu cür xəstəliklərlə yaşayır. “Yaşayır” demək bəlkə də yumşaq ifadədir, çünki bu insanlar daim həmin xəstəliklərlə mübarizə aparır, həyatlarını davam etdirməyə, sosial həyata inteqrasiya olunmağa çalışırlar”.
Median.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş I Respublika Nadir Xəstəliklər Forumunda Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova deyib.
O qeyd edib ki, indiyə qədər 8 minə qədər nadir xəstəlik aşkarlanıb:
“Bu xəstəliklər çox fərqli adlar altında qeydə alınır. Gələcəkdə daha neçə nadir xəstəliyin aşkarlanacağı isə hələ məlum deyil.
Onların böyük hissəsi erkən yaş dövründə üzə çıxır və uzunmüddətli müalicə, eyni zamanda sosial dəstək tələb edir”.
S.Bayramova söyləyib ki, Azərbaycanda nadir xəstəliklərin real yayılma göstəricilərinin müəyyənləşdirilməsi və ümumi vəziyyətin qiymətləndirilməsi üçün geniş məlumat bazasına ehtiyac var:
“Bu sahədə statistik məlumatların toplanması və sistemli qeydiyyat vacibdir. Nadir xəstəliklərdə erkən diaqnostika xüsusi əhəmiyyət daşıyır. Erkən diaqnoz müalicənin təməlidir. Vaxtında aşkarlanan və müalicəyə cəlb olunan hallarda ağırlaşmaların qarşısını almaq mümkündür. Xəstələrin qeydiyyatının aparılması, klinik qiymətləndirmənin sistemli şəkildə izlənməsi səhiyyə planlaşdırmasına, dərman təminatına və ictimai səhiyyə strategiyasının formalaşdırılmasına əsas yaradır. Nadir xəstəliklər təkcə tibbi deyil, həm də sosial məsələdir. Bu sahədə dövlət qurumlarının, səhiyyə müəssisələrinin və QHT-lərin rolu böyükdür. İctimai müzakirələr və belə tədbirlər məlumatlılığın artırılmasına xidmət edir. Beynəlxalq təcrübənin öyrənilməsi və ölkəyə tətbiqi də bu sahədə mühüm əhəmiyyət kəsb edir”.
Sədr əlavə edib ki, məqsəd mövcud problemləri sistemli şəkildə təhlil etmək, layihə yanaşması formalaşdırmaq və gələcək üçün real strategiya qurmaqdır:
“Bu istiqamətdə dialoqun başlanması, qarşılıqlı qayğı və birlikdə düşünmək vacibdir. Nəticədə həm xəstələrə dəstək mexanizmləri güclənməli, həm iqtisadi və sosial yanaşmalar təkmilləşdirilməli, həm də insan hüquqları baxımından daha sistemli addımlar atılmalıdır. Bu prosesdə ictimai birliklərin rolu böyükdür”.//oxu.az
-
Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydü
Ağdam rayonunda 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döyüb.
Median.Az oxu.az-ıa istinadən xəbər ki, məlumatına görə, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Müzəffər Ağayev (soyadı şərtidir) həyətindəki alaq otlarını təmizləyərək küçəyə atıb. O, həmin alaq otlarını qardaşı Nərimanın həyətinə gedən su borusunun üstünə yığaraq, od vurub yandırıb. Alovun təsirindən Nərimanın həyətinə gedən su borusu yararsız vəziyyətə düşüb və onun evinə gedən su kəsilib. Nəticədə Nərimanla Müzəffər arasında mübahisə yaranıb. Mübahisə zamanı hadisə yerinə Müzəffərin oğlu Elvin də gəlib, ata-oğul birlikdə Nərimanı döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.Hadisə yerinə polis əməkdaşları gəliblər və ata-oğul saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə hadisəni törətməkdə təqsirləndirilən M.Ağayev və Elvinə “Konstitusiya və Suverenlik İli” münasibəti ilə elan edilən Amnistiya aktı tətbiq edilib və onlar cinayət məsuliyyətində azad olunublar.









