Month: February 2026

  • İsrail hava məkanını bağladı

    İsrail ölkənin hava məkanını rəsmən bağlayıb.

    Median.Az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumatlar yayılıb.

    Bundan əlavə, ordu rəhbərliyi təhlükəsizlik siyasətinin dəyişdirildiyi barədə bəyanat yayıb.

    Yeni təlimatlara əsasən, həyati əhəmiyyətli sektorlar istisna olmaqla, təhsil tədbirlərinin keçirilməsi, toplantılar və iş yerlərində olmaq qadağan edilib.

  • Bəzi yerlərdə qar yağır, güclü külək əsir – FAKTİKİ HAVA

    Fevralın 28-i saat 12:00-a olan faktiki hava açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır.

    Qar örtüyünün hündürlüyü Xınalıqda 34, Qrızda 31, Şahdağda 26, Xaltan, Qusarda 25, Əlibəylidə (Zaqatala) 22, Yardımlıda 19, Kəlbəcər, Qubada 17, Lerik, Kişçayda (Şəki) 16, Masallıda 14, Laçın, Qubadlıda 12, Xızıda 10, İsmayıllıda 7, Qobustan, Oğuzda 6, Şuşa, Sarıbaşda (Qax) 5, Gədəbəy, Qəbələdə 3, Daşkəsəndə 1 sm-dir.

    Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda 12, Göyçayda 11, Sədərək, Culfa, Sabirabad, Şamaxı, Beyləqan, Kürdəmir, Şərur, Cəlilabad, Ağstafa, Xaçmaz, İmişli, Yevlax, Salyan, Mingəçevir, Naxçıvan, Biləsuvar, Gəncə, Neftçala, Şabran, Ceyrançöl, Şəmkir, Xankəndi, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.

    Bir sıra ərazilərdə əsən şərq küləyinin maksimal sürəti Goranboyda 27, Gəncədə 24, Hacıqabulda 23, Naftalan, Şəmkir, Neftçala, Tovuz, Qobustanda 20, Salyan, Göygöldə 19, Biləsuvar, Ağstafa, Şamaxıda 16, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

    Göygöl, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

  • Şuşaya qar yağıb

    Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə qar yağıb.

    Şuşada müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və mümkün fəsadların qarşısının alınması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejiminə cəlb olunublar.
    Şəhər ərazisində patrul xidmətləri artırılıb, avtomobil yollarında nəzarət tədbirləri gücləndirilib.
    Eyni zamanda aidiyyəti qurumların texnikası əraziyə cəlb olunaraq yolların qardan təmizlənməsi və buzlaşmanın qarşısının alınması istiqamətində tədbirlər görülür.

  • Bölgələrdə mənzillər niyə bahadır? – VİDEO

    Bölgələrdəki bəzi yeni tikli binalarda mənzillərin qiyməti az qala paytaxdakılarla eynidir.

    Gəncə, Mingəçevir, Lənkəran və digər iri şəhərlərdə yeni tikililərdə mənzillərin bir kvadratmetri artıq 1000 manatdan başlayır və 2000 manata qədər yüksəlir. Halbuki bölgələrdə torpaq qiymətləri paytaxtla müqayisədə xeyli ucuzdur.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri torpaq üzərində sərəncam verilməsi ilə bağlıdır.

    Ekspert deyir ki, 2019-cu ilə qədər torpaq üzərində sərəncam alıb tikinti aparmaq çox rahat idi. 

    Ekspertin sözlərinə görə, bölgələrdə çoxmərtəbəli binaların inşası əlavə xərclər tələb edir. İnfrastrukturun qurulması, qaldırıcı kranların icarəsi və digər amillər həmin mənzillərin qiymətini demək olar ki, Bakıda təklif olunan qiymətlərlə eyni səviyyəyə çatdırır.

    Ekspert onu da əlavə etdi ki, son illər tikinti materiallarının bahalaşması da qiymətlərə təsir edir. Nəticədə torpaq ucuz olsa belə, yekun mənzil qiyməti paytaxtdakı bəzi ərazilərlə eyni həddə çatır.

  • Güclü külək bu rayonlarda fəsadlar törətdi – FOTO

    Biləsuvar və Cəlilabad rayonlarında əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

    Median.Az report-a istinadən xəbər verir ki, külək Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, bir neçə irigövdəli ağacı yerindən qoparıb.
    Ağaclardan biri evin üzərinə düşüb və şəxsi tikilinin damına ziyan dəyib.
    Bundan başqa külək Cəlilabad rayonunda da bəzi əraziləri işıqsız qoyub. Hazırda hər iki rayon ərazisində külək müşahidə olunur və leysan yağır.

  • Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

    İran ətrafında davam edən gərginlik səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənədək bu ölkəyə səfər etməməyə çağırış edib.

    Median.Az xəbər verir ki, rəsmi açıqlamada hazırda İranda olan Qazaxıstan vətəndaşlarına mümkün olduqda ölkəni tərk etmək tövsiyə edildiyi qeyd edilib.
     Onlara təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ayıq-sayıq olmaq, rəsmi məlumatları izləmək və yerli qurumların göstərişlərinə riayət etmək məsləhət görülüb.

    Nazirlik həmçinin Yaxın Şərq ölkələrinə səfər planlaşdıran şəxslərə bölgədə vəziyyətin qəfil kəskinləşə biləcəyini nəzərə almağı tövsiyə edib.
    Bildirilib ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətini normal rejimdə davam etdirir.

  • Ölən həkim bu xəstəxanada əməliyyat olunubmuş

    Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib.

    Median.Az bizim.media-ya istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

    Məlumata görə, həkim Gülnarə Əkbərova SAF Hospitalda dünyasını dəyişib. 

    Həmçinin, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. 

  • Axşam nə yemək daha yaxşıdır? – Yaxşı yuxu üçün 13 qida

    Bəzi məhsullar yuxunu gücləndirməyə kömək edir, digərləri isə əksinə, oyandırıcı təsir göstərir. 

    Median.Az xəbər verir ki, “Verywellhealth” nəşrinin məqaləsinə görə, balanslı qidalanma sağlam yuxu üçün vacibdir, lakin bəzi məhsullar yuxuya getməyi asanlaşdırır. Diyetoloq Aviv Coşua məzmunu təsdiqləyib.

    KiMəqalədə melatoninə alternativ olaraq yuxunu yaxşılaşdıran 13 məhsul təqdim olunub:
    Fıstıq
    2023-cü ildə “Pharmaceutics” jurnalında dərc olunmuş araşdırmaya görə, fıstıq yuxu hormonu melatoninə malikdir. 30 qram fıstıq gündəlik B6 vitamininin təxminən 25%-ni təmin edir, bu da melatonin və serotonin istehsalına kömək edir.

    İspanaq
    İspanaq əzələlərin rahatlamasına kömək edən maqneziumun yaxşı mənbəyidir. 2022-ci il araşdırmasına görə, maqnezium çatışmazlığı yuxunu çətinləşdirə bilər. Ayrıca, ispanaqda yuxu keyfiyyəti ilə əlaqəli hesab olunan kalium da var.

    Edamame (soya lobya)
    Edamame B6 vitamini ilə zəngindir və serotoninin istehsalına kömək edən izoflavon birləşmələrinə malikdir. 2019-cu il araşdırmasına görə, soya lobyası yemək yuxu keyfiyyətini 2,5 dəfə yaxşılaşdırır. Həmçinin, edamame triptofan – yuxuya dəstək verən amin turşusuna malikdir.

    Althea (çobanyastığı) çayı
    Çobanyastığı yuxu keyfiyyətini yaxşılaşdırır. Çayında snodiyici təsirə malik apigenin antioksidantı var və kofeinsizdir.

    Pendirlər
    Xüsusilə sərt pendirlər triptofan, maqnezium, sink və B6 vitamini ehtiva edir. Bu maddələr triptofandan melatonin və serotoninə çevrilməyə kömək edir. Pendir, mürəkkəb karbohidratlarla birlikdə yaxşı axşam yeməyi ola bilər.

    Albalı şirəsi
    Melatoninin yaxşı mənbəyidir və bəzi araşdırmalar yuxusuzluğu yüngülləşdirə bilər. Şirə antioksidantlarla zəngindir. Qeyri-şəkərli və ya az şəkərli şirə seçmək tövsiyə olunur.

    Süd
    Süd triptofan və triptofandan faydalı şəkildə istifadə üçün kalsium ehtiva edir. İsti süd içmək rahatlaşmağa və yuxuya getməyə kömək edir.

    Bəzi heyvani zülallar
    Hindi, toyuq, balıq və yumurta triptofan mənbəyidir. Yumurta melatonin, digər məhsullar isə B6 vitamini ehtiva edir. Lakin yüksək zülallı məhsulları birbaşa yatmazdan əvvəl yemək yuxunu poza bilər.

    Tam taxıllı məhsullar
    Tam taxıllar serotoninin sərbəst buraxılmasını stimullaşdırır və asan həzm olunur. Məsələn, qarabaşaq, yulaf, kinoa və qəhvəyi düyü triptofan, B qrupu vitaminləri, maqnezium və kalium ehtiva edir.

    Bəzi qoz-fındıq və toxumlar
    Fıstıq melatoninə ən zəngin qoz növüdür, həmçinin badam və qoz da yuxu hormonunu ehtiva edir. Qoz-fındıq ürək üçün faydalı yağlarla zəngindir. Küncüt, ağ fıstıq və balqabaq toxumu triptofan mənbəyidir.

    Kivi, banan və digər meyvələr
    Meyvələr kalium, maqnezium və triptofan ehtiva edir, həmçinin serotoninə və melatoninə malikdir. Banan, kivi, ananas və albalı yuxuya kömək edir.

    Avokado
    Avokado kalium və maqnezium ehtiva edir, həmçinin aşağı şəkər və faydalı yağlarla zəngindir. Maqnezium depressiya və narahatlığı azaldaraq yuxuya müsbət təsir edə bilər.

    Şirin kartof
    Kalium və maqnezium mənbəyidir, həmçinin lif ehtiva edir.

    Yuxu üçün qadağan olunmuş məhsullar
    * Kofeinli içkilər* Acı yeməklər* Alkoqol* Yüksək şəkərli məhsullar* Yüksək yağlı qidalar* Turş məhsullar

    Sağlam yuxu üçün əlavə qaydalar
    * Sağlam həyat tərzi sürün, balanslı qidalanın, fiziki aktiv olun.* Axşam ekran qarşısında keçirdiyiniz vaxtı azaldın.* Yatmazdan əvvəl kofeindən uzaq durun.* Yatağınızı yalnız yuxu və intim üçün istifadə edin.* Yuxu üçün əlverişli mühit yaradın (düzgün temperatur, qaranlıq, sakitlik).* Stressi idarə etmə üsullarını tətbiq edin.* Yalnız yuxulu olduğunuz zaman yatın.* Uzun və gec yatmaqdan çəkinin.* Hər gün eyni saatda yatın və oyanın.* Yatmazdan əvvəl isti duş və ya vanna qəbul edin.

  • Vüqar Qurbanovla bağlı sensassion iddia – Səhiyyə Nazirliyini ABŞ-dən “vurdururmuş”…

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanov ilə bağlı sensassison iddialar yayılıb.

    Median.Az  demokrat.az-a istinadən xəbər verir ki, iddialara görə, Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə ABŞ-də yaşayan azərbaycanlı jurnalist ilə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib.
    Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib.
    Sözügedən jurnalistin adı redaksiyamıza bəllidir, dəqiqləşdirmə aparıldıqdan sonra adı oxuculara açıqlanacaq.

    Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ötən həftə vəzifəsindən azad edilib.

  • 44 yaşlı həkim vəfat etdi

    Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

    Qeyd edilib ki, 1982-ci il təvəllüdlü həkim-travmatoloq-ortoped Həsənov Natiq Füzuli oğlu bu gün dünyasını dəyişib.

    Natiq Həsənov 2025-ci ildən sözügedən xəstəxanada həkim-travmatoloq-ortoped vəzifəsində çalışırmış.